Arxiv
19 Sentyabr 2019, 14:27 | MEDİA
İqdırda Mübariz İbrahimov zirvəsinə yürüşdən qayıdan jurnalist: “Möhtəşəm aksiya oldu!”

Sentyabrın 17-də Türkiyə-Azərbaycan qardaşlığını, birliyini simvolizə edən növbəti tədbir keçirilib. Qardaş ölkənin Ermənistanla həmsərhəd olan İğdır vilayətinin Tuzluca qəsəbəsinə yaxın ərazidə yerləşən əzəmətli Təkaltı dağına doğru Azərbaycan-Türkiyə həmrəyliyi yürüşü gerçəkləşib.

Tuzlucadan Təkaltı dağına uzanan yol Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyır. Dəniz səviyyəsindən təqribən 2500 metr hündürlüyə qalxan yürüşçülər Azərbaycan və Türkiyənin dövlət bayraqlarını, həmçinin Milli Qəhrəman Mübariz İbrahimovun portretini Ağrıdağı Dağçılıq və Təbiət İdman Növləri Klubu tərəfindən simvolik olaraq Mübariz İbrahimovun adı verilən zirvəyə daşıyıblar.


Yürüşə qatılan “Yeni Müsavat”ın əməkdaşı Elşad Paşasoy təəssüratlarını Modern.az-la bölüşüb.

Eldaş Paşasoy  tədbirin onlara möhtəşəm hislər bəxş etməsini xüsusi vurğalıyıb:


“Çox möhtəşəm hisslər yaşadıq çünki aksiya gözəl təşkil olunmuşdu. Türkiyənin İğdır vilayətinin ikinci bir uca zirvəsində qalxmaq və oradan üzü Azərbaycanın tarixi torpaqlarına doğru, Araz çayının o tayına  Ermənistan adlanan Qərbi Azərbaycana doğru boylanmaq bizdə qəribə hisslər yaradırdı. İştirakçılar həm təsirlənmişdilər, həm də  möhtəşəm hislər keçirirdilər.
Bu, həm də tarixi Azərbaycan torpaqları bir gün türkün özünə qayıdacaq inamı ilə bağlı idi. 
Aksiya eyni zamanda, Türkiyə-Azərbaycan qardaşlığının simvolu olaraq dəyərləndirilməlidir. Orada Azərbaycanla yanaşı, Türkiyədən də çox dəyərli elm adamları iştirak edirdilər. Bu tədbirin ideya müəllifi Azərbaycanın və Türkiyənin səfiri adını qazanmış, Azərbaycan prezidenti tərəfindən “Dostluq” medalı ilə təltif edilmiş Hülusi  Kılıç idi. Bu tədbirin baş tutmasında həmçinin, İğdır valisinin  böyük əməyi vurğulandı, Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyevin birbaşa iştirakı dəyərləndirildi. Oradan həmçinin Azərbaycanın dost-qardaş ölkələrinə birlik mesajı bildirildi ki, bizim dostluğumuz əbədidir və bu qardaşlıq öz sözünü bir gün deyəcək”.

Yürüş iştirakçısı bildirib ki, aksiya Bakı şəhərinin erməni-bolşevik daşnaqlarından azad olunmasını 101-ci ildönümü münasibəti ilə keçirilib:
 

“Aksiyanın yekununda mühüm bir hadisənin, binanın təməli qoyuldu. Belə ki, təklif edildi ki, hər il Azərbaycan və Türkiyədən olan iştirakçıların birgə təmsilçiliyi ilə Təkaltı dağına yürüş və ziyarət gerçəkləşdirilsin.  Ən mühümü də o idi  ki, zirvənin başında Milli Qəhrəman Mübariz İbrahimovun portreti qaldırıldı, şəhidlərimizin ruhuna dua oxundu.  Bununla da 101 il öncə qazanılan qələbənin təkrarlanacağına inam ifadə olundu. Aksiyadan bir gün sonra İğdırda Mədəniyyət Mərkəzində konfrans keçirildi. Azərbaycandan media nümayəndələri, Hülusi Kılıç ilə İğdır valisi Ənvər bəyin qonağı olduq, Azərbaycan-Türkiyə qardaşlığından danışdıq. Ənvər bəy özü də bir  neçə gün öncə Bakıda olub.  O, görüşdə  Bakı, Azərbaycan haqqında xoş təssüratlarından danışdı. Qazi övladı ilə ünsiyyətdə  olmasından, duyğularından o qədər gözəl bəhs etdi ki, hamımız təsirləndik.  Çox xoş oldu ki,  önəmli nöqtə olan İğdırda  iki ölkə arasındakı qardaşlıq uğrunda canını verməyə hazır olan belə bir şəxs var”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fəzail Ağamalı Pənah Hüseynə CAVAB VERDİ:  “Fikirlərində diqqətli olsun!” 15 Oktyabr 2019, 14:58 Təhsil Nazirliyi yeni sosial kampaniyaya start verir 15 Oktyabr 2019, 14:46 Azərbaycanlı deputatlar NATO PA-nın sessiyasında ETİRAZ ETDİLƏR 15 Oktyabr 2019, 14:34 Nursultan Nazarbayevə Türk Dünyasının Ali Ordeni verildi - FOTO 15 Oktyabr 2019, 14:18 Türk Şurasının növbəti Zirvə Görüşü Türkiyədə keçiriləcək 15 Oktyabr 2019, 14:16 Günay Əfəndiyeva Darhan Kıdıralını yeni ofisində qarşıladı - FOTOLAR 15 Oktyabr 2019, 14:10 Vasim müəllim milli sərvətimizdir - Deputat YAZDI 15 Oktyabr 2019, 14:00 Ərdoğan Bakıda Dədə Qorquddan sitat gətirdi, Türk dövlətlərini birliyə çağırdı 15 Oktyabr 2019, 14:00 Bakıda saxta içkilər hazırlayan “Beluqa Tahir”in dəstəsi tutuldu - FOTOLAR 15 Oktyabr 2019, 13:50 İlham Əliyev: “Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur” 15 Oktyabr 2019, 13:36 Gömrük Akademiyasının tələbəsi: “Burda təhsil almaq bir addım öndə olmağa imkan verir” - MÜSAHİBƏ 15 Oktyabr 2019, 13:29 Kiyevdə öldürülən azərbaycanlı tələbənin qatili beynəlxalq axtarışa verildi - Səfirliyimizdən NOTA 15 Oktyabr 2019, 13:23 Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir - YENİLƏNİB 15 Oktyabr 2019, 13:14 Pənah Hüseyn: “Fəzail Ağamalıya necə təzyiq olubsa, danışmaqdan belə çəkinir” 15 Oktyabr 2019, 13:01 Litva səfiri Ekologiya Nazirliyində olub 15 Oktyabr 2019, 12:54 Paşinyan Minsk Qrupunun həmsdərləri ilə görüşdü 15 Oktyabr 2019, 12:54 Piyadanı vurub qaçan sürücü tutulub 15 Oktyabr 2019, 12:50 Sabah 28 dərəcə isti olacaq - PROQNOZ 15 Oktyabr 2019, 12:44 BŞTİ müdiri qızıl və gümüş medal alanların sayını açıqladı  15 Oktyabr 2019, 12:35 Komitə sədri: “Azərbaycan Ermənistana imkan verməyəcək” 15 Oktyabr 2019, 12:35 Deputatdan Qarabağ icması ilə bağlı TƏKLİF 15 Oktyabr 2019, 12:29 Metronun Xocəsəndə tikilən yeni deposu nə vaxt AÇILACAQ? 15 Oktyabr 2019, 12:27 Leyla Əliyevanın “Sanki bir alovsan” adlı şeirlər toplusu Ankarada nəşr olunub 15 Oktyabr 2019, 12:21 Suriyanın şimalında kim hara nəzarət edir? - XƏRİTƏ 15 Oktyabr 2019, 12:17 Övladını digər məktəbə dəyişmək istəyən valideyn nə etməli? 15 Oktyabr 2019, 12:17 Rusiyada həbs olunan Orxan Zeynalovun atası NARAZIDIR 15 Oktyabr 2019, 12:15 Ermənistan Suriyaya qoşun göndərdi – TƏCİLİ 15 Oktyabr 2019, 12:09 Rövşən Lənkəranskidən bəhs edən “Böyük qardaş” kitabı satışa çxarıldı 15 Oktyabr 2019, 12:05 Təhsil idarəsinin müdiri paytaxt məktəblərində süni şagird sıxlığından DANIŞDI 15 Oktyabr 2019, 12:04 İlham Əliyev Yaponiyanın Baş Nazirinə başsağlığı  verib 15 Oktyabr 2019, 12:03 Ermənilər tanınmaz hala saldıqları Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR 15 Oktyabr 2019, 11:55 Nazirlər Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna gəldilər - FOTOLAR 15 Oktyabr 2019, 11:48 Bakı Ali Neft Məktəbinin tələbələri dünyanın nüfuzlu neft-qaz yarışında Azərbaycanı təmsil ediblər 15 Oktyabr 2019, 11:45 Kataloniyada etirazlar: 78 nəfər yaralandı 15 Oktyabr 2019, 11:44 Həbsdəki müğənni Fədayə Laçından yeni XƏBƏR VAR 15 Oktyabr 2019, 11:41