Modern.az

Tbilisidə  etiraz aksiyası: daxili işlər nazirinin istefası tələb olunur

Tbilisidə  etiraz aksiyası: daxili işlər nazirinin istefası tələb olunur

21 İyun 2019, 20:18

Tbilisidə müxalifətin növbəti etiraz aksiyası başlayıb.

Modern.az  xəbər verir ki, artıq parlamentin binası önündə iki mindən çox adam toplaşıb. Mitinqdə əsasən daxili işlər naziri Georgi Qaxariyanın istefası və iyunun 20-də keçirilmiş aksiya zamanı saxlanılanların dərhal azad edilməsi tələb olunur.

Gürcüstanın əsas müxalifət partiyalarının rəhbərləri xalqa müraciət edərək hamını Rustaveli prospektinə - parlamentin binası önünə toplaşmağa çağırırlar.

Məlumat üçün qeyd edək ki, iyunun 20-də Tbilisidə Rusiya nümayəndə heyətinin Parlamentlərarası Pravoslav Assambleyasında iştirakına qarşı kütləvi etiraz aksiyası keçirilib. Parlamentin binasına girməyə cəhd göstərən etirazçılarla polis arasında qarşıdurma yaşanıb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi