Modern.az

Prezidentin işdən azad etdiyi birinci ledi - FOTOLAR

Prezidentin işdən azad etdiyi birinci ledi - FOTOLAR

3 İyul 2019, 09:14

Modern.az saytı “Birinci ledilər” rubrikasında xarici ölkələrin dövlət başçılarının xanımları barədə məlumatların təqdimatını davam etdirir. Növbəti yazımızda Braziliyanın birinci ledisi Mişel Bolsanarunun həyatından bəhs olunur.

2018-ci ilin oktyabrı dünyadakı liberal qüvvələr üçün növbəti sardıcı zərbə ilə yadda qaldı. 2016-cı ilin noybarında Donald Trampın ABŞ prezidenti seçilməsi ilə sağ siyasi cərəyanın mövqeyinin möhkəmlənməsindən narazı olan liberallar bu dəfə Braziliyada məğlub oldular. Solçu ideyaları təbliğ edən Fəhlə Partiyasının lideri Fernandu Addad Sosial-Liberal Partiyasından olan ultrasağçı rəqibi Jair Bolsonaruya məğlub oldu.

 

Seçicilərin 55%-nin dəstəyini alan Bolsonaru Tramp siyasətinin Latın Amerikasındakı davamçısı sayılır. Partiyaya sədaqəti və radikal görüşləri ilə tanınan Bolsonaru 1980-ci illərdə ölkədə hökm sürmüş diktatura haqda heyranlıqla danışır, həmin dövrdə tez-tez baş verən edam və işgəncələri alqışlayır. Narkotkilərin leqallaşmasına, abortlara, sekulyarizmə və cinsi azlıqların hüquqlarının qorunmasına qarşı sərt mövqeyi ilə seçilən siyasətçi ABŞ və İsraili xarici siyasətində əsas istiqamət sayır.

 

Qalmaqallı prezident fonunda onun həyat yoldaşı, Braziliyanın rəsmi birinci ledisi Mişel Bolsonarunun həyat yolu xüsusi maraq yaradır.

Mişel de Paula  Firmo Reynaldu Bolsonaru 1982-ci il martın 22-də paytaxt Braziliya şəhərinin də daxil olduğu federal dairədə, Seylandiya şəhərində anadan olub. Onun atası Visente de Paulo Firmino avtobus sürücüsü olub. Anasının erkən yaşda vəfatından sonra atası başqa qadınla ailə qurub. Həmin nikahdan isə gələcək birinci ledinin kiçik qardaşı Dieqo Torres Reynaldu (1988) anadan olub. Hazırda Reynaldu Braziliya Hərbi Hava Qüvvələrində pilot kimi xidmət keçir.

 

Uşaqlıq illərini paytaxda keçirən Mişel Bolsonaru atası və analığının işlədiyi şirniyyat sexində də qısa müddət çalışıb. Məktəbi bitirdikdən sonra universitetdə farmakologiya ixtisasına yiyələnib. Amma universitet diplomu almağına baxmayaraq, Mişel Bolsonaru bu sahəyə xüsusi maraq göstərməyib. O, tələbəlik illərində supermarketdə satıcı işləyib. Siyasətə marağı yarandığı üçün Braziliya cəmiyyətindəki prosesləri diqqətlə izləyərək, 2006-cı ildə Deputatlar Palatasının aparatında katibə kimi işə düzəlib. 2008-ci ilə qədər  müxtəlif siyasi partiyalarla əlaqə qurur və 2007-ci ildən Proqressiv Partiyasında katib olaraq çalışır. Məhz həmin ildə o, gələcək əri Jair Bolsonaru ilə tanış olub.

Proqressiv Partiyasından deputatlığa namizəd olan 52 yaşlı siyasətçi gənc 25 yaşlı xanıma qısa müddətdə aşiq olur.


“Hər şey partiyamızın ofisində baş verdi. Bir-birimizlə yaşamaq istədiyimizi anlamaq üçün çox vaxt tələb olunmadı”- deyə sonralar Braziliya televiziyasına açıqlamasında birinci ledi danışacaqdı.

 

Cütlüyün tanış olduğu zamanlar Jair Bolsonaru öz 16 illik həyat yoldaşı Anna Kristindən boşanmaq ərəfəsində idi. Prosedur tam olaraq 2007-ci ilin ortalarında yekunlaşır.


Bundan sonra Jair və Mişel Bolsonaru ictimaiyyət arasında birgə görünməyə başlayırlar. 2007-ci ilin 18 sentyabrında Jair Bolsonaru faktiki həyat yoldaşını öz parlament katibi təyin edir. Noyabr ayında isə onlar rəsmi nikaha daxil olurlar.  

 

Amma onların şəxsi həyatda olduğu kimi, siyasi arenada birgəliyi 2008-ci ilin noyabrında sonlanır. Belə ki, Bolsonaru 2008-ci il noyabrın 1-də həyat yoldaşını katibə funksiyalarından azad etməli olur. Həmin ilin 29 avqustunda qəbul edilən yeni qanuna əsasən, dövlət işçisi heç bir halda öz qohumunu, yaxud həyat yoldaşını işə qəbul  edə bilməzdi və noybarından 1-nə qədər onu işdən azad etməli idi.

2011-ci ildə cütlüyün Lora adlı qız övladı doğulub. Bundan əvvəl isə Mişel Bolsonaru  gənclik eşqinin xatirəsi olan Letisiya Aqiar adlı qız övladının da anası idi.

Maraqlıdır ki, Jair Bolsonaru həyat yoldaşının övlad istəyinə görə planlaşdırdığı vazektomiya prosedurundan imtina etməli olur.

 

2018-ci ilin prezident seçkiləri kampaniyası zamanı ərinin yanında olan Mişel Bolsonaru onun qələbəsindən sonra bütün braziliyalılara təşəkkür etmişdi.


Mətbuata isə ərinin qələbə qazandığı 28 oktyabr günü geniş müsahibə verən birinci ledi yoxsulların və əngəlli insanların hüquqlarının qorunması, onların iş və təhsil alması üçün əlindən gələni edəcəyini demişdi. Mişel Bolsonaru Amazon çayı sahilində yaşayan hindu qəbilələrinin də mövcudluğuna heç bir təhlükə olmayacağını söyləmişdi.

 

Prezident ailəsi Rio-de-Janeyronun Barr-di -Tijuka məhəlləsində yaşayır. Zənginlər üçün olan məhəllə ətrafdan polis tərəfindən ciddi qorunur. 

 

64 yaşlı Jair Bolsonarunun şəxsi həyatına gəlincə, 3 dəfə evli olan prezidentin Rojerioya adlı ilk həyat yoldaşından 3 oğlu (Flaviu, Karluş və Eduardu), Anna Kristina ilə ikinci nikahından isə Renno adlı oğlu var. 37 yaşlı Mişel Bolsonarudan isə yuxarıda qeyd olunduğu kimi Lora adlı 1 qız övladı var.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!