Modern.az

ABŞ İŞİD liderlərinə görə 5 milyon dollar mükafat ayırdı

ABŞ İŞİD liderlərinə görə 5 milyon dollar mükafat ayırdı

Dünya

22 Avqust 2019, 00:54

ABŞ Dövlət Departamenti İŞİD-in üç liderinin tutulmasına kömək edəcək şəxslərə mükafat verəcək.

Modern.az  xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, həmin şəxslər 5 milyon dollara qədər mükafat alacaq: "Dövlət Departamentinin Rewards for Justice (Ədalətə kömək üçün mükafat) proqramı, "İslam Dövləti"nin üç əsas liderinin: Əmir Məhəmməd Səid Abdel Rəhman əl-Maul, Sami Casem Muhammad əl-Caburi və Muataz Nauman Abd Naef Casem əl-Caburinin tapılmasına kömək edə biləcək məlumatlar üçün 5 milyon dollara qədər mükafat nəzərdə tutur".


Rewards for Justice proqramı 1984-cü ildən reallaşdırılır. Hazırda ABŞ Dövlət Departamenti 25 milyon dollarlıq ən böyük məbləği İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin həbsinə və ya məhv edilməsinə kömək edəcək məlumat üçün ayırıb.

Vaşinqton, Pakistanda gizləndiyi ehtimal olunan Əl-Qaidə təşkilatının hazırkı lideri Ayman əl-Zavahirinin harada olduğu barədə məlumat verənlərə də eyni miqdarda mükafat söz verib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı