Modern.az

“Barselona”nın əfsanəvi futbolçusu karyerasını bitirdi

“Barselona”nın əfsanəvi futbolçusu karyerasını bitirdi

22 May 2019, 08:15

İspaniya millisinin və “Barselona”nın sabiq yarımmüdafiəçisi Xavi Hernandez karyerasını bitirib.

Modern.az xəbər verir ki, əfsanəvi futbolçu ötən gün sonuncu oyununu keçirib

39 yaşlı oyunçu Asiya Çempionlar Liqasında “Əl-Sədd”in heyətində “Persepolis”lə (0:2) qarşılaşmada axırıncı dəfə meydana çıxıb. Onun bundan sonra Qətər təmsilçisində məşqçi kimi çalışması gözlənilir.

Xavi 2000-2014-cü illərdə “Barcelona”nın heyətində 767, İspaniya yığmasında isə 133 oyunda iştirak edib. O, 8 dəfə İspaniya La Liqasının, 3 dəfə İspaniya Kral Kubokunun, 6 dəfə isə Superkubokunun qalibi olub. Xavi eyni zamanda 4 qat Çempionlar Liqası, 2 qat UEFA Superkuboku və 2 qat Klublararası Dünya Çempionatı qalibidi.

Futbolçu İspaniya millisinin heyətində 2010-cu ildə dünya, 2008 və 2012-ci ildə isə Avropa çempionatını qazanıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir