Arxiv
31 İyul 2019, 12:23 | MƏDƏNİYYƏT
Xalq artisti Cahangir Novruzov AzTV-yə qayıdır: “Mənə böyük sürpriz oldu”

“Bu yaxınlarda dostum, “Azərbaycantelefilm”in direktoru Ramiz Həsənoğlu və “Sabah” Yaradıcılıq Birliyinin rəhbəri Şərif Qurbanəliyev mənə telefonla zəng etdi. Uzun illərdən sonra yenidən AzTV-da tamaşalar ənənəsinin bərpası xəbəri məni çox sevindirdi. Hiss edirəm ki, Azərbaycan Televiziyasında yeni ab-hava yaranıb. Azərbaycan Televiziyasının yeni rəhbəri Rövşən Məmmədovu aldığı qərarlara görə salamlayır, ona işlərində uğurlar diləyirəm. Yeni rəhbərliyə minnətdaram”.

Modern.az-ın məlumatına görə, bu fikirləri Xalq artisti Cahangir Novruzov bildirib.

C.Novruzovun sözlərinə görə, Ramiz Həsənoğlunun yenidən fəaliyyətə başlanması onu göstərir ki, AzTV-nin yeni rəhbərliyinin apardığı islahatların, Azərbaycan xalqının mədəniyyətinə, mentalitetinin yüksələrək dəyişməsinə böyük yardımları olacaq.

“Mən buna inanıram. Çox sevinirəm ki, Ramiz Həsənoğlu və Şərif Qurbanəliyev yenidən sevdikləri işlə məşğul olacaqlar. Mən, “İrəli, keçmişə...!” deyə bir şüarı səsləndirirəm. Niyə görə “İrəli, keçmişə?”. Çünki bir zamanlar birdən-birə o sistem dayandı. Və dayanan sistemlə birlikdə inkişaf da sona çatdı. Amma itirilən bu qədər illər ərzində nələr, necə gözəl tamaşalar çəkilə bilərdi?! Bu günün texnikası, imkanları ilə necə gözəl yaradıcılıq işləri ərsəyə gətirmək olardı. Təəssüflər olsun ki, indi bir az gec olsa da, hər şeyi yenidən başlamaq imkanı yaranıb”.


Xalq artisti deyib ki, bu yaxınlarda “Sabah” Yaradıcılıq Birliyinin dəvəti ilə Bakıya gələcək və yeni “Zəng” adlı teletamaşanın çəkilişlərinə başlayacaqlar:

“Şərifin məni dəvət etməsi böyük sürpriz oldu. Uzun illərdən sonra yenidən ekranlara qayıdıb, Azərbaycan xalqını sevindirəcəyik. Xalqımız üçün yeni, ona layiq olan bir əsərlə görüşlərinə gələcəyik. Şərif bu dəfə də bizim, köhnə qrupu bir araya gətirib. Uzun zamandan sonra biz - köhnələr, yaşlı sənətkarlar ekrana qayıdırıq. Hazırda “Zəng”in üzərində çalışıram. Çox maraqlı, fantasmoqorik bir əsərdir. Bu əsərlə Azərbaycan tamaşaçısına, uzun illər mənə sosial şəbəkələrdən yazan dostlarıma, heç tanımadığın tamaşaçılarıma yeni əsərin müjdəsini vermək istəyirəm. Mənə yazan tamaşaçılarım ötən illərdə çəkilən teletamaşaları böyük sevgi ilə xatırlayır və hər zaman heyfslənirdilər ki, “Niyə o əsərlərin davamı olmadı?”. “Zəng” teletamaşası ilə qədirbilən tamaşaçılarımıza layiq olduqları gözəl sənət əsərini təqdim edəcəyik. Bu hədiyyəni bütün tamaşaçılarımıza çatdırmaq sənət dostlarımla bərabər mənim borcumdur. Uzun illərdir bizdən asılı olmayan səbəblərə görə sevimli tamaşaçılarımıza mənəvi borcumuzu qaytara bilmədik. “Zəng” tamaşası ilə borclarımızı yavaş-yavaş ödəməyə çalışacağıq. Bu mənada mən çox sevincli, çox həyəcanlıyam”.


