Arxiv
21 Avqust 2019, 15:29 | AKTUAL
“Təklif edirəm ki, Təhsil Fondu yaradılsın” - Kamran Əsədov

“Azərbaycan Dillər Universitetinə qəbul olunan və ailədaxili problem yaşayan Orxan Bağırzadənin yaşadığı çox aktual bir məsələni ortaya çıxarır. Aztəminatlı, imkansız şəxslərin ali və orta ixtisas təhsili müəssisələrinə qəbulundan sonra təhsil haqqını ödəməsi problemi həll olunmamış qalır”.

Modern.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib. O Təhsil Fondunun yaradılmasını təklif edib:

“Düzdür, Gənclər Fondu, “Maarifçi” Tələbə Kredit Fondu kimi təsisatlar var.  Gənclər Fondu və “Maarifçi” Kredit Fondu təhsil alan tələbələrin təhsil haqqını ödəmək imkanına malikdir. Amma az bir qisim və müsabiqə şərtini ödəyən şəxslərin təhsil haqqı ödənir.  Eyni zamanda, bu fondlar xarici ölkələrdə təhsil almağa üz tutan şəxslərin də maliyyələşdirilməsini həyata keçirir. 

Göründüyü kimi, abituriyentlərin tələbəyə çevrildiyi dövrdə onların təhsil haqqının ödənilməsinə dəstək verəcək, kömək edəcək şəxslər, qurumlar, fondlar yoxdur.

Təklif edirəm ki, Təhsil Fondu yaradılsın”. 

K.Əsədov yaradılmasını arzuladığı yeni fondun iş mexanizmini isə bu cür izah edib:

“Fond sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər qrupuna daxil olan istedadlı gənclərin (qəbul olmuş istənilən şəxs) təhsil xərclərinin maliyyələşdirilməsi həyata keçirsin.

Çox şəffaf bir sistem yaratmaq olar. Açıq bank hesabı ilə hər kəs müəyyən qədər yardım etsin. Hətta bunun üçün mütəmadi olaraq kampaniyalar da təşkil etmək olar. Təhsil Fondu tərəfindən maliyyələşmə - təhsil haqqı xərclərinin tam və ya qismən qarşılanması həyata keçirilə bilər. Yəni daha çox sıxıntı ilk ilin təhsil haqqının ödənilməsi ilə bağlı olur. Sonradan hissə-hissə ödəmək imkanı olduğu üçün şəxs tərəfindən ödənilə bilər. 

Əlbəttə ki, hesabatlılıq əsas şərtdir. Düşünürəm ki, bu layihə qısa müddətdə həyata keçirilsə yaxşı olardı”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda "Niva"dan düşüb bir nəfəri güllələdilər 22 Fevral 2020, 23:47 Daha  bir ölkədə koronavirus həyəcanı 22 Fevral 2020, 23:39 “Ermənistan regionda destruktiv siyasət yürüdür” - İlham Əliyev 22 Fevral 2020, 23:21 Koronavirusun dünyaya yayılma sürəti artıb 22 Fevral 2020, 23:16 Prezident Vatikanda Papa Fransisk ilə görüşdü - YENİLƏNİB 22 Fevral 2020, 22:57 Sumqayıtda 36 yaşlı şəxsin meyiti tapıldı 22 Fevral 2020, 22:44 Haftarın yüzə yaxın əsgəri məhv edilib 22 Fevral 2020, 22:30 "Patriot" sistemləri yenidən Türkiyədə 22 Fevral 2020, 22:13 Polislərin etiraz aksiyaları davam edir 22 Fevral 2020, 21:56 Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görüldu - FOTO 22 Fevral 2020, 21:41 Messi poker etdi, “Barselona” zirvəyə qalxdı   22 Fevral 2020, 21:29 Xüsusi peşə təhsili müəssisələrinin vəzifələri artırıldı 22 Fevral 2020, 21:19 "Könüllülər İli" gənclərin fərdi inkişafına təkan verəcək - Umud Mirzəyev 22 Fevral 2020, 21:07 Azərbaycan Böyük Dəbilqədə ilk medalını qazandı 22 Fevral 2020, 21:02 Bakıda azyaşlılara siqaret satanlar cərimələndi 22 Fevral 2020, 20:47 Türkiyə daha bir şəhid verdi - FOTO 22 Fevral 2020, 20:34 Güney Azərbaycanda Xocalı ilə bağlı kampaniya 22 Fevral 2020, 20:16 Daha bir oyun koronavirusa görə təxirə salındı 22 Fevral 2020, 20:01 Məzahir Pənahov: “Kürdəmir Dairə Seçki Komissiyası buraxıla bilər” 22 Fevral 2020, 19:20 Yeni seçilən deputatların SİYAHISI 22 Fevral 2020, 19:14 MSK Naxçıvandakı bu dairədən şikayəti müzakirə etdi 22 Fevral 2020, 19:10 Elza Seyidcahanın seçkilərdən şikayətinə BAXILMADI - SƏBƏB 22 Fevral 2020, 19:04 MSK bu dairələrdən şikayətləri geri qaytardı 22 Fevral 2020, 18:56 Yasamalda namizəd 28 məntəqədə nəticələrin ləğvini tələb edib 22 Fevral 2020, 18:49 Tahir Rzayevin dairəsində də məntəqənin nəticəsi ləğv edildi 22 Fevral 2020, 18:38 İranda koronavirusa görə məktəblər bağlandı 22 Fevral 2020, 18:33 Şəhid hərbçimizin ölümündən əvvəl çəkilən son FOTOSU 22 Fevral 2020, 18:25 Məhkəmə Neftçalanın icra başçısı və digərlərilə bağlı QƏRAR VERDİ 22 Fevral 2020, 18:20 Prezident İlham Əliyev estoniyalı həmkarını təbrik etdi 22 Fevral 2020, 18:15 MSK-da Elman Nəsirov MÜZAKİRƏSİ 22 Fevral 2020, 18:08 Berlində Ümumavropa Qarabağ mitinqi başa çatdı - FOTOLAR 22 Fevral 2020, 18:00 Seçkinin nəticələri TƏSDİQLƏNDİ 22 Fevral 2020, 18:00 Su quyusunda meyiti tapılan ana və azyaşlı oğlu ilə bağlı rəsmi MƏLUMAT  22 Fevral 2020, 17:52 MSK beynəlxalq qrossmeysterin anasının şikayətinə BAXDI 22 Fevral 2020, 17:46 Pakistandan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı QƏTNAMƏ 22 Fevral 2020, 17:42