Modern.az

İran ABŞ-ın pilotsuz aparatını vurdu

İran ABŞ-ın pilotsuz aparatını vurdu

20 İyun 2019, 09:04

İran ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurub.

Modern.az-ın məlumatına görə, bu haqda İranın "Press TV” xəbər yayıb.

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) bəyanatında deyilir ki, ABŞ-a məxsus "Global Hawk" pilotsuz uçuş aparatı İranın hava sərhədlərini pozub.

Bildirilir ki, bundan sonra həmin aparat Hərbi Hava Qüvvələri tərəfindən Hormozqan əyalətində vurulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI