Modern.az

Deputat: “Heydər Əliyevin neft strategiyası Azərbaycanın güclənməsinə xidmət edib”

Deputat: “Heydər Əliyevin neft strategiyası Azərbaycanın güclənməsinə xidmət edib”

20 Sentyabr 2019, 12:00

Əsrin müqaviləsi ilə qoyduğumuz təməl 21-ci əsrdə Azərbaycan xalqının inkişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, 21-ci əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”.

 

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Naqif Həmzəyev deyib:

 

“20-ci əsrdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörənliklə sölədiyi bu sözlər 25 illik zaman qət edərək bü gün tam təsdiqini tapıb.Ulu öndərin müdrikliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü, ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət nəticəsində Azərbaycan milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərə bilib.

 

Dahi şəxsiyyətin uğurlu strategiyası nəticəsində nəinki neft sənayesini əhatə edən sahələr dirçəldi, həm də bütövlükdə ölkə iqtisadiyyatı inkişaf etdi. Hətta neft sənayesinin inkişafı qeyri-neft sektorunun inkişafına da ciddi təsir göstərdi”. 

 

Deputat əlavə edib ki, 1994-cü il sentyabrın 20-da ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində imzalanan “Əsrin müqaviləsi” müstəqil Azərbaycan iqtisadiyyatının dinamik inkişafının əsasını təşkil etdi, ölkənin iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü oldu.

 

“Ən əsası isə “Əsrin müqaviləsi”nin uğurla həyata keçirilməsi Azərbaycan xalqında parlaq gələcəyə olan ümüd hissini artırdı.

 

Ulu öndərin “Bizim gördüyümüz bütün işlər Azərbaycanı bir dövlət kimi möhkəmləndirmək, gücləndirmək, onun iqtisadi potensialını artırmaq üçündür” sözləri tarixin sınağından alnıaçıq çıxdı. Ümummilli lider Heydər Əliyevin başlatdığı neft strategiyası müstəqil Azərbaycanda qüdrətli iqtisadiyyat və çiçəklənən cəmiyyətin qurulması üçün zəmin yaratdı, ölkəmizi dünya iqtisadi sisteminə qoşdu, beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirdi, Xəzərin karbohidrogen resurslarının beynəlxalq bazarlara nəqlini reallaşdrdı. 

 

Ulu öndərin təməlini qoyduğu uğurlu siyasəti ölkə Prezidenti İlham Əliyev uğurla, layiqincə davam etdirərək Azərbaycanı dünyanın aparıcı dövlətləri ilə bir sıraya yüksəltdi. Son illər ölkəmizin sosial-iqtisadi, mədəni həyatında, əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində əldə etdiyi uğurlar da məhz düşünülmüş fəaliyyətin nəticəsidir”.



N.Həmzəyev bildirib ki, 20-ci əsrdən başlayan Heydər Əliyevin neft strategiyası zaman keçdikcə əsas məqsədinə nail olmağa başladı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin dinamik iqtisadi tərəqqisinə çevrildi. 

 

“Ölkəmizin beynəlxalq arenada nüfuzunun yüksəlməsinə yol açan “Əsrin müqaviləsi” dünya neft bazarında öz yerini tutmaqla yanaşı Avropanın enerji təhlükəsiziliyinin təminatında da iştirak etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər keçmişdə bizim ölkənin təşəbbüsləri regional kontekstdən kənara çıxmırdısa indi, mövqe, addımları və təşəbbüsləri qitənin enerji xəritəsinə mühüm dəyişikliklər gətirir.

 

Prezident İlham Əliyevin iştirakı ilə müddəti 2049-cu ilədək uzadılan "Əsrin müqaviləsi"ndən gələn böyük gəlirlər sayəsində Azərbaycan bundan sonra da sürətlə və qətiyyətlə inkişaf edərək, yeni zirvələr fəth edəcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir