Arxiv
15 May 2019, 15:13 | AKTUAL
“29 May gecəsi Azərbaycanımızda möhtəşəm bir gecə yaşanacaq" - Deputat

 

“Azərbaycan tarixinin ikinci müstəqillik dönəmində, son 28 ildə, xüsusilə, 1993-cü ilin iyun və 2003-cü ilin oktyabrından bu yana bir çox olmazları oldu edib, bir çox namümkünləri mümkünləşdirib. Bunu da edəcək, bunu da bacaraq, bu dəfə də öz istədiyinə nail olacaq. Bir çox çirkin, xəbis və murdar niyyətlilərin niyyətləri yenə baş tutmayacaq, öz başlarında çatlayacaq, arzuları çin olmayacaq, gözlərində qalacaq. Azərbaycan bir çox mötəbər və önəmli tədbirlərə, yarışlara uğurla ev sahibliyi etdiyi kimi, UEFA Avropa Liqasının final oyununa, “Arsenal”-“Çelsi” qarşılaşmasına  da layiqincə ev sahibliyi edəcək, bu oyunun keçirilməsi və baş tutması üçün əlindən gələni əsirgəməyəcək, 29 may gecəsi Bakımızda, Azərbaycanımızda möhtəşəm bir gecə yaşanacaq, mənəvi gözəlllik baş verəcək”.

 

Modern.az xəbər verir ki, bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva deyib.

 

O qeyd edib ki, Böyük Britaniya Xarici İşlər Nazirliyinin (XİN) heç cür anlaşılmayan, izahı mümkün olmayan, başa düşülməyən və qəbul edilməyən tövsiyə xarakterli bəyanatı elə bəyanat, tövsiyə, söz yığını olaraq qalacaq.

 

Onun sözlərinə görə, bunun əksinin yaşanacağını düşünmək belə sadəlövhlükdür və gülünclükdür:

 

“Bildiyiniz kimi, xaricdəki bəzi dairələr hər zaman Azərbaycanın dünyada nüfuzunun artmasından, onun yüksəksəviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsindən narahatdırlar. Bu, heç kimə də sirr deyil. Yəni, nə zaman ki,  Azərbaycan bütün dünyanın diqqət mərkəzində olan tədbirlərə ev sahibliyi edir, bu qərəzli dairələr dərhal fəallaşmağa başlayırlar. Azərbaycan xalqı bu kampaniyanın əsas məqsədinin nədən ibarət olduğunu yaxşı dərk edir. Əlbəttə ki, ölkəmizə qarşı bu cür təzyiqlər qəbulolunmazdır və o, hədəflədiyi nəticəyə çata bilməyəcək.

 

 Cənab prezidentin dəfələrlə bəyan etdiyi kimi, bu gün Azərbaycan dünyada sabitlik və təhlükəsizlik adası kimi qəbul olunur. Ölkəmizdə hər bir vətəndaşın, o cümlədən Azərbaycana gələn turistlərin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilir. Azərbaycan çoxsaylı mötəbər beynəlxalq tədbirlərə, beynəlxalq miqyaslı idman yarışlarına uğurla ev sahibliyi edir. Bu sırada birinci Avropa Oyunları, Dördüncü İslam Həmrəyliyi Oyunları, hər il keçirilən Formula 1 Bakı Qran-Prisi, müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarını qeyd edə bilərik. Yeri gəlmişkən, elə UEFA və FIFA bayrağı altında keçirilən görüşlərin də yüksək səviyyədə baş tutduğunu xatırlatmalıyıq. Məlumdur ki, bu günə qədər Bakı istər futbol üzrə dünya və Avropa çempionatlarının seçmə mərhələdəki görüşlərinə, istərsə də UEFA Çempionlar Liqası və Avroliqanın qrup mərhələsindəki oyunlarına ev sahibliyi edib və bu zaman təşkilatçılıq baxımından paytaxtımız heç də Avropanın digər şəhərlərindən geri qalmayıb.

 

Bu idman yarışlarını izləmək məqsədilə ölkəmizə gələn çoxsaylı əcnəbilər Azərbaycanda ictimai asayişin təmin olunmasından, mövcud olan sabitlik və təhlükəsizlik mühitindən və bu kimi böyükmiqyaslı idman tədbirlərinin təşkilatçılığından məmnun qalıblar. Odur ki,  xarici anti-Azərbaycan dairələrin ölkəmizə qarşı qərəzli kampaniyası bu dəfə də heç bir nəticə verməyəcək. Böyük Britaniya Xarici İşlər Nazirliyi və bu mövzuda qərəzli açıqlama verən, idman hadisəsini siyasiləşdirərək Azərbaycan haqqında beynəlxalq ictimai rəyi çaşdırmağa və yanlış yönləndirməyə xidmət edən fikirlər səsləndirən qurum və şəxslərə ən gözəl cavabı yenə də Azərbaycan xalqı verəcək. Bakıda Avroliqanın finalı ən yüksək standartlara uyğun keçiriləcək, Bakımız, Azərbaycanımız daha bir möhtəşəm və ecazkar yarışa uğurla və layiqincə ev sahibliyi edəcək. Hər kəs buna əmin olsun”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Qarabağ”la “Partizani”nin start heyətləri açıqlandı 17 İyul 2019, 20:00 Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır - Baş Prokurorluq 17 İyul 2019, 19:53 Şamaxıda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb 17 İyul 2019, 19:46 Ermənilər Göygöldə traktoru snayper atəşinə tutub - RƏSMİ 17 İyul 2019, 19:32 “Azercell”: Məlumatlar həqiqəti əks etdirmir 17 İyul 2019, 19:21 Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib   17 İyul 2019, 19:04 Qazaxda üçotaqlı ev yanıb   17 İyul 2019, 18:55 6 ay ərzində hava nəqliyyatı ilə 1,1 milyondan çox sərnişin daşınıb   17 İyul 2019, 18:53 Hava limanında qanunsuz telefonlar və elektronika malları aşkarlanıb 17 İyul 2019, 18:47 BDU-da yeni fənn tədris olunacaq   17 İyul 2019, 18:35 6 ayda 655 məhkum cəzaçəkmədən azad olunub 17 İyul 2019, 18:32 Nazirlik  sosial şəbəkələrin çökməsi ilə bağlı məlumat YAYDI 17 İyul 2019, 18:15 Bərdədə antisanitar pendir sexi AŞKARLANDI - FOTOLAR 17 İyul 2019, 18:05 Bu il İİV-yə yoluxan 343 nəfərin 34-ü narkotik istifadəçisi olub 17 İyul 2019, 17:43 56  əcnəbi narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs edilib 17 İyul 2019, 17:41 Dünyanın ən zəngin 100 iş adamı – Siyahıdakı yeganə azərbaycanlı... 17 İyul 2019, 17:31 Gədəbəydə 1 tona yaxın çətənə kolu məhv edildi   17 İyul 2019, 17:18 Türkiyədə dilənçidən 3 min lirə, 5 min dollar götürüldü 17 İyul 2019, 17:12 Manat və dolların sabahkı məzənnəsi 17 İyul 2019, 17:12 “Yay məktəbi”nin iştirakçıları Lerik rayonu ilə tanış olublar - FOTOLAR 17 İyul 2019, 17:00 Ağdaşda qanunsuz limonad sexi aşkarlandı 17 İyul 2019, 16:53 Sosial şəbəkələr çökdü 17 İyul 2019, 16:49 Türkiyədə daha 43 nəfərə ömürlük həbs cəzası verildi 17 İyul 2019, 16:48 Bakı və Abşeronun bəzi əraziləri susuz qalacaq 17 İyul 2019, 16:36 İraqda türkiyəli diplomatlar öldürüldü 17 İyul 2019, 16:16 ADU-da müəllimlər üçün təlim yekunlaşdı   17 İyul 2019, 16:09 Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu 17 İyul 2019, 16:07 O, azərbaycanlıdır! - Akademik Əhəd Canəhmədov haqqında düşüncələr... 17 İyul 2019, 15:56 Avropa Gənclər Yay Olimpiya Festivalında bunlar qadağan olunacaq 17 İyul 2019, 15:45 “Avroviziya”ya ev sahibliyi üçün 2 şəhər yarışır 17 İyul 2019, 15:33 Bakcell yenə də ən yüksək nəticə göstərdi 17 İyul 2019, 15:18 “Təxribata uymayan Azərbaycan əsgərinə təşəkkür edirik” – Gürcüstanın azərbaycanlı deputatları 17 İyul 2019, 15:13 Nazirlik Gəncədə Təlim-Tədris Mərkəzi istifadəyə verəcək 17 İyul 2019, 14:36 50 milyon manatlıq istiqrazlar... 17 İyul 2019, 14:23 Avropa gənclərini Bakıya toplayacaq festivalın ÖZƏLLİKLƏRİ 17 İyul 2019, 14:19