Arxiv
23 Sentyabr 2019, 14:03 | TƏHSİL
DİM: Özəl ali məktəblərə qəbul olunanlar, əsasən, dövlət məktəblərinə daxil ola bilməyənlərdir

Ali məktəblərə qəbulda ixtisas qrupları üzrə qəbul planı ilə ərizələrin sayı arasında qeyri-tarazlıq var.


Modern.az-ın Trend-ə istinadən verdiyi məlumatna görə, bu, Dövlət İmtahan Mərkəzinin 2018-2019-cu tədris ili üçün tələbə qəbulu ilə bağlı elmi-statistik təhlilində yer alıb.


Təhlildəki məlumatlara əsasən, V qrupda ərizələrin, II qrupda isə plan yerlərinin nisbi çəkisi böyükdür:


“Ümumi qəbul planının II və IV ixtisas qrupları üçün ayrılmış hissəsi abituriyent ərizələrinin həmin ixtisas qruplarına düşən hissəsindən böyük, I, III və V ixtisas qruplarında isə əksinə, kiçikdir. II qrupda plan yerlərinin çox, ərizələrin sayının nisbətən az olması müsabiqə vəziyyətinə mənfi təsir göstərib. Nəticədə hazırlıq səviyyəsi o qədər də yüksək olmayan abituriyentlər ali təhsil almaq imkanı əldə etmişlər. Bu baxımdan gələcəkdə ali təhsil müəssisələrinə plan yerləri ayrılarkən mövcud reallıqlar nəzərə alınmalı, qəbul planında kəskin sıçrayışlar edilməməli, perspektivlər müəyyən olunmalı, bir sözlə, uğurlu qəbul planı siyasəti aparılmalıdır”.


DİM bildirir ki, 1992–2018-ci illərdə ali təhsil müəssisələrinin qəbul planı 2.66 dəfə, abituriyent ərizələrinin sayı isə 2.06 dəfə artıb. Təqdim olunacaq abituriyent ərizələrinin sayının əvvəlcədən proqnozlaşdırılmasına baxmayaraq, qəbul planları tərtib edilərkən heç də həmişə abituriyentlərin gözlənilən sayı nəzərə alınmayıb. Ali təhsil müəssisələri üçün plan yerləri ən çox 2018-ci ildə, ən az 1993-cü ildə ayrılıb. Abituriyent ərizələrinin sayı isə ən az 1992-ci ildə, ən çox 2008-ci ildə olub. Ötən illər ərzində ən aşağı müsabiqə vəziyyəti 2002-ci ilə təsadüf edir. Həmin il məktəb məzunlarının sayı 2 dəfəyədək azaldığı halda, plan yerləri, demək olar ki, əvvəlki ilin səviyyəsində saxlanılmışdı. Nəticədə, müsabiqə vəziyyətinin aşağı olması qəbulun keyfiyyətinə də mənfi təsir göstərmiş, ixtisaslar üzrə keçid balları xeyli aşağı düşmüşdü.

 

DİM qeyd edir ki, özəl ali təhsil müəssisələri, əsasən, humanitar və iqtisadiyyat ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirir. Abituriyentlər özəl ali təhsil müəssisələrinin ixtisaslarını ərizələrində axırıncı mövqelərdə göstərdiklərindən bu təhsil müəssisələrinin çoxunda müsabiqə vəziyyəti aşağı olur. Onlar ərizələrinin ilk mövqelərində, əsasən, dövlət ali təhsil müəssisələrinin ixtisaslarını kodlaşdırırlar. 2018-ci ildə sənəd verənlər arasında özəl ali təhsil müəssisələrinin ixtisas kodlarını ərizələrində birinci yerdə göstərənlər cəmi 9.65% olub (2017-ci ildə bu göstərici 9.07% olub). 2000-ci illərin birinci yarısında bu göstərici 0.67% olmuşdu:


