Modern.az

Gimnastlarımız Avropa çempionu oldular

Gimnastlarımız Avropa çempionu oldular

26 May 2019, 18:58

Bakıda keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında Azərbaycan komandası qızıl medal qazanıb.

Modern.az xəbər verir ki, böyüklərdən ibarət aerodans komandamız 17,800 balla fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Komandamızın tərkibinə Ayxan Əhmədli, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov və Mədinə Mustafayeva daxildir.

Rusiya komandası 17,750 balla ikinci, Rumıniya yığması 17,400 balla üçüncü olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi