Modern.az

“Böyük İpək Yolu”ndan təlim – “Gənclərin karyerada yüksəliş imkanları”

“Böyük İpək Yolu”ndan təlim – “Gənclərin karyerada yüksəliş imkanları”

Aktual

22 Sentyabr 2019, 14:01

21 sentyabr 2019-cu il tarixində “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının  təşkilatçılığı ilə Sabunçu Gənclər Evində “Gənclərin karyerada yüksəliş imkanları”adlı təlim keçirilib. Təlimdə müxtəlif ali təhsil müəssisələrini təmsil edən 28 gənc iştirak edib.

 

Modern.az xəbər verir ki, təlim zamanı gənclərə “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təqdimatı keçirilib, ittifaqın əsas məqsədi və 7 illik tarixi ərzində  həyata keçirilən fəaliyyəti barəsində gənclərə geniş məlumat verilib.

 

Daha sonra təlim iştirakçılarına təhsildə və kariyerada uğur qazanmağın, müvəffəqiyyət əldə etməyin yolları,könüllük fəaliyyətinin üstünlükləri, gənclərə ünsiyyət, əməkdaşlıq, problemlərin həlli kimi təhsil və iş həyatında lazım olan şəxsi və peşəkar bacarıqlar haqqında faydalı məlumatlar verilib. Təlim zamanı gənclər karyyera inkişafı istiqamətində gənclər yeni iş imkanları, CV və istək  məktubunun hazırlanması, iş müsahibələri, işədüzəlmə üçün hüquqi-normativ sənədlər və onların tərtibi, dövlət qulluğuna hazırlıqla bağlı  bacarıq və vərdişlərə yiyələnmə mövzularında geniş  məlumatlar əldə ediblər. Təlim “Böyük İpək Yolu” BGİ-nin və Sabunçu Gənclər Evinin nümayəndələrinin moderatorluğu ilə gənclərin sosial şəbəkələr haqqında geniş müzakirələri ilə davam edib.

 

Qeyd edək ki, təlim Təhsil Nazirliyinin nümayəndəsi və eyni zamanda Azərbaycan Dillər Universitetinin müəllimi Hökümə Abbasovanın təqdimatında baş tutulub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir