Arxiv
20 Sentyabr 2019, 11:50 | AKTUAL
Ordumuz döyüş atışlarını həyata keçirdi - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən Müdafiə nazirinin rəhbərliyi altında Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, hərbi birlik və birləşmələrinin cəlb edilməsi ilə keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin döyüş atışlı əsas mərhələsi icra olunub.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

Təlimin niyyətinə uyğun olaraq qoşunlar silah və texnikanın tətbiqi ilə dağlarda əks-hücum əməliyyatının təşkili və keçirilməsi, düşmənin əsas qüvvələrinin darmadağın edilməsi məqsədilə qabaqlayıcı zərbələrin endirilməsi və strateji cəhətdən əlverişli rayon və hədlərin ələ keçirilməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsi üzrə təlim-döyüş tapşırıqlarını məşq ediblər.

 

Mürəkkəb şəraitdə, dağ-meşə, qayalıq ərazilərdə və çətin radioelektron mübarizə mühitində keçirilən təlim zamanı ön və yandan keçmə dəstələrinin əsas zərbə qruplaşmaları, eləcə də artilleriya, aviasiya və döyüş düzülüşünün digər elementləri ilə qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili üzrə tapşırıqlar icra edilib.

 

Təlimdə qoşunların idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, həmçinin döyüş, mənəvi-psixoloji və maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilib.

 

Bütün fəaliyyətlər döyüş atışlı mərhələlərdən ibarət olmaqla döyüş vəziyyətinə maksimal uyğun şəraitdə müxtəlif poliqon və təlim mərkəzlərində keçirilib.

 

Bölmələr döyüş atışları və atəşlə manevrlər yerinə yetirərkən əsas diqqət müasir silah və hərbi texnikanın tətbiqi ilə taktiki tapşırıqların icrasına yönəldilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dünyanın ən böyük konteyner gəmisi Süveyş kanalından keçib 31 May 2020, 22:33 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA 31 May 2020, 22:16 Türkiyədə COVİD-19 qurbanlarının sayı 4 540 nəfərə çatıb 31 May 2020, 21:59 Ağstafada ağır qəza: 2 yaralı var 31 May 2020, 21:45 Kürdəmirdə üç otaqlı ev yanaraq külə döndü 31 May 2020, 21:36 Avropada rəqəmsal avro sınaqdan keçirildi 31 May 2020, 21:24 OPEC+ ölkələrinin nazirləri bu tarixdə görüşəcək 31 May 2020, 21:10 Türkiyə sabahdan bu qadağaları ləğv edir - Siyahı 31 May 2020, 20:58 "Crew Dragon"nun Yer ilə rabitə əlaqəsində nasazlıq yarandı 31 May 2020, 20:47 Fransalı futbolçudan ABŞ-dakı irqçiliyə etiraz - VİDEO 31 May 2020, 20:38 Pompeo öldürülən afroamerikalının ailəsinə başsağlığı verdi 31 May 2020, 20:34 Çin orbitə iki peyk buraxdı 31 May 2020, 20:28 Vaxtı keçmiş kreditlərin məbləği açıqlandı 31 May 2020, 20:25 Göygöldə “KamAZ”  qoyun sürüsünə çırpıldı 31 May 2020, 20:19 Misir ordusu Şimali Sinayda daha 19 terrorçunu məhv etdi 31 May 2020, 20:18 Xorvatiya 10 ölkənin vətəndaşları üçün sərhədlərini açdı   31 May 2020, 20:18 Səudiyyə Ərəbistanında 90 min məscid ibadətə açıldı 31 May 2020, 20:14 "Honda" 774 min avtomobili nasazlığa görə geri çağırır   31 May 2020, 20:05 Rusiyalı məşqçi koronavirusdan öldü 31 May 2020, 20:02 Əhalinin banklardakı əmanətləri azaldı - Mərkəzi Bank 31 May 2020, 19:58 Məmmədyarov əfqanıstanlı həmkarı ilə telefonla danışdı 31 May 2020, 19:51 Formula 1 Qran-Pri yarışları iyulun əvvəlində bərpa olunacaq 31 May 2020, 19:47 Dünyanın ən yaşlı kişi sakini Ruminyada - 111 yaşında 31 May 2020, 19:38 “Renault”un 8 minədək işçisi nümayiş keçirdi 31 May 2020, 19:28 Corc Floydun ölümünə görə Londonda etiraz aksiyası 31 May 2020, 19:25 Xəzərin bu hissəsində çimərliklər açılır 31 May 2020, 19:22 Britaniyada son sutkada koronavirusdan 113 nəfər öldü 31 May 2020, 19:15 Göyçayda 10-cu sinif şagirdi kanalda batdı 31 May 2020, 19:07 Ünvanlı sosial yardımın verilməsi 1 ilə endirilir 31 May 2020, 18:58 Bakıda ana və azyaşlı oğlunu maşın vurdu 31 May 2020, 18:51 Milli Məclisin sabahkı iclasının gündəliyi AÇIQLANDI 31 May 2020, 18:20 Bankların kredit qoyuluşları azalıb 31 May 2020, 18:04 Şamaxı Rayon Ağsaqqalları Prezidentə müraciət etdilər 31 May 2020, 17:58 Rusiyada koronavirusa yoluxanların sayı 400 mini keçdi 31 May 2020, 17:52 Fındıqda aflatoksin təhlükəsi   31 May 2020, 17:46