Modern.az

Dörd rayonda qaz təchizatı dayandırılıb

Dörd rayonda qaz təchizatı dayandırılıb

20 Avqust 2019, 09:47

Bu gün saat 09:00-dan etibarən Samux rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

Bu barədə Modern.az-a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, bu müddət ərzində texniki baxış zamanı aşkarlanmış qaz sızmalarının ləğvi işləri aparılacaq. Saat 10.00-dan Binəqədi rayonu Xocahəsən qəsəbəsində yeni çəkilmiş qaz xəttinin və qollarının qoşulması da icra olunacaq. Bu zaman Binəqədi rayonu, Sulutəpə və Xocahəsən qəsəbələrində qaz təchizatı dayandırılacaq.

 

Bundan başqa, Sabunçu rayonunda aparılan abadlıq işləri ilə bağlı orta təzyiqli qaz xəttində təmir-bərpa işlərinə zəruriyyət yaranıb. Saat 10:00-dan işlər başa çatanadək Kürdəxanı kəndində də qaz təchizatı dayandırılacaq.

Füzuli rayonunun Horadiz şəhərində isə qazıntı işləri aparan traktorla diametri 50 mm olan qaz xəttini zədələyiblər. Hal-hazırda 400 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir