Modern.az

Zahid Oruc güc strukturlarını “VURDU”

Zahid Oruc güc strukturlarını “VURDU”

12 İyul 2019, 13:13

Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc dövlət qurumlarını, hüquq-mühafizə orqanlarını Azərbaycana qarşı aparılan informasiya təbliğatına qarşı çevik fəaliyyət göstərməyə çağırıb.


Modern.az
xəbər verir ki, Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında çıxış edən Mərkəz rəhbəri deyib ki, son 3 ayda dövlət qurumlarının monitorinqi müəyyən qənaətlərə gəlməyə əsas verir.

O, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, "Salaam Cinema Baku" kinoteatrının yerləşdiyi bina, Gəncə hadisələri zamanı həbsxana davəfat edən Aydın Qurbanovun ölümü ətrafında baş verənlərə toxunub.


Z.Oruc bildirib ki, dövlət qurumları informasiya siyasətini düzgün qurmalıdırlar:

 “İçərişəhərdəki qala divarları ilə bağlı hakimiyyəti vurmağa çalışdılar. Mehriban Əliyeva hadisə yerinə gəldi və medianın qarşısına çıxdı. Bu, əsən-coşan emosiyalara da aydınlıq gətirildi”.


Z.Oruc qeyd edib ki, Gəncə hadisələrinə görə tutulan məhbus Aydın Qurbanov öldükdən 3 gün sonra Baş Prokurorluq, Penitensiar xidmət açıqlama verdi:

"Belə gecikmə olmamalı idi, bu, düzgün yanaşma deyil. 3 gün ərzində həmin adamın cəsədini başları üzərinə qaldırıb, ondan hakimiyyət əleyhinə siyasət aparanları prokrorluq orqanları və ədliyyə sistemi görməli idi. Məqsəd gəncəliləri dövlətdən küsdürmək idi. Belə təbliğat aparıldı ki, guya, gəncəlilərə qarşı hansısa fəaliyyət var. Dövlət qurumlarının, prokurorluğun, Ali Məhkəmənin, istintaq orqanlarının yaxşı binaları var. Bu adamlar  niyə açıqlama vermirdilər?
Gəncədə polis zabitini qətlə yetirən şəxs Şəmkirdə qarğıdalı sahəsində polisləri qətlə yetirməyə hazırlaşarkən öldürülmüşdü. Düz də edilmişdi. Dövlət rəhbərliyi tapşırıq vermədən lazımi məsul şəxslər vəzifələrini yerinə yetirməli, cəmiyyəti məlumatlandırmalıdırlar. Azərbaycan əleyhinə informasiya terroru aparanlara zamanında cavab verilməlidir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi