Modern.az

Goranboyda “Marş İrəli”başladı

Goranboyda “Marş İrəli”başladı

3 İyul 2019, 17:37

“İrəli İctimai Birliyi” Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Goranboy rayon İcra Hakimiyyəti birgə əməkdaşlıq  çərçivəsində “Marş İrəli” layihəsini 2 iyul 2019-cu il tarixdən - 10 iyul 2019-cu il tarixədək Goranboy rayon Yuxarı Ağcakənd qəsəbəsində yerləşən Göybulaq ərazisində keçirəcək. 

 

Modern.az xəbər verir ki, düşərgədə Bakı şəhəri də daxil olmaqla 25 rayondan 200 gəncin iştirakı nəzərdə tutulub.



Goranboyda  keçirilən layihənin açılış mərasiminə “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov, “İrəli” İB işçi heyəti və layihə iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin  abidəsi önünə tər gül dəstələri düzərək, onun əziz xatirəsini yad etdilər. Daha sonra tədbir Mədəniyyət Evində davam etdirildi.

 

“İrəli” İctimai Birliyinin təşəbbüsü ilə artıq 2-ci dəfədir ki, həyata keçirilən layihənin açılış mərasimində Goranboy Rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev çıxış edərək bildirdi ki, Ümumumilli Liderimiz Heydər Əliyev tərəfindən formalaşmış Azərbaycan gəncliyi dövlət siyasəti bu gün Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə inamla və uğurla davam etdirilir. Ölkənin bütün idarəçilik sistemində gənclərin bilik və bacarıq imkanlarından geniş istifadə olunur, hər bir sahədə gənclərə böyük önəm verilir. Xüsusən də cəbhədə torpaqlarımızın düşmən təhlükəsindən qorunması məhz gənclərimizin üzərinə düşür. Bu layihənin də Ağdam rayonundan sonra Goranboy rayonunda keçirilməsi bir cəbhə bölgəsi kimi böyük əhəmiyyət kəsb edir. Mən inanıramki bu layihənin iştirakçıları Goranboyda olduqları müddətdə rayonun tarixi, mədəni irsi, iqtisadi inkişafı ilə tanış olmaqla yanaşı, həm də Goranboyun hərbi-tarixi qəhrəmanlıq salnaməsinə də nəzər salmaq imkanları əldə edəcəklər.

 

Daha sonra “İrəli İctimai Birliyi”nin sədri MirHəsən Seyidov çıxış edərək bildirib ki, “İrəli” İctimai Birliyinin təşəbbüsü ilə 10 günə yaxın müddət ərzində keçiriləcək layihədə gender bərabərliyi qorunmaqla 17-25 yaş arasında 150-yə yaxın respublikanın müxtəlif regionlarından müsahibə yolu ilə seçilən gənclər iştirak edir. Bu gənclər layihədə iştirak əsnasında aktiv fiziki tapşırıq və oyunlarda həqiqi hərbi xidmətə öncədən hazırlaşacaq, fiziki dözümlülüyünü artıracaq, keçirilən motivasiya xarakterli görüşlər, seminarlar, simulyasiya oyunlarında mənəvi olaraq möhkəmlənəcək və xüsusi təlim modulları vasitəsi ilə daha çox maariflənə biləcəklər. Belə ki, kəşfiyyat bölüyünün maneələri dəf etməsi, hündürlükdən tullanma üsulları, düşmən səngərinə hücum edilməsi təlimləri təcrübi olaraq göstəriləcək. Eyni zamanda təlim iştirakçılarına ocaq əldə etməyin qaydası və qida əldə etmə üsulları haqqında məlumat veriləcək. Taktiki hazırlıq, qarovul hazırlığı, atəş hazırlığı, topoqrafiya, komandir hazırlığı və digər hərbi hazırlıqlar da layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlərə aiddir. 2018-ci ildə keçirilən layihədə iştirak haqqı qazanmış gənclər yenidən layihədə iştirak edə bilməzlər. 

 

Layihə çərçivəsində gənclər ekstremal şəraitdə qalaraq bir sıra sosial və idman fəaliyyətlərində yer alacaq, onlara peşəkar mütəxəssislərin iştirakı ilə müxtəlif təlim - məşq toplanışları, fiziki və əqli tapşırıqlar, ekspert və qonaqlarla görüşlər və müzakirələr təşkil ediləcək. Həmçinin, gənclər bir sıra fiziki, psixoloji və sosial fəaliyyətlərə cəlb olunacaq, nizam - intizamlı, bilikli və bacarıqlı bir vətəndaş kimi formalaşmaq yolunda təkan əldə edəcəklər. Hərbi simulyasiya formatında keçiriləcək düşərgə gənclərə hərbi mühitin aşılanması, onlarda milli ruhun formalaşması, həmçinin, fiziki və mənəvi möhkəmlənməsinə şərait yaradacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!