Arxiv
17 Sentyabr 2019, 15:57 | AKTUAL
“Azərsu” kanalizasiya sistemlərini yeniləyir

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərinin yağış sularının yığılma təhlükəsi olan qəsəbələrində səth sularının kənarlaşdırılması məqsədilə yeni layihələrin icrasına başlayıb.

 

Modern.az xəbər verir ki, hazırda 5 yaşayış məntəqəsini  əhatə edən layihələrdən biri Sabunçu rayonunun Zabrat qəsəbəsində icra olunur. Yeni yaradılan infrastruktur istismara veriləndən sonra yağış sularının yığılma təhlükəsi aradan qaldırılacaq.

 

Bakı şəhəri Sabunçu rayonunun 2-ci Zabrat yaşayış massivi adlanan ərazisində səth və qrunt sularının kənarlaşdırılması məqsədilə mərkəzləşdirilmiş yağış-kanalizasiya sistemləri mövcud olmayıb. Son illər ərazidə məskunlaşmanın artması səth və tullantı sularının axıdılmasını aktuallaşdırılıb. İntensiv yağıntılar zamanı ərazidə subasma hallarının qeydə alınması sakinlər üçün narahatlıq doğurmaqla yanaşı, antisanitar vəziyyətin yaranmasına səbəb olub.

 

Yaşayış massivində subasma hallarının aradan  qaldırılması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən layihə hazırlanıb və qısa müddətdə işlərə başlanılıb. Layihəyə əsasən, ərazidə 3,6 km uzunluğunda yağış-kanalizasiya şəbəkəsi və kollektoru inşa olunur. Yeni yaradılan şəbəkə üzərində baxış quyuları tikilir. Burada yaranan səth və qrunt suları yaxınlıqdan keçən mövcud kollektora ötürüləcək. Bu məqsədlə ərazidə nasos stansiyası inşa edilir. Layihə üzrə tikinti-quraşdırma işlərinin cari ilin sonuna qədər başa  çatdırılması nəzərdə tutulur.

 

Qeyd edək ki, hazırda “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Zabrat qəsəbəsi də daxil olmaqla 5 yaşayış məntəqəsində - Biləcəri, Mehdiabad, Ramana və Bahar qəsəbələrində yağış və kanalizasiya xətlərinin tikintisi davam etdirilir. Bu layihələr çərçivəsində 20 km-dən çox kanalizasiya xətlərinin inşası nəzərdə tutulub. Cari ilin sonuna qədər layihələr üzrə nəzərdə tutulmuş işlərin başa çatdırılması planlaşdırılır. Bu layihələrin icrası nəticəsində subasma təhlükəsi olan ərazilərdə su yığılmalarının qarşısı alınacaq. Layihələrin icrası əhalinin məişət şəraitinin yaxşılaşdırmaqla yanaşı, ekoloji baxımdan da mühüm əhəmiyyət daşıyır.   

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qaradağdakı ağır qəzada "BMW" yandı 5 İyun 2020, 01:02 Bakıda ad günü mərasimində karantin qaydaları pozuldu - VİDEO   5 İyun 2020, 00:54 Lotu Qulinin düşməni sabah azadlığa çıxır 5 İyun 2020, 00:46 Fransada 29 mindən artıq insan COVİD-19-un qurbanı oldu 5 İyun 2020, 00:36 İtaliya Kubokunda final matçının vaxtı açıqlandı 5 İyun 2020, 00:24 Emin Ağalarov koronaya yoluxub - Özü təsdiqlədi 5 İyun 2020, 00:06 Bakıda gənc özünü hərəkətdə olan avtomobildən yola atdı 4 İyun 2020, 23:48 Bakıda ər arvadını bıçaqlayıb 4 İyun 2020, 23:37 Azərbaycanla Serbiya münasibətləri müzakirə olundu 4 İyun 2020, 23:19 Şənbə günündən etibarən icaze.e-gov.az portalı yenidən işləyəcək 4 İyun 2020, 23:07 Müxalifət kütləvi etirazlara hazırlaşır 4 İyun 2020, 22:53 Bakıda tələbə qız intihar etdi 4 İyun 2020, 22:38 Türkiyədə son sutkada 21 nəfər koronavirusdan öldü 4 İyun 2020, 22:22 Ölkədə aparılan islahatlar yüksək qiymətləndirilir 4 İyun 2020, 22:08 “Ən yaxşı bir təşəbbüs əgər düzgün icra edilmirsə, onun səmərəsi olmur” - Prezident 4 İyun 2020, 21:45 Azərbaycanda rekord sayda COVID-19 testi aparıldı - FOTO 4 İyun 2020, 21:34 “Bugünkü könüllülər sabahın rəhbərləridir” - İlham Əliyev 4 İyun 2020, 21:24 “4 iyun Surət Hüseynov qiyamı”, yoxsa... - VİDEO 4 İyun 2020, 21:12 Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının tərkibi dəyişdi 4 İyun 2020, 20:59 “Elektron məhkəmə sisteminin tətbiqi vətəndaşlar üçün əlavə imkanlar yaradacaq” - Deputat 4 İyun 2020, 20:50 Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi 4 İyun 2020, 20:35 “Hər bir vətəndaş həftə sonları üçün verilən qərara məsuliyyətlə yanaşmalıdır” - Deputat 4 İyun 2020, 20:27 Sumqayıtda 29 yaşlı qadın itkin düşüb - FOTO 4 İyun 2020, 20:17 Vahid Əhmədovdan əhaliyə ÇAĞIRIŞ 4 İyun 2020, 20:01 Həftə sonu dəfndə iştirak etmək üçün qaydalar açıqlandı - RƏSMİ 4 İyun 2020, 19:59 Kann festivalının seçimi üçün saxılanılan filmlərin siyahısı açıqlanıb 4 İyun 2020, 19:47 Prezident Türkiyə vətəndaşını “Dostluq” ordeni ilə təltif etdi 4 İyun 2020, 19:36 DSX Keşikçidağdakı təxribatla bağlı məlumat YAYDI 4 İyun 2020, 19:23 Ağalar Vəliyev Goranboyda seçicilərinə çağırış etdi - FOTO 4 İyun 2020, 19:16 Sərnişinlərin nəzərinə - Metro 2 gün işləməyəcək 4 İyun 2020, 19:09 Dövlət Miqrasiya Agentliyinin səlahiyyətləri məhdudlaşdırıldı 4 İyun 2020, 19:02 Bakı Nəqliyyat Agentliyindən sərt karantin rejimi ilə bağlı AÇIQLAMA 4 İyun 2020, 18:58 Azercell “Telegram Bot” xidmətini təqdim edib 4 İyun 2020, 18:47 Bakıya “baqaj”da keçmək istəyən sərnişin və sürücü həbs edildi - FOTO 4 İyun 2020, 18:36 TƏBİB-dən tibb müəssisələrinə: Xəstələr bir gün əvvəldən qəbul edilsin 4 İyun 2020, 18:28