Modern.az

Fuad Abbasov mətbuat qarşısına çıxdı: “Deportasiyam sifariş idi” 

Fuad Abbasov mətbuat qarşısına çıxdı: “Deportasiyam sifariş idi” 

Media

2 İyul 2019, 14:13

Bir müddət əvvəl Rusiyada saxlanılaraq, Azərbaycana deportasiya edilən jurnalist Fuad Abbasov bu gün mətbuat konfransı keçirir.


Modern.az-ın məlumatına görə, mətbuat konfransı saat 14.00-da Beynəlxalq Mətbuat Mərkəzində başlayıb.

Fuad Abbasov bildirib ki, Rusiyada saxlanılmağı, məhkəməyə aparılmağı və deportasiya olunmağı sifariş idi.


“Mayın 16-sı saat 11-də gözlənilmədən yaşadığım binada üç mülki şəxsin hücumuna məruz qaldım. Mən də onların kim olduğunu bilmədim və özümü müdafiə üçün müqavimət göstərdim. Sonradan onların polis olduğu məlum oldu və müqavimət göstərdiyim üçün mənə təzyiqlər etməyə başladılar. Qollarımı qandalladılar. Bu zaman mən dəqiqləşdirdim ki, bu, ciddi məsələdir. Məni əllərim qandallı boynumu aşağı əyib mikroavtobusun içərisinə salıb tavanında yerləşdirdilər. Məni Ximski şəhərində yerləşən polis bölməsinə apardılar. Mənim Rusiya ərazisində yaşamaq hüququmun bitdiyini bildirdilər. Daha sonra adımdan yazılan ərizələrə imza atmağa məni məcbur etdilər. Məhkəmədə bütün hüquqlarım pozuldu və mənim Rusiyada yaşamaq iznimin olmadığını bir daha bildirdilər və mənim deportasiya olunmağım üçün qərar verildi”.

İyunun 6-da məhkəmə qərarına əsasən, mən Rusiyanı tərk etməyi könüllü olaraq özüm istədim. Daha sonra iyunun 7-də Azərbaycana gəlməyim üçün hava limanına getdim. Hava limanında naməlum şəxs tərəfindən mənim Azərbaycana deportasiya olunmağımın da qarşısı alındı və məni təkrar təcridxanaya göndərdilər. Mən də həmin gündən aclıq aksiyasına başladım. Daha sonra öz hesabıma iki dəfə bilet almağıma baxmayaraq, bizim Azərbaycana gəlmək cəhdimizin qarşısını aldılar. Sonra Rusiya hüquq-mühafizə orqanları mənim həbs müddətiminin uzadılması və həbsimin cinayətini artırmaq üçün hətta evimə axtarışlara cəlb olundular".

F.Abbasov deyib ki, o, bu qanunsuz əməllərə etiraz olaraq aclıq aksiyası da keçirib:

“Bunlar məni orada tutmaq üçün ciddi bir səbəb axtarmaq məqsədilə evimə basqın etdilər. Evdə bütün elektron avadanlıqları, ailə üzvlərimin telefonlarını, kitablarımı götürdülər. Birinci gün mən gözləyirdim ki, haqqlmda bir cinayət işi açılacaq".

Fuad Abbasov, "İstintaq təcridxanasında mənim yanıma iki nəfər gəldi və onlar mənim jurnalistika fəaliyyətim ilə bağlı sorğu-sual etdilər" - deyə sözlərinə davam edib.

"25 iyun tarixində məni istintaq təcridxanasının yerinə Vnukova aeroportununa aparıldım. Aeroportda Federal Təhlükəsizlik İdarəsinin rəhbərinin yanına aparıldım. Mənə orada bir arayış verildi, həmin arayışda mənim Rusiyaya 50 illlik girməyimə qadağan qoyuldu" .


Jurnalist deyib ki, onun ən böyük istəyi Rusiyada bir diasporun qurulması idi.


"Hamımız bir diaspor rəhbərinin ətrafında toplaşaq və Azərbaycanla bağlı bütün məsələlərdə bir olaq. Çox təəssüf olsun ki, buna nail ola bilmədim".

O bəzi şəxslərə təşəkkür edib: "Azərbaycanın Rusiyadakı səfirliyi bir vətəndaş olaraq mənə sahib çıxdı. Səfirlik mənim üçün Rusiya dövlətinə nota göndərdi və həmkarlarımız küçələrə çıxdılar. Mən səfirimiz Polad Bülbüloğluna, konsulluq əməkdaşlarına, mənə dəstək verən hər kəsə təşəkkürümü bildirirəm" .

Fuad Abbasov deyib ki, onun başına gətirilənlərdə ermənilərin əli olub.

Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi F. Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. F.Abbasov iyunun 25-də Azərbaycana deportasiya edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi