Arxiv
16 Sentyabr 2019, 16:20 | MƏDƏNİYYƏT
Azərbaycanda yeni “ənənə”: gənc qızlarla yaşlı kişilərin evlənməyi - Doğrudan yaşın fərqi yoxdur?..

Son zamanlar bir tendensiya müşahidə olunmaqdadır. Bəzi yaşlı kişilər özlərindən xeyli gənc qızlara elçi düşürlər. Ya da əksinə, hansısa gənc qız az qala atası yaşda kişiyə vurulur, sonra da ona ərə gedir. Nə baş verir?
Artıq sanki gənc qadınların yaşda özlərindən dəfələrlə böyük kişilərlə münasibət qurmaları bir ənənəyə çevrilib. Bunu sevgi adlandıraq, yoxsa şəxsi maraqlar? Bir reallıq var, o da artıq belə halların insanlara adi gəlməsidir. 

Belə faktlar Ədliyyə Nazirliyinin qeydə aldığı nikahların rəsmi statistikasında da əks olunur.

“Mən özüm bu məsələyə iki aspektdən baxıram. Maddi maraqlar üzrə qurulmayıbsa, bunu normal qarşılayıram, ancaq ortada sevgidən başqa hər şey varsa, çox iyrənc baxıram. Əgər münasibətlərdə mənəvi dəyərlər əsas rol oynayırsa, orada bir ahənglik yaranır. Ancaq maddi dəyərlər ön plandadırsa, o zaman gərginlik qaçınılmazdır”.


Bunu sosioloq Əhməd Qəşəmoğlu Modern.az-a məsələ ilə bağlı danışarkən söyləyib:


“Birmənalı şəkildə deyə bilmərik ki, gənc qadınlar ancaq pula görə bu addımı atırlar. Əsas odur ki, stereotiplər dəyişib. Bir vaxtlar Azərbaycanda qızlar zənci, ərəb görəndə qorxurdular. İndi isə tamam əksinədir. Ərəblərə, zəncilərə ərə gedənlər də var. Niyə? Çünki, pulları çoxdur. Amma bunu hər kəsə şamil etmək olmaz. Tarix göstərib ki, gənc xanımlar yaşlı kişilərə, yaxud əksinə, yaşlı kişilər gənc xanımlara vurula bilərlər. Bu, təbii haldır. Misal olaraq, Rafiq Hüseynovu göstərə bilərəm ki, öz tələbəsinə aşiq olmuşdu və aralarında ciddi yaş fərqi vardı. Vaqif Səmədoğlu və xanımı Nüşabə xanım arasında da yaş fərqi çox idi.  Hacıbaba Bağırovla xanımı arasında da həmçinin, çünki sevgi yaşa baxmır”.


Əhməd Qəşəmoğlu deyir ki, gənc qızlara öz həmyaşıdları sevimli görünmür:

 

“Gənc xanımların psixologiyasına diqqət yetirək. Onlar elə düşünürlər ki, yaşlı kişilərin dünyagörüşləri daha genişdir, lakin tay-tuşları həm kasıb, həm də dar düşüncəlidirlər. Ona görə də gənc xanımlar özlərindən qat-qat böyük kişilərə meyl edirlər ki, onların iqtisadi vəziyyəti yaxşıdır. Təəssüf ki, indi bir çoxları sevgi hissi ilə yox, şəxsi maraq üçün yaşlı kişilərə üstünlük verirlər. Əsas məqsəd problemlərini həll etməkdir. Bu, ondan irəli gəlir ki, indiki insanların fikirləri də dəyişib. Məsələn, gənc qız imkanlı, yaşlı biri ilə ailə qurursa, onu sevərək ailə qurmur. Öz karyerasını qurur, o, kişini özünə bir köməkçi kimi görür. Bilir ki, nə istəsə əldə edəcək”.

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü Türkan Turan isə sevgini fiziki deyil, ruhi bir olay adlandırır:


“Qarşımızdakı insandan hər kəsin ümidini kəsməsi, bizim onu sevməyimizə əngəl törədə bilməz. Ziddiyətli insanların böyük sevgiləri ilə bağlı nə qədər örnək göstərmək olar. Türkiyədə tanıdığım bir həkim  qadın var. Xərçəngdən əziyyət çəkir. Deyərdim ki, çox sayda əməliyyatlar keçirib, hazırda da ağrılarla mübarizə aparır. Ancaq uzun illərdir ki, yatağa bağlı olan, sadəcə göz qapaqları açılıb-bağlanan həyat yoldaşından imtina etmir. Bax əsl sevgi budur. Amma pul naminə təkcə qoca və gəncin deyil, hər yaşda olan insanların münasibəti əxlaqsızlıqdır. Xahiş edirəm, adına eşq deyərək, bu ali hissi kiçiltməyək”.


Türkan Turan cəmiyyətdə formalaşmış bir fikirə də münasibət bildirib:


“Hesab edirlər ki, insan bəlli bir yaşa gələndə həyatdan əlini üzüb, təqaüdə çıxıb, ölümünü gözləməlidir. Çoxumuz bunu çərçivəyə çevirib, beynimizin ortasından asırıq. Sonra da  baş verənlərə o dar yerdən boylanaraq baxırıq. Məhz buna görə də rahatlıqla kimisə ittiham edib, onu qınayırıq. Qəbul etmək istəmirik ki, hər şey göründüyü kimi olmur, bəzən toxunaraq hiss etmək lazımdır. Yaşın önəmi yoxdur, insan son nəfəsinə qədər sevə bilər. Heç kim bu duyğuya nə sərhəd, nə də çərçivə təyin edə bilər. Amma təbii ki, sevgi ilə əlaqəsi olmayan münasibətlər də yox deyil. Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun”unda qızı Məşədi İbada nəyə görə verirlər? Çünki val-dövləti var idi. Görünür, bu  fikir indi yox, lap əvvəllərdən var imiş”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Qalatasaray”  doğma meydanda məğlub oldu - YENİLƏNİB 23 Oktyabr 2019, 00:57 Əsəddən Ərdoğanla Putin razılaşmasına dəstək gəldi 23 Oktyabr 2019, 00:45 AMEA-nın 85 yaşlı prezidenti istefa verdi - Rəyasət Heyətinin iclası çağırıldı 23 Oktyabr 2019, 00:39 Hacıqabulda qadın yük maşınının altında qaldı 23 Oktyabr 2019, 00:27 Gəncədə 17 yaşlı gənc qətlə yetirildi 23 Oktyabr 2019, 00:09 Azərbaycan nefti ucuzlaşıb 22 Oktyabr 2019, 23:51 Parlament "Brexit" haqqında yeni qanun qəbul etdi 22 Oktyabr 2019, 23:38 NATO Türkiyəyə qarşı çıxmayacaq 22 Oktyabr 2019, 22:57 Rusiya televiziyası İlham Əliyevin tələbə biletini nümayiş etdirdi - FOTO 22 Oktyabr 2019, 22:34 "Putin Ərdoğanı Dəməşqlə təmaslara başlamağı da razı salıb"  - ŞƏRH 22 Oktyabr 2019, 22:19 Ərdoğanla Putin bu məsələlərdə razılaşdı - VİDEO 22 Oktyabr 2019, 21:59 "Qarabağ" - APOEL matçına 25 min bilet satılıb 22 Oktyabr 2019, 21:41 Qarabağ əlilləri, veteranları və şəhid ailələrindən Prezidentə DƏSTƏK 22 Oktyabr 2019, 21:33 “Mövqeyimizi ortaya qoymalıyıq” – Eldar İbrahimovdan  həmkarlarına və YAP-çılara çağırış 22 Oktyabr 2019, 21:18 Müdirlərə qadın katibə rəsmən qadağan olundu 22 Oktyabr 2019, 21:01 Bələdiyyə sədri həbs edildi 22 Oktyabr 2019, 20:44 Prezidentdən Baş Nazirin yeni müavininə TAPŞIRIQ: “İnhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır” 22 Oktyabr 2019, 20:28 ABŞ səfirliyi cavab verdi:  “Yalandır və absurddur”  22 Oktyabr 2019, 20:16 Milli Park ərazisində ceyran ovlayanlar saxlanıldı 22 Oktyabr 2019, 20:01 Erməni terror təşkilatlarının 49 ildə qətlə yetirdikləri türk diplomatlar - SİYAHI 22 Oktyabr 2019, 19:44 60 yaşlı kişini maşın vurdu - Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında 22 Oktyabr 2019, 19:33 Əlahiddə Ümumqoşun Orduda yoxlama aparıldı 22 Oktyabr 2019, 19:06 Fermerlər Şurasına yeni üzvlər qəbul olundu 22 Oktyabr 2019, 18:57 Rusiya və Belarus İttifaq Dövlətinin İctimai Palatasının üzvündən İlham Əliyevə MƏKTUB   22 Oktyabr 2019, 18:49 “Kəllə qənd”ə mənşəyi bəlli olmayan maddə vururdular - REYD 22 Oktyabr 2019, 18:40 Tbilisidə “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” ilə bağlı müzakirə aparıldı 22 Oktyabr 2019, 18:27 Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: Təhlilin NƏTİCƏLƏRİ 22 Oktyabr 2019, 18:19 Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib 22 Oktyabr 2019, 18:11 Qənirə Paşayevadan ÇAĞIRIŞ 22 Oktyabr 2019, 18:00 Qoşulmama Hərəkatı ölkələrin gənc liderlərinin Bakı Forumu başladı 22 Oktyabr 2019, 17:52 Azərbaycanda keçirilən Qoşulmama Hərəkatı nədir? - VİDEO 22 Oktyabr 2019, 17:42 Dövlət Xidmətinin 5 regional idarəsi yaradıldı 22 Oktyabr 2019, 17:38 Sabahın məzənnəsi açıqlandı... 22 Oktyabr 2019, 17:35 Rövşən Rzayev 40-dan çox vətəndaşı dinlədi 22 Oktyabr 2019, 17:20 3 və 4 yaşlı uşaqlar məktəbəqədər təhsilə cəlb edilir 22 Oktyabr 2019, 17:20