Modern.az

İslam Əməkdaşlıq Təşkilatının Baş katibindən Paşinyanın bəyanatına ETİRAZ

İslam Əməkdaşlıq Təşkilatının Baş katibindən Paşinyanın bəyanatına ETİRAZ

20 Sentyabr 2019, 13:37

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusef bin Ahmad Al-Otaimin Ermənistan baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə bu ilin 5 avqustunda səfər edərək orada səsləndirdiyi bəyanatı ilə bağlı dərin narahatlığını ifadə edən açıqlama ilə çıxış edib.

Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.


Baş katib, Ermənistan rəhbərliyinin bu bəyanatla və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü pozan əməllərlə beynəlxalq hüququn prinsiplərinə və beynəlxalq ictimaiyyətin möqeyinə məhəl qoymadığını və regional sülh və təhlükəsizliyə hədə təşkil etdiyini qeyd edib. O, münaqişənin sülh yolu ilə həlli üzrə BMT və İƏT Nizamnamələrinin müddəalarına, Helsinki Yekun Aktına, BMT TŞ-nin 1993-cü il tarixli qətnamələrinə, İƏT-in müxtəlif qətnamələrinə istinad edərək, Ermənistan Respublikasını münaqişənin sülh yolu ilə həlli üçün BMT TŞ-nin müvafiq qətnamələri əsasında Azərbaycan Respublikası ilə sülh danışıqlarına çağırıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir