Modern.az

Hacıqabulda yol qəzası - 7 nəfər yaralanıb

Hacıqabulda yol qəzası - 7 nəfər yaralanıb

13 Avqust 2019, 16:48

Hacıqabulda baş verən yol qəzasında 7 nəfər xəsarət alıb.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə rayonun Pirsaat kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Qəza nəticəsində xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi