Arxiv
14 İyun 2019, 16:15 | MÜSAHİBƏ
“Topçu İsgəndər”in qızları atalarının adına olan qalaya qalxmaq istəyir - Milli Qəhrəmanın xanımı ilə MÜSAHİBƏ

Torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmanlıqla döyüşərək şəhid olmuş Ahısxa türkü, Milli Qəhrəman İsgəndər Aznaurovun adı yaddaşlardan silinməyəcək. “Topçu İsgəndər” ləqəbi ilə tanınan Milli Qəhrəman Gədəbəydə Başkəndin işğaldan azad olunmasında önəmli rol oynayıb.

İsgəndər Aznaurovun həyat yoldaşı Gülxanım Aznaurova Modern.az-a müsahibə verib:

 

- Azərbaycana gəlməyiniz 1990-cı illərə təsadüf edir. Həmin dövrdə vəziyyət gərgin idi. Necə oldu bura gəlmək qərarına gəldiniz?

 

- Biz Ahısxa türkləri 1990-cı ildə Azərbaycana gəldik. Həmin vaxtı 20 yanvar hadisələri olmuşdu. Gəlib Şəmkirin Kür qəsəbəsində məskunlaşdıq. Qarabağ uğrunda müharibə başlayandan sonra -1992-ci ildə İsgəndər də könüllü olaraq savaşa getdi. 1993-cü ildə Başkəndin işğaldan azad olunmasında İsgəndər çox böyük qəhrəmanlıq göstərdi. Ondan sonra 1993-cü il 18 apreldə şəhid oldu.

Biz Azərbaycana gələndə hamı dedi ki, orada müharibə gedir nəyə gedirsiniz... Amma qismət elə gətirdi ki, biz gəldik Azərbaycana, torpaq çəkdi bizi. İsgəndərin 35 yaşı və 3 uşaq atası olduğuna görə müharibəyə çağıran yoxidi. Ürəyi dözməyib getdi döyüşə. Deyirdi ki, biz vətən deyib bura gəlmişiksə, canımızdan da keçməliyik.

 

- Özbəkistanda baş verən qanlı hadisələrdən uzaqlaşıb Azərbaycana gəlmişdiniz. Həyat yoldaşınızın Azərbaycanda müharibəyə qatılmağına  etiraz etdinizmi?

 

- İsgəndər əvvəl Tovuzda əsgərlərə təlim keçirdi. Ondan sonra döyüşlər başlayanda könüllü olaraq cəbhəyə yollandı. Biz ona heç bir etiraz etmədik. Xocalıda ermənilərin törətdikləri vəhşiliklər, soyqırımı İsgəndərə çox pis təsir edirdi. Orada amansızlıqla öldürülən körpələri videokadrlarda görəndə deyirdi ki, “mənim də uşaqlarım bu torpaqda yaşayır, mən bu torpağı qorumağa borcluyam”. Həmin vaxt biz 10 il idi ki evlənmişdik.  

 

- Uşaqlarınız atalarını necə xatırlayırlar?

 

- Uşaqlar çox kiçik idi.  Balaca qızım çox xatırlaya bilmir atasını, amma İsgəndərin uşaqlara böyük sevgisi var idi. Qızlarımız atalarını çox sevirdilər, müharibədən gələndə çox sevinirdilər. O, həm çox yaxşı ata, həm də çox yaxşı həyat yoldaşı idi. Uşaqlarla uşaq, böyüklərlə böyük idi. İsgəndər qəsəbəyə gələndə elə bil toy-bayram olurdu, bütün uşaqlar onun başına yığışardı, onlara mütləq kiçik də olsa nəsə verərdi. Ən son biz bilərdik ki, İsgəndər gəlib, qəsəbədə hamı ilə görüşürdü, sonra evə gəlib çıxırdı. Heç kimin xətrinə dəyməzdi, böyük-kiçik yeri bilən, zarafatcıl və ən əsası çox vətənpərvər idi.

 

- Həyat oldaşınız şəhid olandan sonra Azərbaycandan getməklə bağlı hansısa fikrə düşdünüzmü?

