Modern.az

Azərbaycan Xalq Hərəkatının qurultayı gecikir - SƏBƏB

Azərbaycan Xalq Hərəkatının qurultayı gecikir - SƏBƏB

Aktual

24 Sentyabr 2019, 12:20

“Azərbaycan Xalq Hərəkatının (AXH) bu ayın sonuna planlaşdırılan qurultayı gecikir”.

Bu barədə Modern.az-a AXH Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi sədrinin birinci müavini Fuad Əliyev məlumat verib. O qeyd edib ki, Azərbaycan Xalq Hərəkatın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsində hazırlıq işləri tam sürətilə davam edir:

“Rayon təşkilatlarında konfranslar keçirilir, nümayəndələr seçilir. Protokolların 70 faizi Təskilat Komitəsinə daxil olandan sonra qurultayın günü müəyənləşəcək. Hələlik isə protokollarin təxminən 45 faizi hazırdır. Bu rəqəm hər gün dəyişir. Mənim fikrimcə, oktyabrın birinci on günlüyündə qurultay baş tuta bilər. Amma qurultayın keçiriləcəyi tarixi və yeri dəqiqləşdirməmişik”.

Azərbaycan Xalq Hərəkatının (AXH) təsisçisi İsgəndər Həmidov Türkiyədə - Gülhanə hərbi tibb akademiyasında ikinci dəfə cərrahiyyə əməliyyatına məruz qalıb.
Qurultay bununla əlaqədar ertələnə bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü