Modern.az

Pilotumuz II Fəxri Xiyabanda dəfn olundu - YENİLƏNİB +FOTOLAR

Pilotumuz II Fəxri Xiyabanda dəfn olundu - YENİLƏNİB +FOTOLAR

Reportaj

21 Avqust 2019, 11:52

Polkovnik-leytenant Rəşad Atakişiyev II Fəxri xiyabanda torpağa tapşırılıb. 
 

***

MiQ-29 təyyarəsinin həlak olan pilotu Rəşad Atakişiyevlə vida mərasimi başa çatıb.
 
Modern.az-ın məlumatına görə, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasiminin ardından pilotun nəşi dəfn olunmaq üçün II Fəxri Xiyabana yola salınıb.

Hazırda II Fəxri Xiyabanda dəfn mərasimi keçirilir.

***


Plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində vida mərasimi keçirilir. 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

***

Bu gün səhər saatlarından Azərbaycan Hərbi Hava Qüvvələrinin qəzaya uğramış MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant  Rəşad Atakişiyevlə vida mərasimi keçirlir.

Modern.az saytı xəbər verir ki vida mərasimi Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil olunub.

Vida mərasimi başa çatandan sonra – günorta saatlarında R.Atakişiyevin cənazəsi II Fəxri Xiyabanda dəfn olunacaq.


Rəşad Atakişiyev 1984-cü ilin yanvarın 7-də doğulub. O, Heydər Əliyev adına Hərbi Akademiyada təhsil alıb.


Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi iyulun 24-də gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayaraq, Xəzər dənizinə düşüb. Bir neçə günlük axtarışlardan sonra öncə təyyarənin qalıqları və “qara qutu”su tapılıb.

Dünən isə pilot Rəşad Atakişiyevin nəşi sudan çıxarılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?