Modern.az

Ekspres xətt avtobusları daşımalara hazırdır - BNA   

Ekspres xətt avtobusları daşımalara hazırdır - BNA   

21 İyul 2019, 18:15

XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar nəzərdə tutulan nəqliyyat tədbirlərinin vaxtında və yüksək səviyyədə icrası məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA)19-29 iyul tarixlərində xüsusi rejimdə fəaliyyət göstərəcək.

 

BNA-dan Modern.az-a verilən məlumata görə, nəqliyyat planına uyğun olaraq, iyulun 19-dan festivalda iştirak edəcək atletlərin, komanda üzvlərinin və qonaqların müəyyən olunmuş obyektlər üzrə daşınması davam etdirilir. 



İyulun 21-i saat 17:30-dan isə açılış mərasiminin keçiriləcəyi Bakı Kristal Zalı istiqamətində ekspres marşrut xətti üzrə daşımalara başlanılacaq. Artıq X1 xətti üzrə avtobuslar Səməd Vurğun bağı Dilarə Əliyeva küçəsində və Hüseyn Cavid prospekti metronun “Elmlər Akademiyası” stansiyası ətrafında hazır vəziyyətə gətirilib. 



Qeyd edək ki, festivalla əlaqədar nəqliyyat əməliyyatlarının icrasına Bakı Nəqliyyat Agentliyinin 100 nəfərdən artıq əməkdaşı cəlb edilib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi