Arxiv
4 İyun 2019, 10:28 | TƏHSİL
İyunun 9-da 40234 şagird buraxılış imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 9-da Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərinin, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarının orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsini keçirəcək.

DİM-dən Modern.az-a verilən məlumata görə, həmin gün ümumilikdə 40 234 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

Bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan saat 11:00-da başlayır.

İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim edilir. İmtahan 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- “İmtahana buraxılış vərəqəsi”;

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

  • a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
  • b) əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
  • - Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

    IX sinif şagirdlərinin buraxılış imtahanlarının ikinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 89 imtahan mərkəzi ayrılıb.

    İmtahanda 40 234 (Gəncə 3427, Lənkəran 2399, Naftalan 101, Şəki 2033, Sumqayıt 4565, Abşeron 4164, Ağdam 987, Ağsu 739, Astara 1231, Bərdə 2254, Biləsuvar 1391, Daşkəsən 288, Goranboy 1360, Göygöl 897, İmişli 1194, Kürdəmir 1229, Oguz 499, Qəbələ 1287, Saatlı 1015, Sabirabad 1821, Şabran 686, Şamaxı 1002, Samux 716, Tərtər 834, Xaçmaz 2160, Yevlax 1364, Zərdab 591) nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.

    İmtahanların idarə olunmasına 89 ümumi imtahan rəhbəri, 279 imtahan rəhbəri, 3340 nəzarətçi‑müəllim, 286 buraxılışı təşkil edən əməkdaş, 89 bina nümayəndəsi ayrılıb.

    Hazırda qeyd olunan rayonlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə iyunun 8-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

     

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    65 yaşlı Qulu Məhərrəmli 27 İyun 2019, 15:11 Laklı dırnaqla dəstəmaz almaq - İlahiyyatçının biri “HƏ”, o biri “YOX” deyir 27 İyun 2019, 14:37 Parlament sabah iclas keçirəsi olmadı 27 İyun 2019, 14:23 Lombardlara müddətsiz lisenziya veriləcək 27 İyun 2019, 14:16 “BOKT-lar zəifləyib” – Komitə sədri 27 İyun 2019, 14:14 İşə düzəlməklə bağlı DƏYİŞİKLİKLƏR 27 İyun 2019, 14:05 Milli Məclis kredit ittifaqları ilə bağlı qadağanı təsdiqlədi 27 İyun 2019, 13:55 Yol hərəkətinin nizamlanması üçün yeni nişanlar tətbiq olunacaq 27 İyun 2019, 13:50 Bakı ermənisi Kiyevin qubernatoru oldu 27 İyun 2019, 13:47 1 milyonluq saatı oğurlanan azərbaycanlının kimliyi bilindi 27 İyun 2019, 13:44 Sabah yağış yağacaq - HAVA PROQNOZU 27 İyun 2019, 13:34 May ayı üzrə bank sektorunun icmal göstəriciləri - RƏQƏMLƏR 27 İyun 2019, 13:28 Ermənistan Rusiyadan yeni silahlar alacaq 27 İyun 2019, 13:27 Təhsil müəssisələri ilə bağlı dövlət rüsumu müəyyənləşdi 27 İyun 2019, 13:17 Deputat Xəzərin sahilinin hasarlanmasını PİSLƏDİ: “Bir neçə ailənin ixtiyarına verilə bilməz” 27 İyun 2019, 13:14 Abdulla Gül yeni partiya yaradır – Ərdoğana növbəti rəqib gəlir 27 İyun 2019, 13:11 Azərbaycan daha bir beynəlxalq sənədə qoşuldu 27 İyun 2019, 13:02 Parlament minimum pensiyanın artırılmasına “HƏ” dedi 27 İyun 2019, 13:00 Tahir Kərimli deputatlarla bağlı çağırış etdi 27 İyun 2019, 12:57 Prezidentin təyyarəsindən 40 kiloqram narkotik çıxdı 27 İyun 2019, 12:54 “Gənc liderlər məktəbi”nin üzvləri mədəniyyət naziri ilə görüşüblər 27 İyun 2019, 12:54 Məhkəmə hakimlərinin də maaşı artırılır 27 İyun 2019, 12:45 Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalmayıb - RƏSMİ   27 İyun 2019, 12:39 Təqaüdçü deputatların pensiyası artacaq 27 İyun 2019, 12:35 Deputat maliyyə amnistisiyası elan etməyə çağırdı 27 İyun 2019, 12:26 Bu ilin büdcəsində dəyişiklik olacaq - Milli Məclis “HƏ” dedi 27 İyun 2019, 12:11 Parlament büdcənin icrası ilə bağlı sənədi 3-cü oxunuşda təsdiqlədi 27 İyun 2019, 12:08 Azərbaycanda turizm polisi yaradılacaq 27 İyun 2019, 12:03 Macarıstanda təhsil almaq hüququ qazanmış şəxslərin siyahısı təsdiqləndi 27 İyun 2019, 11:57 Merkel yenə titrədi 27 İyun 2019, 11:56 MDB-də daha bir eks-prezident həbsə göndərilə bilər 27 İyun 2019, 11:54 20 nəfərin dönərdən zəhərlənməsinə görə cinayət işi başlandı 27 İyun 2019, 11:50 “Dünya irsi. Gənc Peşəkarlar Forumu” Qobustan qoruğunda davam edib 27 İyun 2019, 11:49 “Azərenerji” xəbərdarlıq video çarxı yaydı 27 İyun 2019, 11:43 İstixanadan 244 kiloqramlıq çətənə kolu aşkarlandı 27 İyun 2019, 11:40