Modern.az

Əli Əhmədov bazarları gəzdi: “Yayın ortasında 2 manata kartof olmaz!” - VİDEO

Əli Əhmədov bazarları gəzdi: “Yayın ortasında 2 manata kartof olmaz!” - VİDEO

22 Avqust 2019, 15:34

Baş nazirin müavini Əli Əhmədov Bakıda kənd təsərrüfatı yarmarkası, kənd təsərrüfatı məhsullarının ənənəvi satış bazarı "Yaşıl Bazar" və paytaxtdakı supermarketlərdən birinə baxış keçirib. Reyd zamanı onu kənd təsərrüfatı naziri İnam Kərimov da müşayiət edib.

Modern.az xəbər verir ki, Baş nazirin müavini satışa çıxarılan ərzaq və kənd təsərrüfatı məhsullarının qiyməti və keyfiyyəti ilə maraqlanıb, satıcıları və alıcıları dinləyib.

Əli Əhmədov bəzi obyektlərdə yüksək qiyməti olan məhsullara rast gəlindiyini deyib:

“Biz məhsulların qiymətində müşahidə etdiyimiz fərq barədə düşünməliyik. Xüsusilə bazardakı məhsullarla yarmarkadakı məhsulların qiyməti arasında çox böyük fərq nəzərə çarpır. Hökumət bunun üzərində ciddi şəkildə düşünməlidir. Biz qiymət artımının qarşısını bolluq yaratmaq yolu ilə almalıyıq. Kimsə qiyməti süni şəkildə artırmağa çalışarsa, Hökumət iqtisadi tədbirlər görməlidir. Ən təsirli tədbirlərdən biri o ola bilər ki, satış mərkəzlərinin və vasitəçi mərkəzlərin sayı artırılsın. İnsanlara xidmət göstərən satış mərkəzləri, habelə fermerdən məhsulu alıb bu mərkəzlərə çatdıran vasitəçilərin sayı nə qədər çox olarsa, qiymət də lazımınca tənzimlənər”.

Əli Əhmədov diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti süni qiymət artımına yol verilməməsinə çox ciddi nəzarət edir. Hökumət də bu məsələni daim diqqət mərkəzində saxlayır.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi