Arxiv
5 İyul 2019, 14:34 | MƏDƏNİYYƏT
Şəbnəm Tapdıq qalmaqala aydınlıq gətirdi: “Bütün Şəbnəmlərə halallıq verirəm, amma...”

Əməkdar artist Şəbnəm Tapdıq bir müddət öncə öz adının əmtəə nişanı kimi qeydiyyata alınması üçün Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertiza Mərkəzinə müraciət edib. Müğənni “İlk Şəbnəm” adının patentləşdirilməsini istəyib.

Bunun ardınca müğənni ilə bağlı başqa söz-söhbətlər yaranıb. Bəzi KİV-lərin yaydığı xəbərdə iddia edilib ki, Şəbnəm Tapdıq eyni adı daşıyan müğənnilərə mesaj göndərərək, hədələyib. Hətta onların Şəbnəm ismindən yararlanmaqla konsertlər verməsinə etiraz olaraq MTRŞ sədrinə ərizə ünvanlayıb. Guya həmin ərizdə Şəbnəm Tapdıq eyniadlı ifaçılardan televiziya və radiolarda özlərini başqa səhnə təxəllüsü ilə reklam etməyi istəyib.

Bu söz-söhbətlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub və əksəriyyət Şəbnəm Tapdıqı qınayıb.

Məsələ ilə bağlı Şəbnəm Tapdıq Modern.az saytına açıqlama verib. O, bəzi insanları məsələni konteksdən çıxarmaqda ittiham edərək, heç bir Şəbnəmi hədələmədiyini vurğulayıb.

“Əqli Mülkiyyət Agentliyinə müraciət etməyimin heç kimə dəxli yoxdur, bu, yalnız mənə aid olan məsələdir. Məsələn, tutaq ki, mən bir obyekt açıram, bunun kimə nə adiyyatı var? Xahiş edirəm hər kəs öz işi ilə məşğul olsun. Bir sual verim: Şəbnəm Tapdıq neçə ildir səhnədədir?”, – deyə müğənni əsəbi tonda danışıb.


Ardınca da 1979 – 1980-ci illərdən bu günə kimi səhnə fəaliyyəti göstərdiyini vurğulayıb:

“Hələ mənim o zaman 17 yaşım var idi. Azərbaycan musiqi sənətində Şəbnəm adı ilə ilk mən çıxış etmişəm və hamı da ilk olaraq məni tanıyıb.
Mən şəxsən fəxr edirəm ki, adımı daşıyan neçə-neçə insan  var. Şəbnəm adını hər kəsə mən  tanıtdım. Burda pis nə var ki?

İndi maşallah, hər tərəf Şəbnəmlə doludur. Hara baxırsan Şəbnəmdir. Aparıcı, jurnalist, kosmetoloq, müğənni - bütün sahələrdə Şəbnəm adına rast gəlmək olur. İndi bərkgedən bir müğənni də var - Şəbnəm Tovuzlu – bunların hamısı mənə görə Şəbnəm olublar.

Mərhum İlyas Tapdıqı bütün Azərbaycan tanıyır, gözəl şairdir və mən də onun övladıyam. Bilirsiniz ki, bütün yazarlar, şairlər xalqın düşünən beynidir.

İlyas müəllimin əsərində mənim adım keçir. İlk bahar Şəbnəmi...  Elə adlar var ki, onları ilk dəfə atam öz əsərlərində qeyd edib və şəhadətnaməyə saldırıb ki, bu adlar birincidir. Kim istəyir götürsün, övladlarına versin.

Azərbaycanın hansı bölgəsinə gedirəm, hər kəs mənə yaxınlaşıb deyir ki, biz sizin adınızı daşıyırıq. Hətta sərhəddən kənarda da adımı daşıyan minlərlə insan var. Mən bununla fəxr edirəm, qürurverici bir haldır.

Bir dəfə Bəxtiyar Vahabzadə mənə zəng vurub dedi ki, ay qızım, televiziyada Şəbnəm adında kimsə oxuyur, soyadını da qeyd etdirməyib...

O məsələdən sonra mən belə qərara gəldim ki, adımı “İlk Şəbnəm” olaraq qeydiyyatdan keçirim. Çünki hər kəs adımı götürüb, özününküləşdirib fəaliyyət göstərir.
Amma xalq məni sevir və ilk Şəbnəm olaraq da məni qəbul edir.

Məsələn, müğənni Şəbnəm Tovuzlunun anası mənim fanatım olub və qızına da bu adı qoyub”.


Müğənni deyir ki, Şəbnəmlərin çoxluğunu nəzərə alaraq, bu yaxınlarda Əqli Mülkiyyət Agentliyinə müraciət edib ki, “İlk Şəbnəm” adını patentləşdirsin:

“Çünki Şəbnəm deyiləndə insanlar o saat ilk olaraq məni yadlarına salırlar. Daha demirlər ki, hansı Şəbnəm?

Məsələn, biri deyir ki, “adım Vüsalə idi, atam sizi səhnədə görəndə Vüsalə adını sildirdi, Şəbnəm yazdırdı”. Bu kimi insanlar danışanda mən qürurlanıram. İnsanlar məni sevərək, bu addımı atırlar. Ad olaraq qoyurlarsa, halal xoşları olsun.

Yenə də söyləyirəm bütün Şəbnəmlərə halallıq verirəm. Amma bunu da bilsinlər ki, ilk Şəbnəm mənəm”.

Əməkdar artist deyib ki, bəzi ara qarışdıranlar onun adından istifadə etməklə qalmaqal yaratmağa çalışırlar:

“Elə bil ki, yazmağa, danışmağa mövzu tapmırlar. O qədər mövzu var ki, nə düşmüsünüz mənim üstümə?


Bir fikirləşsinlər də, hansısa valideyn xoşuna gəlməyən insanın adını övladına qoyarmı?  Öz nəslindən olan nənəsinin adını qoymur, mənim adımı qoyur. Mən buna o qədər sevinirəm ki, xalq məni sevir və  övladının adını Şəbnəm qoyur. Bəziləri görür ki, mən safam, gözələm, əxlaqlı ailədənəm, paxıllıqdan qalmaqal yaratmağa can atırlar.


Görürsünüz ki, indikilər hamısı cavan Şəbnəmlərdir. Məndən sonra 1 milyon Şəbnəm də olsa, məndən qabaq heç 2 dənə Şəbnəm tapmazsınız.


Mən camaatın üstünə gedə bilmərəm ki, niyə övladlarınıza bu adı qoyursunuz? Axı qayıdıb deyərlər ki, biz səni sevərək, bu adı qoymuşuq.


Bu yaxınlarda İmişlidə qonaq oldum. İki əmiqızı gəldi oturdu yanımda, ikisinin də adı Şəbnəm idi. Necə gözəl hissdir ki, eyni nəsildə mənim adımı iki nəfər daşıyır.


Yəni mən o qədər pis adam deyiləm ki, kiməsə deyim ki, get adını dəyiş. Əslində mən  bir dəfə istədim ki, özümə başqa səhnə adı götürüm, gördüm ki, hər kəs inciyir. Şəbnəm Tovuzlu dedi ki, “axı mənim anam sizin fanatınız olub, adınızı dəyişməyin”.


Bir daha deyirəm, fəxr edirəm ki, mənim adımı daşıyan minlərlə insan var. İçərilərində tanınmışları da çoxdur. Hər kəsə də uğurlar arzulayıram, ancaq mənimlə işləri olmasın”.

 

Jalə Mehdi

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İtaliyada koronavirusdan ölənlərin sayı 32 955-ə çatdı 26 May 2020, 20:58 Bill Qeytsin koronaya qarşı xüsusi vaksini 26 May 2020, 20:42 Masallıda silahlı insidentlə bağlı RƏSMİ MƏLUMAT 26 May 2020, 20:26 Sumqayıt yolunda qəza: Yollar bağlandı 26 May 2020, 20:14 Salyanda kanalda meyiti tapılan qadın qətlə yetirilibmiş 26 May 2020, 20:01 Səudiyyə Kralı və vəliəhdi Azərbaycan Prezidentini təbrik etdi 26 May 2020, 19:59 Makrondan İlham Əliyevə: “Fransanın qərəzsizliyinə arxalana bilərsiniz” 26 May 2020, 19:42 MDB ölkələri hökumət başçıları bir araya gələcək 26 May 2020, 19:35 Britaniyada yoluxanların sayı kəskin artdı 26 May 2020, 19:18 Rusiyadan daha 131 azərbaycanlı təxliyə olundu 26 May 2020, 19:00 Avropalı diplomat: Amerika dövrünü Asiya dövrü əvəzləyir 26 May 2020, 18:44 “Azərişıq”ın 3 əməkdaşı güllələndi 26 May 2020, 18:38 Azərbaycanda daha 132 nəfərdə koronavirus aşkarlandı, 1 nəfər öldü 26 May 2020, 18:20 Ülvi Quliyevdən maraqlı paylaşım - VİDEO 26 May 2020, 18:18 Ramil Səfərov təcavüz siyasətinin qurbanıdır - Xarici İşlər Nazirliyi 26 May 2020, 18:05 Vüqar Bayramovun Füzulidə deputat ofisi açıldı 26 May 2020, 17:57 Türkiyədə komendant saatı başa çatır 26 May 2020, 17:46 İŞİD-in İraqdakı lideri öldürüldü 26 May 2020, 17:38 Abşeronda maşın qaçıran şəxs saxlanıldı 26 May 2020, 17:27 Milli Məclisin qarşısında aksiya - Polisdən AÇIQLAMA 26 May 2020, 17:10 Moskvada Qələbə paradı iyunun 24-də keçiriləcək 26 May 2020, 17:01 Azərbaycanda deputat köməkçiləri icra başçılarından çox maaş alır 26 May 2020, 16:50 Deputat Heydər Əliyev Fonduna təşəkkür etdi 26 May 2020, 16:39 Ruhanidən İlham Əliyevə Respublika Günü TƏBRİKİ 26 May 2020, 16:21 İsmayıl Hakkı Karadayı vəfat etdi 26 May 2020, 16:14 Tələbələrimiz beynəlxalq müsabiqənin qalibi olub - FOTO 26 May 2020, 16:10 Pandemiya Almaniya iqtisadiyyatına ağır zərbə vurub 26 May 2020, 16:04 ADU-nun Konfutsi İnstitutu həkimlərə dəstək layihəsi keçirir 26 May 2020, 15:55 “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb 26 May 2020, 15:49 Deputatların maaşı artırıldı? - Milli Məclisdən AÇIQLAMA 26 May 2020, 15:38 Qarabağdakı saxta “seçkilər”lə bağlı BTM Baş katibinə MƏKTUB 26 May 2020, 15:32 Umayra Tağıyeva hava dəyişkənliyinin səbəbini açıqladı 26 May 2020, 15:19 Rusiyada eks-nazir koronavirusdan öldü 26 May 2020, 15:09 Sabahın teledərs CƏDVƏLİ 26 May 2020, 14:57 Çimərliklərlə bağlı qaydalar TƏSDİQLƏNDİ 26 May 2020, 14:46