Arxiv
21 Avqust 2019, 20:33 | AKTUAL
“Müxalifət üçün Vətən, dövlət, xalq, milli-mənəvi dəyərlər yadlaşıb” - Vüqar Rəhimzadə

“Bu gün dağıdıcı müxalifət ənənəsinə sadiq qalaraq, bütün vasitələrdən istifadə etməklə ölkədə qarışıqlıq yaratmağa çalışır, erməni və ermənipərəst qüvvələrin təsiri altında öz fəaliyyətini davam etdirir. Artıq belələri üçün Vətən, dövlət, xalq, milli-mənəvi dəyərlər kimi anlayışlar çoxdan yadlaşıb. Məqsəd isə birdir - onlara verilən “tapşırıqları” icra etmək, bunun müqabilində “xarici dayılarından” qrantlar qoparmaq… Şübhəsiz ki, xalq artıq dağıdıcıların bu manevrlərini çoxdan başa düşüb və onların əsl niyyətlərinin yaxşı bilir. Bu gün social şəbəkələrdə “qəhrəmanlıq” edən belələri elə bu məkanda ayrı-ayrı insanların haqlı təzyiqlərinə məruz qalır, düz söz qarşısında əxlaqsızlıq nümayiş etdirirlər”.

Modern.az xəbər verir ki, bu fikirləri mediaya açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə bildirib ki, dağıdıcıların real həyatda olduğu kimi, artıq virtual məkanda da sosial dayaqları, müdafiəçiləri yoxdur: “Bu il iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin “MiQ-29” təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin dəfn mərasimi ilə bağlı dağıdıcı müxalifətin “düzənlədiyi” şou hərbçimizin ruhuna çox böyük hörmətsizlikdir. Bu amil bir daha sübut edir ki, onlar üçün milli-mənəvi dəyərlər adında bir şey yoxdur. “Siyasi işbaz” Əli Kərimli bu dəfə də baş verən hadisədən şou yaratmağa cəhd edib, bununla özünə xal qazanmağa çalışıb. O, hərbçilərin dəfn mərasimində müxalifətin iştirakının əngəlləndiyini bildirib və buna görə hakimiyyəti günahlandırıb. Ancaq onun bu cəhdi də uğursuz olub”.

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, Əli Kərimli və onun kimilərin xalq tərəfindən dəstəklənməməsinin bir sıra səbəbləri var: “2016-cı ilin aprel hadisələri zamanı xalqımız böyük zəfərə sevindiyi halda, Əli Kərimli kimilər qələbənin mahiyyətini təhrif etməyə, ordumuzun uğuruna kölgə salmağa çalışdırlar. Dağıdıcılar aprel döyüşləri zamanı şəhid olan hərbçilərimizin dəfn mərasimlərində iştirak edərək öz çirkin niyyətlərini həyata keçirməyə çalışırdılar. Bununla onlar şəhidlərin ruhuna, onların doğmalarına, əzizlərinə qarşı böyük sayğısızlıq sərgiləyirdilər. Ona görə də insanlar Əli Kərimli və onun kimilərin səmimiyyətinə inanmır, haqlı olaraq onları görmək istəmirlər. Bu kimi amillər isə Əli Kərimli və onun dəstəsində böyük aqressiyaya səbəb olur və son nəticədə içlərindəki bütün kini, nifrəti xalqa, dövlətə tərəf çevirirlər. Bu və digər amillər bir daha Əli Kərimlinin yaramaz ünsür olduğunu nümayiş etdirir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xırdalanda yaşayış binasında yanğın oldu 30 May 2020, 23:00 Rusiyada terrorçular məhv edildi 30 May 2020, 22:42 Bu tələbələr ölkəyə buraxılmayacaq - QADAĞA 30 May 2020, 22:28 Liderlər Honkonq və Liviyadakı vəziyyəti müzakirə etdi 30 May 2020, 22:12 Türkiyədə 126 984 nəfər koronavirusdan sağalıb 30 May 2020, 22:00 Daha bir ölkədə maska taxmaq məcburi oldu 30 May 2020, 21:46 Son sutkada daha 215 nəfər koronavirusdan öldü 30 May 2020, 21:31 Xüsusi karantin rejimi daha bir ay uzadılıb 30 May 2020, 21:17 Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı AÇIQLANDI - FOTO 30 May 2020, 21:16 Prezident ötən il üçün gəlirlərini açıqladı 30 May 2020, 21:03 İtaliyada sutkalıq koronavirus qurbanları yenidən artdı 30 May 2020, 20:54 Azyaşlı avtomobil radiatoru üçün olan mayeni içərək zəhərlənib 30 May 2020, 20:43 Ermənistanda koronavirusa yoluxanların sayı 10 minə çatır 30 May 2020, 20:29 Türkiyədə daha bir şəhid verdi 30 May 2020, 20:16 Ağ Evin qarşısında etirazlar başlayıb 30 May 2020, 20:01 Aydınlarımız Türk millətinə edilən haqsızlığa qarşı birlikdə mübarizə aparmalıdır - Qənirə Paşayeva 30 May 2020, 19:58 Koronavirusun peyvəndi nə zaman hazır olacaq? 30 May 2020, 19:30 Bu saytda işləyən jurnalistləri robotlarla əvəzləyəcək 30 May 2020, 19:20 "Facebook"da daha bir yenilik 30 May 2020, 19:13 Avropa İttifaqı ÜST-lə bağlı ABŞ-a çağırış etdi 30 May 2020, 19:00 Filippində 6 baladək zəlzələ oldu 30 May 2020, 18:50 Yaşayış binasında təhlükənin qarşısı alındı 30 May 2020, 18:42 Şirvanda ağır qəza - Ölən var   30 May 2020, 18:30 Baş Prokurorluq polis və qadının bıçaqlanması ilə bağlı MƏLUMAT YAYDI 30 May 2020, 18:20 Daşkəsənə güclü dolu yağıb - VİDEO 30 May 2020, 18:10 Goranboyda beş nəfər koronavirusa yoluxdu - VİDEO 30 May 2020, 18:01 Azərbaycanda koronavirusdan sağalan xəstələrin sayı AÇIQLANDI 30 May 2020, 17:55 “Hücum!” əmrinizə müntəzirik, cənab Ali Baş Komandan! - Tarixçi alim İrəvandan YAZDI - II  HİSSƏ 30 May 2020, 17:47 Azərbaycanda daha 257 nəfərdə koronavirus aşkarlandı - 3 nəfər öldü 30 May 2020, 17:40 Jurnalist koronavirusdan vəfat edən anasının dəfninə qatıla bilmədi 30 May 2020, 17:34 Mirzə Ələkbər Sabirə doğum günü hədiyyəsi: Şamaxıdakı evi təmir edildi - VİDEO   30 May 2020, 17:25 Nazirliyin səyyar mikroavtobusları Masallıda 30 May 2020, 17:17 Paşinyana qarşı yeni müxalif partiya yaradıldı 30 May 2020, 17:10 İranda daha 2 282 nəfər koronavirusa yoluxdu 30 May 2020, 17:02 Min bir dərdin dərmanı - ÜZƏRLİKLƏ BAĞLI BİLMƏDİKLƏRİMİZ 30 May 2020, 16:55