Modern.az

Yaponiyada təhlükəli qasırğa

Yaponiyada təhlükəli qasırğa

13 Avqust 2019, 21:29

Yaponiyanın cənub-qərb sahillərinə  təhlükəli “Krosa”  qasırğası yaxınlaşır.

Modern.az  xəbər verir ki,  hazırda Taneqasima adalarından 500 kilometr məsafədə olan qasırğanın avqustun 15-də Yaponiyanın iri adalarına çatacağı gözlənilir.

Sinoptiklər qasırğanın leysan yağışlarla müşayiət olunacağını bildirib. Yaxın günlərdə qasırğanın tüğyan edəcəyi bölgələrdə 1000 millimetrədək yağıntının düşəcəyi gözlənilir.

Xatırladaq ki, ötən həftə Yaponiyanın cənub-qərbindən “Lekima” qasırğası keçib. Təbiət hadisəsi ilə əlaqədar onlarla aviareys təxirə salınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?