Modern.az

Milli Məclisdəki partiyalar yenidən parlamentə düşməyə HAZIRLAŞIR

Milli Məclisdəki partiyalar yenidən parlamentə düşməyə HAZIRLAŞIR

23 İyul 2019, 09:10

2020-ci ildə Azərbaycanda parlament seçkiləri keçiriləcək. Hər dəfə olduğu kimi partiyalar bu dəfə də öz deputatlığa namizədlərini irəli sürəcəklər. Bəs Milli Məclisdə təmsil olunan partiyaların növbəti parlament seçkiləri barədə planları nədir?

 

Modern.az  bu barədə parlament partiyaları arasında sorğu keçirib.

 

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə deyib ki, seçkilərdə iştirak edəcəklər.

“O ki, qaldı mənə sağlamlığım yerində olacağı təqdirdə iştirak etməyi düşünürəm, əks təqdirdə yox”.

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı (partiyanın rəhbəri deputat Qüdrət Həsənquliyevdir-red) qeyd edib:

 

“Partiyamız mövcud olduğu vaxtdan etibarən, prezident, parlament və bələdiyyə seçkilərinin hər birində iştirak edib. Son iyirmi ildə seçkilərdən kənar qalmamışıq. Partiyaların əsas fəaliyyət istiqaməti siyasi müstəvidədir və onlar seçkiyə qatılmalıdır.  Partiyanın iş missiyası belədir ki, seçkilərdə qalib gəlsin, öz missiyasını, ideologiyasını cəmiyyətə tanıtsın. Birmənalı şəkildə gələn il də seçkilərə qatılıb öz namizədlərimizlə iştirak etməyi düşünürük”.

 

Azərbaycan Sosial Demokratik Partiyasının sədri, deputat Araz Əlizadənin siyasi mübarizənin yeganə leqal yolu seçki prosesidir. “Heç şübhəsiz ki, partiya olaraq  gələn il seçkilərdə iştirak edəcəyik”.

 

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli:

 

“Fors-major vəziyyət yaranmasa seçkilərdə iştirak etməyi düşünürük. Mənim namizədliyimi partiya irəli sürüb, fərdi şəkildə özüm istəməmişəm. Bir neçə nəfər namizədlə seçkilərə qatılmağı düşünürük”.

 

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın isə cavabı belə olub:

 

“Parlament, bələdiyyə seçkilərində davamlı olaraq iştirak edirik. Partiyamızın da məqsədi budur. Seçkilərdən kənarda qalmağı düşünmürük”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...