C.Novruzov deyib ki, Şərif Qurbanəliyevin ssenarisini yazdığı yeni teletamaşa fantasmoqariq təklif olunmuş vəziyyətləri olan əsərdir:

“Əsərdə ailənin başçısını oynayacağam. Tamaşada düşəcəyim vəziyyət də bir az qəribə və hətta ezoterikdir. İndi əsərin sirrini tamaşaçı üçün açmaq istəmirəm. Qoy, onlara sürpriz olsun. Hazırda, rol üzərində, oynayacağım obrazın xəyalının get-gəlləri üzərində çalışıram ki, mənalı və məzəli olsun”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Trampdan İrana növbəti hədə 22 Oktyabr 2019, 00:51 Putin Makronla Suriyadakı vəziyyəti müzakirə etdi 22 Oktyabr 2019, 00:30 Röya “Xalq artisti” fəxri adı almasından DANIŞDI 22 Oktyabr 2019, 00:14 Göygöldə ağır qəza: yaralılar var 21 Oktyabr 2019, 23:59 Jurnalist Putinin müşaviri oldu 21 Oktyabr 2019, 23:42 Heydər Əliyev Fondu azərbaycanlıları sevindirdi - FOTO 21 Oktyabr 2019, 23:27 Soçidə qazaxlarla ermənilər arasında dava - VİDEO 21 Oktyabr 2019, 23:15 Prezidentdən Universitetə yubiley təbriki 21 Oktyabr 2019, 22:57 Məcburi köçkün uşaqlar Beynəlxalq Qızlar Gününü qeyd etdi 21 Oktyabr 2019, 22:42 "Traktor" qələbə qazanaraq liderlə xallarını bərabərləşdirdi 21 Oktyabr 2019, 22:24 Pakistan prezidenti bu həftə Bakıya gələcək 21 Oktyabr 2019, 22:06 Terrorçular fəhlələri atəşə tutdu 21 Oktyabr 2019, 21:53 Prezident çağırış etdi - Digər pensiyaçı məmurlardan kimlər istefa verəcək?.. 21 Oktyabr 2019, 21:44 90 sahibkarlıq subyektinə 7,2 milyon manat ixrac təşviqi ödənilib 21 Oktyabr 2019, 21:29 Prezident Hacıbala Abutalıbova: “Hesab edirəm ki, 70 yaşını keçən iqtidarda təmsil olunanlar da sizin nümunənizi təkrar edəcəklər” - YENİLƏNİB 21 Oktyabr 2019, 21:14 İran da Türkiyəyə qarşı çıxır 21 Oktyabr 2019, 21:13 Baş Nazirə qarşı homoseksual zorakılıq İTTİHAMI 21 Oktyabr 2019, 20:58 Əli Həsənov işdən çıxmaq ərizəsi yazıb: “71 yaşınız var və gənc kadrlara yer vermək üçün yaxşı nümunə göstərirsiniz”  - YENİLƏNİB 21 Oktyabr 2019, 20:47 Vitse-prezident Azərbaycana gəlir 21 Oktyabr 2019, 20:30 Masazırda faciə: 25 yaşlı gənc iş yerində öldü 21 Oktyabr 2019, 20:17 Bu ölkədə milyarderlərin sayı il ərzində 50 faiz artıb 21 Oktyabr 2019, 20:06 Yarmarkaya buraxılmayan balların aqibəti necə oldu? 21 Oktyabr 2019, 20:00 Sabah Sumqayıt və Gəncədə qaz olmayacaq 21 Oktyabr 2019, 19:49 "Heç bir pataloji hal aşkar edilməyib" - DİN rəsmisindən Tofiq Yaqublu AÇIQLAMASI 21 Oktyabr 2019, 19:40 UNEC-də “Elm həftəsi”nə start verilib - FOTO 21 Oktyabr 2019, 19:31 ABŞ-ın Azərbaycandakı səfirliyi icazəsiz mitinqlə bağlı bəyanat YAYDI 21 Oktyabr 2019, 19:22 İstanbul Konvensiyasının imzalanmasına dair təkliflər paketi hökumətə təqdim olunub - Dövlət Komitəsi 21 Oktyabr 2019, 19:13 Mübariz İbrahimovu təhqir edən  psixoloqa cəza istənilib - 3 il 21 Oktyabr 2019, 19:04 “Qarabağ” - APOEL oyunu slovakiyalı hakimlərə tapşırıldı 21 Oktyabr 2019, 18:55 Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri bitib - VİDEO - FOTO 21 Oktyabr 2019, 18:46 XİN Avropa Şurasının İnsan hüquqları üzrə Komissarının bəyanatına münasibət bildirdi 21 Oktyabr 2019, 18:37 Qeydiyyatda olan narkomanların sayı AÇIQLANDI 21 Oktyabr 2019, 18:28 Moskvada Heydər Əliyevin xatirə lövhəsinin açılış mərasimi keçirilib - FOTO 21 Oktyabr 2019, 18:19 AFFA iki oyunçunu futboldan uzaqlaşdırdı 21 Oktyabr 2019, 18:10 Ülvi Quliyev: “Seçicilərim adından icazəsiz aksiyaları pisləyirəm” 21 Oktyabr 2019, 18:03