Arxiv
25 May 2019, 09:53 | AKTUAL
Rusiyalı nümayəndə heyəti DOST mərkəzi ilə tanış olub

Ölkəmizə səfərə gəlmiş Rusiya Federasiyası Əmək və Sosial Müdafiə naziri Maksim Topilinin rəhbərlik etdiyi nümayəndə heyəti Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) DOST mərkəzi ilə tanış olub.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qonaqlara məlumat verərək vurğulayıb ki, bu gün ölkəmizdə sosial sahədə aparılan islahatların əsas hədəflərindən biri də dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılan DOST Agentliyi də bu məqsədə xidmət edir. DOST layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi olmaqla, geniş əhatəyə malik sosial xidmətlərin “bir pəncərə”dən və şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsini nəzərdə tutur.

 

Qeyd olunub ki, Agentliyin artıq ilk DOST mərkəzi hər gün 350-dən artıq vətəndaşa xidmət edir. Hazırda DOST mərkəzində əmək, məşğulluq, sosial təminat sahələri üzrə 126 növdə xidmət göstərilir. 2019-25-ci illərdə bütün ölkə üzrə 31 DOST mərkəzi yaradılacaq və həmin mərkəzlər 2,8 milyon şəxsi xidmətlərlə təmin edəcək.

Rusiya nümayəndə heyəti əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat, pensiya, sosial sığorta, əmək münasibətləri, məşğulluq, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, həmçinin sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət xidmətləri və s. sahələr üzrə xidmət bölmələri ilə tanış olublar. Burada çalışan sosial agentlərin və könüllülərin iş funksiyalarını, müraciət edən vətəndaşlara xidmət göstərilməsi prosesini nəzərdən keçiriblər.

 

M.Topilin və nümayəndə heyətinin digər üzvləri DOST mərkəzinin onlarda maraq və gözəl təəssüratlar yaratdığını vurğulayıblar. Onlar ölkəmizin sosial sahədə bu mühüm islahat tədbirinin uğurlu innovativ yenilik olduğunu qeyd ediblər.

Sonra nümayəndə heyətinə Azərbaycanın əmək, məşğulluq, sosial təminat sahələrində elektron sistemlərinə, əhaliyə göstərilən e-xidmətlərə dair təqdimatlar edilib. Ölkəmizdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahəsində tədbirlər və icra olunan özünüməşğulluq proqramı ilə yanaşı, ünvanlı dövlət sosial yardımı və əlilliyin qiymətləndirilməsi üzrə elektron sistemlərin bu günlərdə Beynəlxalq Sosial Təminat Assosiasiyası tərəfindən xüsusi mükafatlara layiq görüldüyü də diqqətə çatdırılıb.

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan güləşçisi erməniyə qalib gəldi 18 Avqust 2019, 21:38 Futbolda qanlı olay: 3 nəfər öldü 18 Avqust 2019, 21:19 Türkiyədə terrorda şübhəli bilinən 10 nəfər saxlanıldı 18 Avqust 2019, 21:01 "Düşmənin fəaliyyəti müxtəlif kalibrli silahların nişangahı altındadır" - Müdafiə Nazirliyi 18 Avqust 2019, 20:44 Xarici İşlər Nazirliyindən Sudana təbrik 18 Avqust 2019, 20:30 Vilayət Eyvazov iki rayona rəis təyin etdi 18 Avqust 2019, 20:17 Yanğın 15 min evi külə döndərdi: 50 min insan küçələrdə qaldı - VİDEO 18 Avqust 2019, 20:01 Bakıda intiharın qarşısı alındı 18 Avqust 2019, 18:02 Qənirə Paşayeva afrikalı siyasətçilərə köçkün qadınlardan danışıb    18 Avqust 2019, 17:30 DİM dövlət qulluğuna qəbul imtahanının nəticələrini açıqladı 18 Avqust 2019, 17:23 Ordumuz düşməni nişangah altında saxlayır - Müdafiə Nazirliyi 18 Avqust 2019, 17:08 “İsgəndər Həmidovu ölüm cəzası gözləyirdi” - Sabiq nazirin vəkili DANIŞDI 18 Avqust 2019, 16:28 Mehriban Əliyevadan şəhidlərə böyük ehtiram - FOTOLAR 18 Avqust 2019, 15:58 Əxlaqsız qadınların Bakıdan Dubaya axını azalıb - SƏBƏBLƏR 18 Avqust 2019, 14:56 “Linfild”-“Qarabağ” oyununun hakimləri bəlli oldu 18 Avqust 2019, 14:32 Şeyxülislamın 40 ildə imza atdığı İLKLƏR - Qorbaçovu rüsvay edib, vəhdət namazı qıldırıb, imam üçün qan verib... 18 Avqust 2019, 14:03 Şair Oqtay Rza vəfat etdi 18 Avqust 2019, 13:38 Oğlunu, arvadını və qayınanasını yandıran şəxs tutuldu – RƏSMİ 18 Avqust 2019, 13:30 Şəmkirdəki yanğının TƏFƏRRÜATI – Ata evə od vurdu, oğlu öldü, arvadı yandı... 18 Avqust 2019, 12:57 Sabah 39 dərəcəyə qədər isti olacaq - PROQNOZ 18 Avqust 2019, 12:31 Tanınmış jurnalist nazirə müraciət etdi: “Torqovı” biabırçılıqdı... 18 Avqust 2019, 12:16 İslam təslimiyyət kimi - Ağalar Qutun YAZISI 18 Avqust 2019, 11:57 Bakıda 66 yaşlı qadın ölümdən xilas edildi 18 Avqust 2019, 11:30 Azərbaycan Sərhəd Mühafizəsinin 100 yaşı tamam olub 18 Avqust 2019, 11:20 Bir şəklin tarixçəsi: Milli Ordumuz Xankəndinə girməyə hazırlaşırdı - FOTO 18 Avqust 2019, 11:01 Bakıda ağırçəkili sakini 8-ci mərtəbədən kranla düşürdülər 18 Avqust 2019, 10:58 Şəmkirdə dəhşətli YANĞIN: körpə öldü, ana və nənə xəsarət aldı - YENİLƏNİB 18 Avqust 2019, 10:55 Toyda partlayış – ölü sayı 60-ı ötdü 18 Avqust 2019, 10:02 Neftaçalada 24 yaşlı oğlan özünü asdı 18 Avqust 2019, 09:58 Ermənistan atəşkəsi 21 dəfə pozdu 18 Avqust 2019, 09:41 Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir 18 Avqust 2019, 09:39 “Ögey ana”da başlayıb “Fəryad”la bitən tale - Ceyhun Mirzəyevə sui-qəsd… 18 Avqust 2019, 09:17 Ağsuda 4 yaşlı uşağı maşın vurdu 18 Avqust 2019, 00:29 “6 adam öldürən cinayətkarın ilk dəfə Baş prokurora danışdığı qətl...”- VƏKİL SİRLƏRİ AÇIR 18 Avqust 2019, 00:11 “Qarabağ”ın ilk oyununu isveçrəli hakimlər idarə edəcək 17 Avqust 2019, 23:42