Modern.az

“Eurovision 2019”un 1-ci yarımfinalı keçirildi - 10 ölkə finala çıxdı - SİYAHI

“Eurovision 2019”un 1-ci yarımfinalı keçirildi - 10 ölkə finala çıxdı - SİYAHI

Dünya

15 May 2019, 01:15

Mayın 14-dən 15-nə keçən gecə İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

Modern.az xəbər verir ki, müsabiqənin birinci yarımfinalında 17 ölkənin - Kipr, Çernoqoriya, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estoniya, Portuqaliya, Yunanıstan və San-Marinonun təmsilçiləri çıxış ediblər.

Çıxışlar yekunlaşandan sonra səsəvermə keçirlib.

Səsvermə nəticəsində 10 ölkənin təmsilçisi finala çıxıb. Beləliklə, Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya birinci yarımfinaldan qalib ayrılıblar.

Xatırladaq ki, Azərbaycan təmsilçisi Çingiz Mustafayev “Truth” mahnısı ilə mayın 16-da keçiriləcək ikinci yarımfinalda 18-ci nömrə altında səhnəyə çıxacaq.

Müsabiqənin finalı isə mayın 18-də olacaq.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir