Arxiv
1 İyul 2019, 11:41 | AKTUAL
Bakıda bələdçilər üçün beynəlxalq təlim təşkil edilib  

Azərbaycan Turizm Bürosunun dəstəyi ilə Bakı şəhərində Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası və Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının yerli bələdçilər üçün təşkil etdiyi təlim keçirilib.

 

Modern.az xəbər verir ki, Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının aparıcı təlimçisi İvana Curuvija və beynəlxalq təlimçi Səkinə Əsgərovanın iştirakı ilə keçirilən təlimlərdə aktiv şəhər bələdçiləri, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, Zaqatala Turizm İnformasiya Mərkəzi və Şəki Xan Sarayının bələdçiləri iştirak ediblər.

 

Təlimlər ərzində iştirakçılara beynəlxalq standartlara əsaslanan peşə etikası, gəzinti, avtobus və məkan kimi tur formatlarında praktiki və nəzəri biliklər, qrup psixologiyası, məhdud fəaliyyət qabiliyyətli turistlərlə iş, peşəkar tur planının tərtibatı kimi istiqamətlər tədris edilib.

 

Yeddi gün davam edən təlimlər mövzuya uyğun olaraq müxtəlif məkanlarda həyata keçirilib.

 

Belə ki, gəzinti turu üçün Nizami və Xaqani küçələri, avtobus turu üçün Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti və Koroğlu dairəsi, məkan turu üçün isə Milli Xalça Muzeyi seçilib.

 

Bələdçilərə düzgün mövqeləşmə, turizm obyekti haqqında dolğun informasiya vermək, tur ərzində təhlükəsizlik qaydalarına riayət etməyin mühümlüyü, Ümumdünya Turizm Təşkilatının təqdim etdiyi müasir turizm trendlərinə əsasən turun tərtibatı, bələdçi peşə etikası və ölkə təmsilçiliyi ilə bağlı informasiyalar verilib.

Avqust ayı ərzində təlimçilərin və moderatorun yekun yoxlamasından sonra uyğun bal toplamış iştirakçılar Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyası tərəfindən akkreditasiya edilmiş sertifikatlarla təltif ediləcəklər.

 

Bu cür təlimlərin bələdçi sənayesi üçün mühümlüyünü nəzərə alaraq növbəti aylarda da təşkil edilməsi planlaşdırılır.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ Çinlə ticarət sazişini imzalayır 12 Dekabr 2019, 20:37 Yol polisindən piyadavurmaların qarşısını alacaq yenilik 12 Dekabr 2019, 20:24 Bu məhsullar bahalaşdı - SİYAHI 12 Dekabr 2019, 20:10 Abşeronda villa yandı 12 Dekabr 2019, 19:59 Heydər Əliyevin xatirəsi Belqradda anıldı 12 Dekabr 2019, 19:47 Messi “El Klassiko”nu gözləyir 12 Dekabr 2019, 19:33 AŞPA Azərbaycanda keçiriləcək parlament seçkilərini müzakirəyə ÇIXARIR 12 Dekabr 2019, 19:09 UEFA-dan “əsgər salamı” qərarı 12 Dekabr 2019, 18:56 Goranboyda məktəblini maşın vurdu 12 Dekabr 2019, 18:36 Həştərxanın qubernatoru Nərimanovda olub 12 Dekabr 2019, 18:29 102 FM tezliyi üçün sənəd qəbulu başa çatdı - 5 iddiaçı var 12 Dekabr 2019, 18:17 Finlandiyanı qadınlar idarə edəcək - Zərif məxluqlar əsas POSTLARDA 12 Dekabr 2019, 18:03 Elmar Məmmədyarov Latviya Prezidenti ilə görüşüb 12 Dekabr 2019, 17:40 Səhhəti pisləşən xalq artistindən XƏBƏR VAR 12 Dekabr 2019, 17:32 Dollar və manatın sabahkı MƏZƏNNƏSİ 12 Dekabr 2019, 17:29 Bibiheybət yolu nə zaman təmir olunacaq? 12 Dekabr 2019, 17:12 Azərbaycan Dünya Bankının kreditindən imtina edib  12 Dekabr 2019, 17:05 Millimizin sabiq futbolçusu həbs edildi 12 Dekabr 2019, 16:50 "Quş qripi" ilə bağlı monitorinqlərə başlanılır 12 Dekabr 2019, 16:44 Diaspor fəalları Kiyevdə Heydər Əliyevi andı - FOTOLAR 12 Dekabr 2019, 16:38 YAP-dan Siyavuş Novruzov AÇIQLAMASI: “Seçkidə əsas namizədlərdən olacaq” 12 Dekabr 2019, 16:36 Vasif Talıbov yeni qurum yaratdı 12 Dekabr 2019, 16:30 Tahir Kərimlinin partiyası da seçkilərə gedir 12 Dekabr 2019, 16:23 Bakı metrosunun iş vaxtı uzadıldı    12 Dekabr 2019, 16:16 Əli Əhmədov Zelenski ilə görüşüb 12 Dekabr 2019, 16:10 Ermənilər kilsəyə, məhkəməyə və siyasi partiyalara inamı itirib - SORĞU 12 Dekabr 2019, 16:01 Bakı-Məşhəd istiqamətində birbaşa uçuşlar başlanır 12 Dekabr 2019, 15:55 Azercell-dən 5G virtual oyunları və fotomüsabiqə! 12 Dekabr 2019, 15:50 Çempionlar Liqası: 1/8 final mərhələsinin püşkatmasının vaxtı bilindi 12 Dekabr 2019, 15:44 Heydər Əliyev Mərkəzi ümummilli liderin anım günü ilə bağlı videoçarx hazırlayıb 12 Dekabr 2019, 15:38 “Tərəflərin qarşılıqlı məqbul həll yolu tapması üçün hər şeyi edəcəyik” - Mariya Zaxarova 12 Dekabr 2019, 15:32 Xalq artisti xəstəxanalıq oldu 12 Dekabr 2019, 15:24 “Təəssüf ki, GUAM ciddi bir quruma çevrilmədi” - Ekspert 12 Dekabr 2019, 15:18 Heydər Əliyevin tarixi çıxışı: “Mənə deyiləndə ki, “Jurnalistlərin dostu” seçilmişəm, əvvəl inanmadım”  12 Dekabr 2019, 15:17 Bakıətrafı magistral yollarda hərəkət məhdudlaşdırılacaq 12 Dekabr 2019, 15:12