Arxiv
20 Avqust 2019, 11:28 | TƏHSİL
Azərbaycanda attestatı olmayan abituriyent tələbə oldu - MARAQLI

Azərbaycan Dillər Universitetində (ADU) attestatı olmayan abituriyent tələbə adına layiq görülüb.

 

Modern.az xəbər verir ki, Universitetin Tərcümə fakültəsinin Fransız dili ixtisasına qəlub olan Orxan Bağızadə məsələyə aydınlıq gətirib. O, ailədaxili problemlər zəminində təhsil hüququndan məhrum edilməsindən danışıb.

 

Tələbə qeyd edib ki, atası ona təhsil almağa icazə verməyəcəyini dəfələrlə deyib. Amma Tərcümə sahəsi üzrə təhsil almaq arzusunda olan O.Bağızadə atasına bildirib ki, onu təhsil almaq hüququndan məhrum etməyə  haqqı yoxdur: “Mən evdən çıxanda doğum haqqında şəhadətnaməni, hərbi bilet götürsəm də, attestatımı əldə edə bilmədim. Mənə dedilər ki, attestat onlarda deyil. Ona görə də, attestatla bağlı bir az problem var və hazırda attestat itmiş sayılır”.

 

O.Bağızadə attestat olmadan universitetə qəbul olmasından da danışıb. Onun sözlərinə görə, bu işdə Təhsil Nazirliyinin, xüsusilə də  nazir müavini Firudin Qurbanov və nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun böyük rolu olub. Onlar tələbənin probleminin müsbətə doğru həll olunmasında mümkün variantların hər birindən istifadə ediblər. Tələbə onu da əlavə edib ki, ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Tamam Cəfərovanın da bu məslədə böyük dəstəyi olub. Adları sadalanan şəxslərin yardımı ilə attestatsız şəkildə ali təhsil müəssisəsinin tələbəsi adını qazanan O.Bağızadə ona yardım edən hər kəsə dərin minnətdarlığını bildirib.

 

O.Bağızadə təhsilə olan marağı və gələcək planlarından da söz açıb. O, qeyd edib ki, ali təhsil alamağa uşaqlıqdan həvəsi olub və heç vaxt hazırlıq kurslarına  getməyib, ev şəraitində hazırlaşıb. Hətta çalışmağına baxmayaraq, gecədən səhərə kimi dərsləri ilə məşğul olub. O, bundan sonra da təhsili ilə işini paralel aparmağı hədəfləyir. Tələbəmiz təhsil haqqını ödəməklə bağlı da pozitiv düşüncədədədir. O, vurğulayıb ki, iki qardaşı var və əl-ələ verib təhsil haqqını ödəmək iqtidarındadırlar.

 

Tələbə sonda Təhsil Nazirliyinə, Bakı Şəhər Baş Təhsil İdarəsinə, eləcə də Dillər Universitetinin rəhbərliyinə və ali məktəbin Tələbə Qəbul Komissiyasına təşəkkürünü bildirib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşdü 14 Avqust 2020, 17:42 Bərdədə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərildi 14 Avqust 2020, 17:36 Daha 400 Taliban döyüşçüsü azadlığa buraxıldı 14 Avqust 2020, 17:30 Nazirlik “Qanun” nəşriyyatından video YAYDI 14 Avqust 2020, 17:24 Azərbaycanda daha 103 nəfər koronavirusa yoluxdu - 3 nəfər öldü 14 Avqust 2020, 17:18 ABŞ Venesuelaya gedən İran tankerlərindən yanacağı müsadirə etdi  14 Avqust 2020, 17:12 Türkiyədə axtarışa verilən 2 terrorçu məhv edildi 14 Avqust 2020, 17:11 Kanadada vətəndaşlar baş naziri və hökuməti hədələyirlər 14 Avqust 2020, 17:10 Polisdən vətəndaşlara Məhərrəm ayı və Aşura günü XƏBƏRDARLIĞI 14 Avqust 2020, 17:04 Belarus müxalifəti hakimiyyəti təhvil almaq üçün Koordinasiya Şurası YARATDI 14 Avqust 2020, 16:58 Əli Əsədov yeni vəzifəsində ilk tapşırığını verdi 14 Avqust 2020, 16:52 Oqtay Şirəliyev xaricdən gələn həkimlərlə görüşdü 14 Avqust 2020, 16:46 DİN-dən Şahbaz Xuduoğlunun iddialarına CAVAB 14 Avqust 2020, 16:40 15 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı - FOTOLAR 14 Avqust 2020, 16:34 Tələbələrin köçürülməsi qaydası açıqlandı 14 Avqust 2020, 16:28 Sayğaclara müdaxilə etmək mümkündür? - "Azərişıq"dan açıqlama 14 Avqust 2020, 16:22 “İtaliya mətbuatında ermənilərin növbəti yalanları ifşa olunub”  14 Avqust 2020, 16:16 Nişan mərasimi keçirənlərin işi məhkəməyə göndərildi 14 Avqust 2020, 16:10 13 erməni öldü, 300-dən çoxu yaralandı - RƏSMİ 14 Avqust 2020, 16:04 Azərbaycanda yüksək vəzifəli məmur işdən çıxarıldı 14 Avqust 2020, 16:03 Tələbələrin köçürülməsinin vaxtı açıqlandı   14 Avqust 2020, 15:58 İstixana sahiblərinin problemləri müzakirə olundu 14 Avqust 2020, 15:53 Avropa İttifaqı Belarusa qarşı sanksiyaları müzakirə edəcək 14 Avqust 2020, 15:50 Düşmənin məqsədi üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməkdir   14 Avqust 2020, 15:44 Avropaya qaçqın kimi gələn gəncdən nümunəvi addım 14 Avqust 2020, 15:38 İlham Əliyev Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edir - Malik Həsənov 14 Avqust 2020, 15:32 Elmar Məmmədyarov danışdı: “Xaricə getməyə yerim yoxdur” 14 Avqust 2020, 15:26 “Dövlətimizin milli maraqlarına qarşı təxribat törədənlərin bütün əməlləri iflasa uğrayacaqdır” 14 Avqust 2020, 15:20 Azərbaycan startapları kraudfandinqə çıxarılacaq 14 Avqust 2020, 15:14 1988-89-cu illərdə ziyalılarımız nə barədə düşünürüdlər? - DEPUTAT FAKTLARLA YAZIR... 14 Avqust 2020, 15:08 Nazir müavini Alim Qasımovun doğum gününü təbrik etdi   14 Avqust 2020, 15:02 İsrail mediası yəhudilərin Azərbaycanla həmrəy olmasından bəhs edib 14 Avqust 2020, 14:56 Səttar Möhbalıyev jurnalistlərlə mətbuat konfransı keçirib   14 Avqust 2020, 14:50 “Rusiyanın Ermənistana verdiyi silahlar nədən ibarətdir?” 14 Avqust 2020, 14:44 Bakıda bağça müdirləri CƏRİMƏLƏNDİ 14 Avqust 2020, 14:38