Modern.az

Paşinyanın Qarabağla bağlı ZİDDİYYƏTLİ bəyanatları: “Koçaryanla Sarkisyandan da təhlükəlidir”

Paşinyanın Qarabağla bağlı ZİDDİYYƏTLİ bəyanatları: “Koçaryanla Sarkisyandan da təhlükəlidir”

23 May 2019, 15:18

Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanatlar bir-biri ilə ziddiyyət təşkil edir.

O, gah sülhdən, gah da müharibədən danışır.

 

Politoloq Qabil Hüseynli Modern.az-a deyib ki,  Paşinyan Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyandan daha təhlükəli biridir .

 

“Paşinyan hər nə qədər ziddiyyətli bəyanatlar versə də əsas məqsədi nəinki  Qarabağı, ondan kənarda istila edilmiş 7 rayonu da əlində saxlamaqdır.Həmçinin  bu əraziləri müstəqil elan edib, Ermənistana birləşdirmək  və danışıqlarda vaxt qazanmaq kimi niyyəti var . Paşinyan  əhəmiyyətli qərarların qəbul edilməsi mümkün olan  görüşlərdən uzaq durmağa çalışır. O adətən əsas silah kimi qondarma “Dağlıq Qarabağ Respublikasının” danışıqlarda iştirak etməsini ilkin şərt kimi irəli sürür. Dağlıq Qarabağın hüdudlarından kənardakı 7 rayonun geri qaytarılmasında tamamilə fərqli mövqe tutmağa başlayıb. Gah bu əraziləri  Dağlıq Qarabağın itirilmiş əraziləri kimi təqdim edir, gah da 5 rayonun geri qaytarılması barədə fikirlər söyləyir”.

 

Qabil Hüseynli onu da vurğulayıb ki, Paşinyan Laçın və Kəlbəcərin qaytarılmasının mümkünsüz olduğu haqqında açıq danışır və bildirir ki, bu  rayonlar guya Ermənistan ərazilərdir.

 

“Xüsusilə Kəlbəcərdə qədim alban kilsələri, tarixi abidələrini əsas gətirir. Dağlıq Qarabağı Ermənistandan ayıran iki rayonu  Kəlbəcər və Laçını əldə saxlamaqla bütün Qarabağı Ermənistana birləşdirmək niyyətindədir. Bütün bunlardan aydın olur ki, Qarabağ ətrafında yeni maneələr yaratmaqla danışıqlar prosesini bütünlüklə pozmağa  çalışır. Hər nə qədər demokratik pərdəyə bürünsə də  “böyük Ermənistan” yaratmağı qarşısına məqsəd qoyub”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi