Modern.az

Fuad Qəhrəmanlı AXCP-dən istefa VERDİ

Fuad Qəhrəmanlı AXCP-dən istefa VERDİ

Aktual

20 Sentyabr 2019, 19:49

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı vəzifəsindən istefa verib.

 

Modern.az xəbər verir ki, bu barədə Fuad Qəhrəmanlı özünün Facebook səhifəsində məlumat yazıb. 

 

O, istefasının səbəbini ailəsində yaranan məişət problemlərinin ictimailəşdirilməsi ilə əlaqələndirib: 

 

"Dostlar mənimlə bağlı yaranmış vəziyyəti bəhanə edərək ACXP-yə qarşı səlib yürüşünə keçiblər. Hər zaman AXCP və onun lideri Əli Kərimli mənim üçün siyasi fəaliyyətimin mənası, məhvəri olub. Ona görə də nə liderimə, nə də ki, AXCP-yə bir ziyan dəyməməsi üçün hər zaman hər cür fədakarlığa hazır olmusam. Barəmdə deyilən ittihamlar təhrif olunub və mən həbs olunmazdan 4-5 il öncə konfliktli situasiya zəminində qısa müddətli ailədaxili münaqişə yaşamışam. Bu baş verənlərə görə də peşmanam. O zaman yaşanan gərginlik övladlarımda mənəvi travma yaradıb və qızım Selcanın açıqlaması da bu travmadan doğan emosional reaksiya olub.
Ancaq bundan sonra həyat yoldaşım Zümrüdlə 5 illik birgə həyat sürməklə, biz əslində o dönəmin yaralarını sarmışdıq. Selcanın statusunda qeyd etdiyi fikirlərlə bağlı polemikaya girməyi mənəvi baxımdan özümə uyğun görmədiyimdən, onunla bağlı gerçək motivləri də aydınlaşıdırmağı doğru saymıram.
Bütün bunlara rəğmən mən indiki halda öz haqlılığımı deyil, AXCP-nin nüfuzunu və ona qara yaxmaq istəyənlərin məkrli niyyətlərinin qarşısını almağı əsas ğötürərək, AXCP sədrinin müavini postundan istefa verirəm
".

 

Qeyd edək ki, ötən gün Fuad Qəhrəmanlının qızı Selcan Yağmur şəxsi Facebook profilində paylaşım edərək, atasından imtina etdiyini bildirib. O, bu addımı atası tərəfindən özünə və anasına qarşı şiddət gördüyünü üçün atdığını qeyd edib. Selcanın statusu sosial şəbəkədə ciddi rezorans doğurub. Bundan sonra Fuad Qəhrəmanlı ciddi tənqidlərə məruz qalıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı