Arxiv
1 Avqust 2019, 14:09 | PARLAMENT
Deputatlardan ermənilərin Şuşa məscidi ilə bağlı təxribatına ÇAĞIRIŞ

Ermənilərin Azərbaycana qarşı apardığı işğalçı siyasət mədəniyyət sahəsində də özünü göstərir. Bu dəfə düşmən işğal altında saxladığı Şuşa şəhərində yerləşən tarixi Yuxarı Gövhər Ağa məscidinin rekonstruksiyası adı ilə məscidin görünüşünü dəyişirlər. İranın “Part Saman Jahan” memarlıq şirkətinin iştirakı və erməni əsilli Rusiya biznesmeni Ruben Vardanyanın “İDEA” fondunun maliyyə yardımı ilə aparılan işlər məscidin xarici görünüşünü tamamilə dəyişib.

 

Ermənistanın Azərbaycan torpaqlarında həyata keçirdiyi bu cür erməniləşdirmə siyasətinə Milli Məclisin üzvləri də səssiz qalmadı. Modern.az-a bu barədə danışan deputat Fəzail İbrahimlinin fikrincə, ermənilər təcavüzkar, işğalçı olsalar da cəzasız siyasi mühitdə yaşayırlar:

 

“Heç bir dövlət tərəfindən işğalçı kimi tanınmayıblar, sanksiyalar tətbiq edilməyib, onların işğalçılıq, vandalizm əməllərinə göz yumulur. Ermənistanın arxasında böyük qüvvələr dayanır və işğal etdikləri əraziləri erməniləşdirmək siyasəti yeridirlər. Azərbaycan dövləti isə buna qarşı etirazını mütləq diqqətə çatdırır.

Siyasi prosedurlar öz yerində, ictimaiyyət də ermənilərin bu əməllərinə etiraz edib, səsini yüksəltməlidir. Biz hətta beynəlxalq qurumlara da narazılığımızı çatdıra bilərik. Media xüsusilə bu məsələdə diqqətli olmalı, hətta hər bir sayt rəhbərləri, media qurumları şəxsi təşəbbüs göstərərək, məsələni gündəmdə saxlamalıdırlar.

 

Deputat Məlahət İbrahimqızı da qeyd edib ki, ermənilər yaşadıqları məkanda onlardan öncə mövcud olan tarixi-mədəni irsi məhv etməyə çalışırlar, erməniləşdirirlər:

“Bu, dünya ictimaiyyətinə məlumdur. 30 ilə yaxın müddətdə Azərbaycanın işğal etdikləri torpaqlarında olan abidələri yandırmaqla, Xocalı soyqırımını törətməklə, torpaqlarımızdan didərgin salınan əhalinin geridə qalan mal-mülkünü talayıb, Azərbaycan torpaqlarından özlərinə fayda götürməklə kifayətlənmirlər. Orada tarixi Azıx mağarası, digər qədim abidələr var, onların bir hissəsini erməniləşdirə bilməyəndə saxtaklarlıq edib, tarixi itirməyə çalışırlar. Ermənistanın işğalçı rejimi, siyasətçiləri, tarixçiləri bilirlər, nəinki onlar başqalarının tarixini saxtalaşdırıblar, hətta hazırda yerləşdikləri Ermənistan dövlətinin ərazisi də özlərinə aid deyil. Qədim türklərin, Azərbaycan dövlətlərinin, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, hətta Manna, Midiya dövründən qalmış abidələrimizi, daş kitabələri erməniləşdirirlər”.

 

Müxtəlif ərazilərdə mövcud olan, tarixi mədəni irs nümunələrinin UNESCO tərəfindən qorunduğunu xatırladan M. İbrahimqızı diqqətə çatdırıb ki, bu abidələrə qarşı zorakılıq edilirsə, UNESCO və digər müvafiq beynəlxalq təşkilatlar reaksiya verməlidir:

“Bununla bağlı Erməmistana sanksiyalar tətbiq olunsa məqsədəuyğun olar. Ermənilər yaxşı bilirlər ki, Şuşa məscidinin saxlanması Azərbaycanın o torpaqlarda mövcudiyyəti deməkdir. Ona görə, Azərbaycan tarixinə aid bütün tarixi abidələri, məzarlıqları, məhv edib, erməniləşdirməyə çalışırlar. Onlar işğalçı, təcavüzkar, zorakı missiyalarını sona qədər davam etdirməyi qarşılarına məqsəd qoyublar”.

 

Deputat Fazil Mustafa isə acı reallığı bu cür ifadə edib:

“Bununla nə qədər barışmasaq da, torpaqlarımız ermənilərin əlindədir. Biz işğalçıya “abidələrimizi məhv etməyin, onlara qarşı ehtiyatlı davranın” deyə, tövsiyə verəsi deyilik. Ancaq savaş yolu ilə, düşmən tapdağındakı torpaqlarımızı azad etməliyik. Hazırkı vəziyyətdə beynəlxalq qurumlara müraciət edə bilərik ki, hansısa tədbir görülsün. Bizim bu qədər həyəcanlı davranmağımızın əsası yoxdur. Ona qalsa, Kəlbəcərə yol da çəkirlər. Nə qədər etiraz etsək də, ermənilər bunu diqqətə almayacaqlar. Biz ancaq onların başını əzməliyik, torpaqlarımızı geri almalıyıq, göstərməliyik ki, Azərbaycanın torpaqlarını işğal etmək yolverilməzdir. Biz işğala qarşı addım atmalıyıq, bunu edə bilmiriksə, sonralar dağılacaq digər abidələrimizə də kənardan baxmaqla kifayətlənməli olacağıq”.

Xatırladaq ki, Yuxarı Gövhər Ağa məscidi 1883-cü ildə inşa olunub. Məscidin memarı Kərbəlayi Səfi Xan Qarabaği olub.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Filippində 6,8 bal gücündə zəlzələ olub 15 Dekabr 2019, 11:58 73 yaşlı qələm adamı: “Doğulduğum günü xatırlamasam da, əzablı olduğuna əminəm...” 15 Dekabr 2019, 11:28 Yıxılaraq başından travma alan 9-cu sinif şagirdi vəfat edib 15 Dekabr 2019, 10:46 Mingəçevirdə qardaş qardaşı bıçaqladı 15 Dekabr 2019, 10:42 Nepalda avtobus dərəyə yuvarlanıb: 14 nəfər ölüb 15 Dekabr 2019, 10:39 Bələdiyyə seçkilərinə 1 həftə qaldı: bildirişlərin seçicilərə paylanması prosesi başa çatır 15 Dekabr 2019, 10:29 Küçədə qışlayanlar - Nazirlik neçə nəfərə sahib çıxıb? 15 Dekabr 2019, 10:14 Məşhurların qəribə sonları 15 Dekabr 2019, 10:00 Futbol üzrə Azərbaycan kuboku yarışlarında dörddəbir final mərhələsinə start veriləcək 15 Dekabr 2019, 09:52 Səttar Bəhlulzadə fenomeni 15 Dekabr 2019, 09:45 Ermənilər atəşkəs rejimini 21 dəfə pozub 15 Dekabr 2019, 09:38 Bakı və Gəncədə kafe yanıb 15 Dekabr 2019, 09:31 Növbəti metrostansiyada tikinti işləri yekunlaşdı - AÇILIŞ vaxtı bəlli oldu 15 Dekabr 2019, 09:24 Piyadanı vurub öldürdü 15 Dekabr 2019, 09:10 Məhəmmədi kəndində əl qumbarası aşkarlanıb - FOTO 15 Dekabr 2019, 08:58 Ərzaq anbarında güclü yanğın 15 Dekabr 2019, 00:31 Bakıda yol qazası tıxaca səbəb olub 15 Dekabr 2019, 00:14 Məktəblər bu səbəbdən bağlandı 14 Dekabr 2019, 23:53 Leyla Əliyeva “Zima-2019” Beynəlxalq Uşaq Festivalının qala-konsertində iştirak edib 14 Dekabr 2019, 23:33 Azərbaycanlı tələbə Türkiyədə öldü - SƏBƏB 14 Dekabr 2019, 23:16 Mingəçevirdə gənc oğlanı bıçaqladılar  14 Dekabr 2019, 23:01 Özünü polis əməkdaşı kimi təqdim edən dələduz saxlanılıb 14 Dekabr 2019, 22:33 Müdafiə Nazirliyinin nümayəndələri Moskvada 14 Dekabr 2019, 22:14 Nigeriyada terrorda 19 nəfər öldü 14 Dekabr 2019, 21:52 "ABŞ sanksiya tətbiq etsə, buna məcbur olacağıq" - Çavuşoğlu 14 Dekabr 2019, 21:34 Azərbaycanlı futbolçunun baş məşqçisi erməni oldu 14 Dekabr 2019, 21:16 Üç ay ərzində dəm qazından 106 nəfər ölüb 14 Dekabr 2019, 20:54 Bazardakı yanğın 300 kv. metr sahəni əhatə edib: xəsarət alan yoxdur - RƏSMİ 14 Dekabr 2019, 20:36 Türkiyə, Almaniya, İran və İtaliyanın tibbi ekspertləri Bakıya toplandı - FOTO 14 Dekabr 2019, 20:19 "3-cü mikrorayon bazarı"ndakı yanğında iki avtomobil yandı 14 Dekabr 2019, 20:03 Bakının bu ərazisində işıqlar söndürüldü 14 Dekabr 2019, 18:52 AMİP deputatlığa namizədlərinin adlarını açıqladı - Etibar Məmmədov SİYAHIDA yoxdu 14 Dekabr 2019, 18:44 Çingiz Mustafayev adına radio satışa çıxarılmayacaq, amma... 14 Dekabr 2019, 18:41 3-cü mikrorayon bazarındakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 14 Dekabr 2019, 18:27 3-cü mikrorayon dairəsi BAĞLANDI - BNA sürücülərə müraciət etdi 14 Dekabr 2019, 18:21