 

- İsgəndər şəhid olandan sonra biz Azərbaycana daha da bağlanmağa başladıq. Biz gələndə Azərbaycan bizə qucaq açdı. İsgəndər bura vətən dedi. O şəhid olandan sonra heç getməklə bağlı düşünmədik. Bura bizə ana vətən oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Həm Azərbaycan dövləti, həm də Azərbaycan xalqı bizə çox kömək etdi. Cənab Prezidentimiz şəhid ailərinə, Milli qəhramanlara və onların ailələrinə xüsusi diqqət ayırır.

 

- 3 qızınız var, onlar nə işlə məşğuldurlar?

 

- Qızlarım evlidir, uşaqları var. Ataları ilə qürur duyurlar. Fəxr edirlər ki, ataları vətən uğrunda canından keçdi, uşaqlarını qorudu.

 

- İsgəndər Aznaurovun adına Gədəbəydə, Şəmkirdə və bir çox yerlərdə abidələr, məktəblər var. Həmin yerləri tez-tez ziyarət edə bilirsiniz?

 

- Şəmkirin Kür qəsəbəsində İsgəndərin adına məktəb, muzeyi var. Müraciət etmişik, Bakıda da Milli Qəhrəmanın adına bir küçə verilsin. Gədəbəydə İsgəndər qalası var. Ötən il həmin qalaya qalxdıq. Həmin yerdə İsgəndərin toplarını da gördük. Qızlarım da atalarının adına olan qalaya qalxmaq istəyirlər, yaxın zamanda yenidən qalxacağıq. Gədəbəyə, Şəmkirə - buralara tez-tez gəlirəm, amma qalmağa yerim yoxdu. İstərdim ki, Şəmkirdə hərbi şəhərcikdən bizə ev verilsin ki, tez-tez gəlib qala bilək.

 

- Özünüz nə işlə məşğul olursunuz, haradasa çalışırsınız?

 

- Hazırda Heydər Əliyev adına Hərbi Məktəbdə işləyirəm.

 

- İsgəndər bəylə son görünüzü necə xatırlayırsınız?

 

- İsgəndər sonuncu dəfə gəldi, evdə qaldı və səhərisi getdi. Qrad maşını ilə gəlmişdi. Gedəndən sonra bir də geri döndü. Evə girən kimi dəhlizdə sağa, sola, yuxarı, aşağı baxdı, evə diqqətli nəzər yetirdi. Anası dedi ki, “İsgəndər, nəsə unutdunmu, sən niyə geri döndün?”. O da cavab verdi ki, “heç nə unutmamışam” və evdən çıxdı.  Bu son gedişi oldu. 5-ci gün idi evdən çıxdı və bazar günü də şəhid oldu. 

 

- Həyat yoldaşınızın şəhid ola biləcəyi ilə bağlı hansısa hislər keçirirdinizmi?

 

- İsgəndər özü yuxu görmüşdü. Yuxuda görmüşdü ki, onu zəncilər mühasirəyə alıblar. Durdu mənə danışdı. Dedim ki, “Allah axırını xeyir etsin”. Dedi “son döyüşüm olacaq”, Göyçə gölü ətrafında gedən döyüşləri nəzərdə tuturdi. Sonra da “Göyçə gölünü alacağıq” söylədi. Yuxusuna heç bir önəm vermədik. Həmin yuxunun üzərindən heç bir həftə də keçmədi, şəhid oldu.

 

- Azərbyacana gəlməyinizlə bağlı peşmançılıq çəkmisinizmi?

 

- Heç bir peşmançılıq çəkməmişik. Bayaq dediyim kimi, Azərbaycan bizi çox yaxşı qarşıladı.

 

- 1990-cı ildə Özbəkistandan Azərbaycan gəlmişdiniz, sonradan həmin yerlərə getdinizmi?

 

- Yaşadığımız yerə heç getməmişik. Bura o qədər öyrəşmişik ki, getməyi istəmirik. 29 ildir Azərbaycandayıq, hara getsəm də, yənə Azərbaycana qayıtmaq istəyirəm.

 

- Sonda əlavə etmək istədiyiniz nəsə varmı?

 

- Şəhid ailələrinə demək istərdim, onlar qürur duysunlar ki, onların elə oğlu, əri, atası var. İnsan əzizini itirəndə bu ona pis təsir edir. Amma şəhidlik elədir ki, əzizinin xatirəsi tək sənin üçün deyil, bütün ölkə üçün əziz olur. Şəhid ailələri hər zaman qürur duymalıyıq ki, belə bir oğullar yetişib. Şəhidlik şərəfli yoldur. Şəhid ailələri səbrli olmalıdırlar. İşğal altında olan torpaqlarımız geri qaytarılanda şəhidlərimiz də məzalarında rahat uyuyacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
50 milyon manatlıq istiqrazlar... 17 İyul 2019, 14:23 Avropa gənclərini Bakıya toplayacaq festivalın ÖZƏLLİKLƏRİ 17 İyul 2019, 14:19 59 vakant vəzifə - 24 namizəd uğur qazanıb 17 İyul 2019, 14:16 Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib 17 İyul 2019, 14:14 Sədərəkdə yumurtadan kütləvi zəhərlənmə - 3 nəfər xəstəxanaya yerləşdirildi 17 İyul 2019, 14:02 Avtomobildə gizlədilən spirtli içkilər və siqaretlər aşkarlandı 17 İyul 2019, 13:24 Piyadanı vurub qaçan sürücü tutuldu 17 İyul 2019, 13:02 Sürücülərin NƏZƏRİNƏ: Bu zolağa girənlər cərimələnəcək 17 İyul 2019, 12:56 Əli Əhmədov BMT rəsmisi ilə DANIŞIQLARDA 17 İyul 2019, 12:56 Sabahın havası - 39 dərəcə isti olacaq 17 İyul 2019, 12:53 Hərbi liseylərə qəbul imtahanının nəticələri açıqlandı 17 İyul 2019, 12:47 Azərbaycanda yeni qurum yaradılır - minlərlə boşanmış qadına çarə ola bilər... 17 İyul 2019, 12:33 Meyvə oğrusu saxlanıldı 17 İyul 2019, 12:27 Azərbaycana ət idxalı ARTIB 17 İyul 2019, 12:23 Ərəb turist Bakıda qadını döyüb? - RƏSMİ AÇIQLAMA 17 İyul 2019, 12:07 Naxçıvandan Bakıya uçan təyyarə quşla toqquşdu 17 İyul 2019, 12:02 Nazir təltif edilmiş əməkdaşlara vəsiqələr və medalları təqdim etdi 17 İyul 2019, 12:01 Şamaxıda qədim məscid aşkarlandı   17 İyul 2019, 11:47 Gürcüstandan “Keşikçidağ mübahisəsi”ni həll etmək üçün maraqlı TƏKLİF 17 İyul 2019, 11:31 AQTA BMT ilə birgə baytarları təlimlərə cəlb edəcək 17 İyul 2019, 11:28 Qənirə Paşayeva fransalı qadınlara Qarabağ həqiqətlərindən DANIŞDI   17 İyul 2019, 11:14 “Keçid balları I və IV qrupda azı 50-70 bal aşağı düşəcək” 17 İyul 2019, 11:08 Rusiya Ermənistan üçün yeni Atom Elektrik Stansiyası inşa edəcək 17 İyul 2019, 11:05 Ötən gün qəzada ölənlərdən biri tələbədir - FOTO 17 İyul 2019, 11:00 İxtisas seçimi edəcək edəcək abituriyentlərin nəzərinə! 17 İyul 2019, 10:49 Xəzəri hasarlayanlar təftiş edilir - 40 min manatadək CƏRİMƏ 17 İyul 2019, 10:47 Arıçılara 4,2 milyon manatdan çox subsidiya veriləcək   17 İyul 2019, 10:46 Şəkidə xəsarət alanların SON DURUMU 17 İyul 2019, 10:45 210 kiloqramlıq inək öldü, ətini satmaq istədi - FOTO 17 İyul 2019, 10:34 Hərbi birlikdə təlim toplantısı keçirildi 17 İyul 2019, 10:21 Kənd Təsərrüfatı İnformasiya Sistemində hüquqi şəxslərin qeydiyyatı başladı 17 İyul 2019, 09:57 Azərbaycana ən çox pul yatıran ölkələr – SİYAHI 17 İyul 2019, 09:53 BMT Goranboyda cinsi zorakılıqla bağlı tədbir keçirdi 17 İyul 2019, 09:52 Yol polisindən təmir və “moyka” məntəqələrinə görə sürücülərə TÖVSİYƏ 17 İyul 2019, 09:47 Əhalinin sayı AÇIQLANDI 17 İyul 2019, 09:46