Modern.az

Fransada “Qarabağ” Azərbaycan Məktəbi yeni dərs ilinin başlanmasını qeyd edib

Fransada “Qarabağ” Azərbaycan Məktəbi yeni dərs ilinin başlanmasını qeyd edib

9 Sentyabr 2019, 09:20

Fransanın Nant şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Məktəbində yeni tədris ilinin başlanması münasibəti ilə tədbir keçirilib.

 

AZƏRTAC xəbər verir ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov və komitənin əməkdaşları iştirak ediblər.

Fuad Muradov məktəbin sinif otqalarını ziyarət edib, yeni tədris ili üçün hazırlanmış proqramlarla tanış olub. Müəllimlərlə görüşündə komitə sədri bildirib ki, dövlətimiz bundan sonra da “Qarabağ” məktəbinə diqqət və qayğısını əsirgəməyəcək.

 

Nant şəhərinə səfəri çərçivəsində F. Muradov burada yaşayan Azərbaycan icmasının üzvləri ilə də görüşüb. Görüşdə diaspor fəaliyyətini daha da gücləndirməyə dair fikir mübadiləsi aparılıb. Qarşıdan gələn ildə keçiriləcək tədbirlər müzakirə olunub, komitənin il ərzində gördüyü işləri əks etdirən videohesabat təqdim edilib. Komitə sədri diaspor fəaliyyətinin daha da genişləndirilməsinə dair fikirlərini bölüşüb.

 

Qeyd edək ki, Nant “Qarabağ” Azərbaycan Məktəbinə qeydiyyat prosesi başa çatıb və bu tədris ilində məktəbdə 47 şagird təhsil alacaq.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu