Arxiv
16 İyul 2019, 09:59 | AKTUAL
Axtarışda olan azərbaycanlı Qazaxıstanda saxlanıldı

 

Üç il əvvəl Azərbaycanda oğurluq edən cinayətkar dəstənin axtarışda olan üzvü Qazaxıstanda saxlanılıb.

 

Bu haqda Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumatda bildirilib.

 

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində törətdiyi ağır cinayət hadisələrinə görə 2016-ci ildən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin səkkiz maddəsi ilə axtarışda olan rayon sakini, 31 yaşlı Sərxan Əkbərov Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində tutularaq Quba RPŞ-nə gətirilib.

 

S.Əkbərov bir qrup şəxslə birlikdə qabaqcadan əlbir olaraq 2016-ci ildə rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evlərinə qanunsuz daxil olaraq, evlərdən pul, qızıl-zinət əşyaları və elektron avadanlıqlar oğurlamaqla zərərçəkmişlərə küllü miqdarda maddi ziyan vurublar. Bundan əlavə törətdikləri sonuncu cinayət hadisəsi zamanı ev sahibəsinin evdə olduğunu görən dəstə üzvləri, qadının əllərini və ağzını yapışqanlı lentlə bağlayaraq, ona müxtəlif bədən xəsarətləri yetirməklə evdən küllü miqdarda pul və mobil telefonunu quldurluq yolu ilə ələ keçiriblər.

 

Qeyd edək ki, cinayətkar dəstənin 4 üzvü, Quba rayon sakinləri Raqib Kərimov, Faiq Xanməmmədov, Aftandil Əhmədov və Afina İxiilova cinayət hadisələrinin törədilməsindən bir müddətdən sonra tutularaq məsuliyyətə cəlb olunublar.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bir şəklin tarixçəsi: Xomeyninin dəfnindəki DƏHŞƏTLİ HADİSƏ - Tabutu niyə 3 dəfə yerə düşdü... 26 Avqust 2019, 10:59 Nazirlik restoranlarda yenidən monitorinq keçirdi - Tüstüyə görə 26 Avqust 2019, 10:58 Qaraçuxur və Suraxanı qəsəbələrində su kəsiləcək 26 Avqust 2019, 10:50 Məktəbə BirKart-la hazırlaş! 26 Avqust 2019, 10:47 Bakıda jurnalisti DÖYDÜLƏR 26 Avqust 2019, 10:30 Bakıda klassik avtomobillərin yürüşü və sərgisi keçirildi - FOTOLAR 26 Avqust 2019, 10:20 Prezidentdən Allahşükür Paşazadədoğum günü TƏBRİKİ 26 Avqust 2019, 10:19 Məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayır   26 Avqust 2019, 10:14 İlham Əliyev Allahşükür Paşazadəni “Heydər Əliyev” ordeni ilə təltif etdi 26 Avqust 2019, 10:12 ADU-da Azərbaycan və Çində UNESKO-nun irsi müzakirə edilib 26 Avqust 2019, 10:07 55 illik ömrün ANLARI - FOTOLAR 26 Avqust 2019, 10:04 “Azərbaycan Abxaziyada keçirilən “prezident seçkiləri”ni tanımır” 26 Avqust 2019, 10:01 Dövlət rəhbərlərini təəccübləndirən 70 yaşlı Şeyxülislam - FOTOLAR 26 Avqust 2019, 10:00 Ermənilər atəşkəsi 20 dəfə pozdu 26 Avqust 2019, 09:56 Azərbaycan filmi ABŞ-da 24 karatlıq qızıl priz qazandı 26 Avqust 2019, 08:23 Manat və dolların bugünkü məzənnəsi 26 Avqust 2019, 08:11 Gürcüstan idmançısı rekordunu təzələdi 26 Avqust 2019, 00:16 Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür 26 Avqust 2019, 00:11 Zəlzələ Ankaranı silkələdi 25 Avqust 2019, 23:58 "Transfer axtarışındayıq" - Qurban Qurbanov  25 Avqust 2019, 23:39 Azərbaycanlı zəvvarların sonuncu qrupu vətənə döndü 25 Avqust 2019, 23:17 "Qarabağ"dan daha bir qələbə 25 Avqust 2019, 22:59 İmamoğlundan Ərdoğana cavab - VİDEO 25 Avqust 2019, 22:44 ATV-nin baş redaktoru ikinci dəfə evləndi 25 Avqust 2019, 22:19 Bakıda qəza səbəbindən sürət həddi endirildi 25 Avqust 2019, 21:58 Venesiyada kanalında çimən turistlər cərimələndi 25 Avqust 2019, 21:37 Gəncə sakini  naməlum şəraitində bıçaqlandı 25 Avqust 2019, 21:22 Güclü külək Daşkəsəndə fəsadlar törətdi 25 Avqust 2019, 21:09 Ağsuda dağlıq ərazidə yanğın başlayıb 25 Avqust 2019, 20:51 Ukraynada avtomobil körpüsü uçdu -VİDEO 25 Avqust 2019, 20:35 Qubada meşə yanğını söndürüldü 25 Avqust 2019, 20:19 Alp dağlarında təyyarə qəzası: 3 nəfər öldü 25 Avqust 2019, 20:02 Azərbaycan millisi məğlub oldu 25 Avqust 2019, 19:28 Bakıda uşaq bağçasında yanğın olub 25 Avqust 2019, 18:46 Yas mərasimi olan evin uçması zamanı 6 nəfər yaralandı - VİDEO 25 Avqust 2019, 18:03