Modern.az

İranlı qadınlara sərbəstlik verildi - Bu məslədə

İranlı qadınlara sərbəstlik verildi - Bu məslədə

15 Sentyabr 2019, 15:30

İranlı qadınların stadionda futbol izləmısinə şərait yaradılacaq.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün İranın vitse-prezidenti Hüseyn Əli Əmiri ölkəsinin mətbuatına açıqlamasında deyib.

 

Vitse-prezident hazırda ölkənin bütün stadionlarında yenidənqurma işləri aparıldığını nəzərə çatdırıb. Qadınların stadiona daxil olmaları üçün xüsusi keçidlər qurulur və kişilərdən ayrı oturmaları üçün bölmələr inşa edilir.

 

Vitse-prezident deyib ki, futbol kimi maraqlı bir oyuna baxmaq hüququnu qadınlardan almaq olmaz.

 

İranlı qadınların oktyabrın 10-da Azadi stadionunda İran və Kamboca komandaları arasında keçirilən görüşü izləyə biləcəkləri də açıqlanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır