Modern.az

Sabahın HAVASI: Yağış yağacaq

Sabahın HAVASI: Yağış yağacaq

22 Sentyabr 2019, 12:38

Sentyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.  Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu  gecə 13-15° isti, gündüz  20-24° isti, Bakıda gecə 13-15° isti, gündüz 21-23°  isti təşkil edəcək. Atmosfer  təzyiqi normadan yüksək 765  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.   

 

Azərbaycanın rayonlarında isə  sabah əsasən yağmursuz hava hökm sürəcək. Lakin axşam bəzi  şimal və şərq rayonlarında qısamüddətli  yağış yağacağı ehtimalı var.   Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz  22-27° isti, dağlarda gecə 3-7° isti, gündüz  10-15° isti təşkil edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir