Arxiv
7 Avqust 2019, 13:41 | ANALİTİKA
“Paşinyanın bəyanatı həmsədrlərə hörmətsizliyin təzahürüdür” - Fərid Şəfiyev

“Bu gün Ermənistan Xarici İşlər Nazirliyi avqustun 5-də Azərbaycanın işğal olunmuş ərazilərində çıxış edərkən Dağlıq Qarabağın Ermənistana məxsus olduğunu deyən və “miatsum”-“birləşmə” şüarından istifadə edən baş nazir Nikol Paşinyanın bəyanatını təkzib etməyə cəhd edib. Məhz bu şüarla erməni milliyətçiləri 1988-ci ilin fevralında qanlı münaqişəyə başlayıblar. Ermənistan XİN-in bəyanatına əsasən isə söhbət mənəvi birləşmədən gedir”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

Mərkəzin sədrinin sözlərinə görə, məgər onlar Ermənistan Silahlı Qüvvələrinin harada yerləşdirildiyini, Azərbaycanın işğal olunmuş torpaqlarında ölən erməni əsgərlərinin harada xidmət etdiyini görmürlər?

 

“Biz Ermənistanda yüksək vəzifəli şəxslərin və dövlət strukturlarının bir-birilərinə zidd fikirlər səsləndirmələrinin ilk dəfə şahidi olmuruq. Belə ki, 2019-cu il martın sonlarında Vyanada yüksək səviyyəli danışıqların nəticəsində Ermənistan baş nazirinin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli perspektivlərinə dair bəyanatından sonra müdafiə naziri David Tanoyan Nyu-Yorkda “yeni ərazilər uğrunda yeni müharibə”yə dair bəyanat səsləndirdi.

 

İlk gündən Azərbaycanda bilirdilər ki, qondarma “Qarabağ hərəkatı” Azərbaycan torpaqlarının erməni milliyətçiləri tərəfindən ilhaqı məqsədi ilə başladılmış kampaniyadır. Bununla əlaqədar olaraq 1989-cu il dekabrın 1-də Ermənistan SSRİ Ali Sovetinin o zamankı parlamenti tərəfindən Dağlıq Qarabağın birləşdiriməsinə dair məşhur fərman imzalandı. SSRİ-nin süqutundan sonra erməni milliyətçiləri taktikanı bir qədər dəyişdilər və bir tərəfin digər tərəfə ərazi iddiasının beynəlxalq ictimaiyyətdə mənfi reaksiyaya səbəb olacağını düşünərək özlərinin müstəqillik ideyalarına beynəlxalq müşahidəçilərin rəğbətini qazanmaq məqsədi ilə beynəlxalq arenaya Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə şüarını buraxdılar. BMT və digər beynəlxalq təşkilatlar isə Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıdılar”.

Fərid Şəfiyev deyib ki, erməni təbliğatçılarının bütün cəhdləri, o cümədən qondarma “Dağlıq Qarabağ respublikası”nın “liderləri”nin Avstraliyaya səfəri uğursuzluğa düçar olur:

“Bu ölkənin Xarici İşlər Nazirliyi yenidən öz bəyanatında Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiyini ifadə etdi.

Ermənistan rəhbərliyinin hərbi təcavüzu legitimləşdirmək cəhdlərinin heç bir perspektiv vəd etməyəcəyini, Azərbaycanla sülh əldə olunmasa, sosial-iqtisadi inkişafın mümkünsüzlüyünü anlaya bilməməsi təəssüf doğurur. Regionun gələcəyi dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində, sülh şəraitində birgə yaşamasından asılıdır. Dağlıq Qarabağda sülh erməni və azərbaycanlı icmaların Azərbaycanın ərazi bütovlüyü çərçivəsində birgə yaşamasına əsasən olmalıdır.

Ermənistan baş nazirinin və Xarici İşlər Nazirliyinin bəyanatı ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinə hörmətsizliyin təzahürüdür və dünya ictimaiyyətində çaşqınlıq yaratmaq üçün edilən növbəti cəhddir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu günə olan yoluxma sayı AÇIQLANDI 24 İyun 2021, 16:34 Ceyhun Bayramov Baş katiblə görüşüb 24 İyun 2021, 16:28 Türk Şurasının turizm nazirləri Azərbaycanda görüşəcək 24 İyun 2021, 16:26 Bir qrup hərbçiyə ordenlər verildi - SİYAHI 24 İyun 2021, 16:15 Prezidentin hərbi medallar verdiyi jurnalistlər, klub prezidenti, gənc şair... - ADLAR 24 İyun 2021, 15:50 Əmək pensiyasına əlavə ilə bağlı qaydalar dəyişir 24 İyun 2021, 15:44 “BakuBus”ın avtobusları toqquşdu - Yaralananlar var - YENİLƏNİB 24 İyun 2021, 15:43 Gömrük Akademiyasının ilk magistr tələbələri məzun oldu 24 İyun 2021, 15:38 Niyazi Bayramov sakinlərin müraciətlərini qeydiyyata götürdü 24 İyun 2021, 15:32 İnsanları işə düzəltmək adı ilə aldanan şirkət direktoru SAXLANILDI 24 İyun 2021, 15:27 Ermənistan PUA istehsal edəcək 24 İyun 2021, 15:23 Yeni dalğanın qarşısını almaq üçün peyvənd olunmalıyıq - Deputat 24 İyun 2021, 15:17 Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi 24 İyun 2021, 15:12 Yas mərasimlərinin təşkilinə də icazə verilsin - TƏKLİF 24 İyun 2021, 15:06 Suqovuşanı azad edən 10 min 647 hərbçiyə medal verildi - SƏRƏNCAM 24 İyun 2021, 15:00 Deputat 3 kənddə seçicilərini qəbul edib - FOTOLAR 24 İyun 2021, 14:54 Çalışdığı şirkətin 15 mindən çox pulunu mənimsədi 24 İyun 2021, 14:48 Serbiya NATO-ya üzv olmayacaq 24 İyun 2021, 14:42 “Daşkəsən Dəmir Filiz” MMC bu universitetlə əməkdaşlıq edəcək 24 İyun 2021, 14:36 Bir qrup hərbçi “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi 24 İyun 2021, 14:30 Bugünədək 578250 hektar sahədə biçin aparılıb - FOTOLAR 24 İyun 2021, 14:25 Kəlbəcərin azadlığına görə təltif edilənlər - SİYAHI 24 İyun 2021, 14:20 Bakıda daha bir marşrut xətti karta keçdi 24 İyun 2021, 14:14 Prezident və xanımı “Gülüstan” SARAYINDA 24 İyun 2021, 14:08 Bir qrup hərbçi “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi - SİYAHI 24 İyun 2021, 14:02 Lavrov Azərbaycanla Ermənistan arasında etimaddan DANIŞDI 24 İyun 2021, 13:50 Ermənistanda seçkilər, Bakı ilə Moskvanın məsləhətləşmələri - ŞƏRH                     24 İyun 2021, 13:45 Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun iclası keçirilib 24 İyun 2021, 13:40 Azad olunan yerlərə ilk növbədə bu məcburi köçkünlər QAYTARILACAQ 24 İyun 2021, 13:34 Təhsil Nazirliyindən məzun günü ilə bağlı QƏRAR 24 İyun 2021, 13:28 Maliyyə Nazirliyində yeni təyinatlar 24 İyun 2021, 13:22 Şuşa fatehləri TƏLTİF OLUNDU 24 İyun 2021, 13:16 SOCAR 25 milyon dollarlıq müqavilə imzaladı 24 İyun 2021, 13:10 Ukraynada yaşayan azərbaycanlı gənclərlə görüş keçirilib 24 İyun 2021, 13:04 “Bu qərarlarla istənilən toy sahibini cərimələmək mümkündür” - Deputatdan ETİRAZ               24 İyun 2021, 12:58
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?