Arxiv
23 Avqust 2019, 14:23 | AKTUAL
Ermənistanın öz adından qondarma “DQR”ə aid məktub yollaması ilk dəfə deyil - ŞƏRH

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qanunsuz rejimin hesabatının BMT-də yayılmasını şərh edib.


Modern.az F.Şəfiyevin şərhini təqdim edir:

- Qondarma “Dağlıq Qarabağ respublikası”nın hesabatına dair qoşma ilə birlikdə  Ermənistanın BMT yanıda Daimi Nümayəndəliyinin yaydığı məktubla bağlı qeyd etmək lazımdır ki, BMT-nin Nizamnaməsinə və təşkilatın müvafiq prosedur qaydalarına əsasən, hər bir üzv beynəlxalq ictimaiyyət üçün maraq kəsb etdiyini düşündüyü informasiyaları digər üzv ölkələrin və təşkilatın Katibliyinin nəzərinə çatdırmaq məqsədi ilə sənəd yaymaq hüququna malikdir. BMT-yə üzv ölkənin Daimi Nümayəndəliyi adından belə müraciət beynəlxalq sülh və təhlükəsizlik, ticarət, inkişaf və digər məsələləri özündə əks etdirə bilər. Məktubun məzmunu üzv dövlətin məsuliyyətindədir. Hətta indiyə kimi BMT-nin sənədi kimi daimi nümayəndəliklərin şeir yayması halları da baş verib.

Katiblik də öz növbəsində BMT-yə üzv ölkələrin daimi nümayəndəlikləri tərəfindən təqdim olunmuş sənədləri yaymaq öhdəliyi daşıyır. Sənədlər təşkilatın müvafiq loqosu və Təhlüksizlik Şurasının, Baş Assambleyanın və BMT-nin digər orqanlarının  növbəti sessiyalarının gündəlik maddələri çərçivəsində yayımlanır. Gündəlik maddəsi məktubun müəllifi, daha dəqiq desək, üzv ölkənin Daimi Nümayəndəliyi tərəfindən müəyyən olunur.

Təəssüf ki, tez-tez üzv ölkələrinin bu hüquqdan sui-istifadə etməsi və BMT-nin  Nizamnaməsinə zidd sənədlər yayması hallarına da rast gəlinir. O cümlədən Ermənistanın öz adından qondarma “dqr”ə aid məktub yollaması ilk dəfə deyil. Hər halda məktubun müəllifi təşkilatın rəsmi üzvü, bu halda isə Ermənistandır.  Ermənistan KİV-də qondarma “dqr”in sənədi adlandırdıqları bu məktubun BMT-nin sənədi kimi yayılmasına dair məlumatlar həqiqəti əks etdirmir. BMT qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır və təşkilatın Katibliyi qaydalara uyğun olaraq Ermənistanın BMT yanında Daimi Nümayəndəliyinin  məktubunu yayıb və bu da onun rəsmi statusudur.

Məktubun mahiyyətinə gəldikdə isə buna belə qısa şərh verərdim. Ermənistanın yerli azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə törətdiyi və BMT TŞ-nin müvafiq qətnamələri və BMT-nin Nimzanaməsinin pozulmasına yönəlik fəaliyyət həyata keçirdiyi  işğal olunmuş torpaqlarla bağlı hansı dayanıqlı inkişaf, demokratiya və humanitar məqsədlərdən danışmaq olar?

Azərbaycan da öz növbəsində müvafiq məktub yaymağa hazırlaşır. Ermənistan Daimi Nümayəndəliyinin bu təxribatı beynəxlaq səviyyədə tanınmış Azərbaycan torpaqlarının kim tərəfindən işğal olunduğunu bir daha açıq şəkildə göstərir.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirus əlehinə peyvənd test olunamağa başlayır 21 Fevral 2020, 10:19 DTX Neftçala Mərkəzi Rayon  Xəstəxanasının baş həkimini saxladı - FOTO 21 Fevral 2020, 10:14 Xəzəri ən çox Suraxanı rayonu çirkləndirir - Nazirlik 21 Fevral 2020, 10:08 Ağdaşda heroin satan şəxslər tutuldu 21 Fevral 2020, 10:02 Azərbaycanda qızlar da, oğlanlar da evlənməyə GECİKİR 21 Fevral 2020, 09:58 Ağdamda itkin düşən qadın tapıldı 21 Fevral 2020, 09:52 Qonaq gedən qadın və kişi hamamda çimərkən öldülər 21 Fevral 2020, 09:46 Bakıda itkin düşmüş 5 nəfər tapıldı - RƏSMİ 21 Fevral 2020, 09:40 Koronavirusa görə yoxlanılan tələbələrin analizlərinin cavabı mənfidir - RƏSMİ 21 Fevral 2020, 09:34 Toyunu təxirə salan gənc həkimin ölümü çinlilərin kədərinə səbəb oldu 21 Fevral 2020, 09:28 Ağdaşda heroin alverçisi saxlanıldı 21 Fevral 2020, 09:22 Erməni snayperləri mövqelərimizi atəşə tutdu 21 Fevral 2020, 09:15 İlham Əliyevin şərəfinə Romada ziyafət verildi - FOTO 21 Fevral 2020, 09:09 İsmayıllı sakinindən qanunsuz ov tüfəngi götürülüb 21 Fevral 2020, 09:04 Neftdən bal da hazırlanırmış - Azərbaycan neftinin sirrləri 21 Fevral 2020, 08:59 Çində koronavirusdan ölənlərin sayı daha da artdı 21 Fevral 2020, 08:54 UEFA Avropa Liqası: “Sevilya”, “Ayaks”, “Porto” məğlub oldular 21 Fevral 2020, 08:49 Çindən gələn ukraynalılar ölkəyə buraxılmadı 21 Fevral 2020, 00:44 DİN-dən Zərdabdakı aksiya ilə bağlı açıqlama 21 Fevral 2020, 00:24 Məscidin axunduna hücum edən şəxs tutuldu 21 Fevral 2020, 00:09 Prezident İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə işçi nahar edib - YENİLƏNİB 20 Fevral 2020, 23:47 Bakıda maşın reklam lövhəsinə çırpıldı: ölənlər var 20 Fevral 2020, 23:32 Bakıda yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB 20 Fevral 2020, 23:21 Rusiya türk ordusunun İdlibdə hücumunu dayandırdı - DETALLAR 20 Fevral 2020, 23:17 Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının rəsmilərilə görüşəcək 20 Fevral 2020, 23:11 Paytaxtın əsas magistral yollarında sürət həddi endirildi 20 Fevral 2020, 22:47 Görmə məhdudiyyətli türk tələbə feysbukda işə başladı 20 Fevral 2020, 22:33 İlham Əliyev Romada naməlum əsgər abidəsini ziyarət etdi - FOTO 20 Fevral 2020, 22:16 Dəniz quldurları 4 gürcü dənizçini qaçırdı 20 Fevral 2020, 22:02 İlham Əliyev İtaliya Deputatlar Palatasının sədri ilə görüşüb - FOTO 20 Fevral 2020, 21:51 İraq İranla sərhədi bağladı 20 Fevral 2020, 21:36 İranda KİV nümayəndələrinə koronavirusla bağlı xəbərdarlıq 20 Fevral 2020, 21:16 Narkoloji xəstə məhkumlar ödənişsiz psixoloji yardım alacaqlar 20 Fevral 2020, 21:03 “2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub”  - İtaliya Prezidenti  20 Fevral 2020, 20:39 MSK-nın 4.5 saat çəkən iclası başa çatdı 20 Fevral 2020, 20:37