“On beş ildən artıq vaxt keçməsinə baxmayaraq, bu sahədə irəliləyiş çox cüzidir. Bu baxımdan, hazırda da özəl ali təhsil müəssisələrinə qəbul olanlar, əsasən, dövlət ali təhsil müəssisələrinə qəbul ola bilməyənlərdir ki, onların da böyük əksəriyyətinin biliyi kafidən yuxarı deyil”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Notariusun evindən 374 min manat oğurlayan şəxslərə hökm oxundu 17 Oktyabr 2019, 18:55 Fuad Qəhrəmanlı və Zümrüd Yağmurun boşanma məhkəməsi təxirə düşdü 17 Oktyabr 2019, 18:41 Şəhid xanımı xarici jurnalistlərlə Quba Soyqırım Məzarlığında - FOTO 17 Oktyabr 2019, 18:30 Minsk qrupundan Qarabağla bağlı nikbin BƏYANAT 17 Oktyabr 2019, 18:20 Deputatlar Prezidentin Saleh Məmmədovu qəbul etməsindən DANIŞDILAR 17 Oktyabr 2019, 18:19 65 xarici jurnalist 3 gün Azərbaycanda – FOTOLAR 17 Oktyabr 2019, 18:17 Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilir   17 Oktyabr 2019, 17:56 “Sanksiya ritorikaları 70 illik NATO alyans ruhu ilə uyğun gəlmir” - Türk ordusundan ETİRAZ 17 Oktyabr 2019, 17:54 Zakir Həsənov Pekinə gedəcək 17 Oktyabr 2019, 17:53 Bakıda rəisin evindən yarım milyonluq oğurluq edən şəxslərə hökm oxunub 17 Oktyabr 2019, 17:41 Manat sabah bu məzənnədə olacaq 17 Oktyabr 2019, 17:39 İcra Hakimiyyəti Tərtərdəki aksiyanı TƏSDİQLƏDİ: “Yayılan video yenidir” 17 Oktyabr 2019, 17:24 Gənclər Fondunun qrant müsabiqəsinin nəticəsini ELAN ETDİ 17 Oktyabr 2019, 17:20 Ukrayna Azərbaycanlıları Radası: diaspor siyasətində nə dəyişir 17 Oktyabr 2019, 17:15 İlham Əliyevdən çoxmənzilli binaların lift təsərrüfatı ilə bağlı SƏRƏNCAM 17 Oktyabr 2019, 17:12 Serbiyada təhsil üçün TƏQAÜD proqramı elan olundu 17 Oktyabr 2019, 17:10 Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur 17 Oktyabr 2019, 17:10 Prezident Yuxarı Şirvan kanalı ilə bağlı sərəncam imzaladı 17 Oktyabr 2019, 17:06 Sabah bələdiyyə seçkiləri ilə bağlı qərar veriləcək 17 Oktyabr 2019, 17:01 Prezident Saleh Məmmədovu qəbuluna çağırdı: “Belə də davam edin!” 17 Oktyabr 2019, 17:00 Mariya Zaxarova rəsmi Bakının etiraz notasına REAKSİYA VERDİ 17 Oktyabr 2019, 16:59 Elina Hacıyevanın anasından Prezidentə MÜRACİƏT 17 Oktyabr 2019, 16:56 Rektor əmr İMZALADI - Universitet müəllimlərinin maaşı 25 faiz artdı 17 Oktyabr 2019, 16:51 Hulusi Akardan şok AÇIQLAMA: “Terrorçular kimyəvi silahdan istifadə edib günahı üzərimizə atmağa çalışır" 17 Oktyabr 2019, 16:49 Prezidentdən Faiq Qarayevlə bağlı SƏRƏNCAM 17 Oktyabr 2019, 16:41 Putin şəxsən “İsgəndər” raketlərinin sınağını keçirdi 17 Oktyabr 2019, 16:36 Dövlət Nəzarət Təhlükəsizlik Departamentinin rəhbəri HƏBS edildi 17 Oktyabr 2019, 16:33 Zakir Həsənov həmsədrlərlə müzakirə apardı 17 Oktyabr 2019, 16:28 Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd olundu   17 Oktyabr 2019, 16:20 “Biznesdə məmur sahibkarlığı aradan qaldırılsın!” - Deputatdan 8 TƏKLİF 17 Oktyabr 2019, 16:15 “Azərişıq” 9 yaşlı Zəhranın xərclərini qarşılayacaq? - AÇIQLAMA 17 Oktyabr 2019, 15:51 BMU-nun tələbələri beynəlxalq təlimdə iştirak edəcəklər 17 Oktyabr 2019, 15:47 DİN və Baş Prokurorluq Milli Şuraya mitinq XƏBƏRDARLIĞI ETDİ 17 Oktyabr 2019, 15:27 “Türkologiya” jurnalının 3-cü sayı çapdan çıxıb 17 Oktyabr 2019, 15:25 Həmsədrlər “Qarabağın azərbaycanlı icması” ilə görüşdü 17 Oktyabr 2019, 15:18