Arxiv
29 Sentyabr 2019, 13:05 | TƏHSİL
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva UNEC-də distant dərsləri izləyib - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

 

Modern.az xəbər verir ki, Heydər Əliyev Fondu tərəfindən təşkil olunan distant Çin dili kursları ilə tanışlıq məqsədilə UNEC-də olan Leyla Əliyeva UNEC Eksterndə onlayn dərsləri izləyib. Onliye olaraq keçirilən dərsdə Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasında təhsil alan çinli tələbələrlə birbaşa bağlantı yaradılıb. UNEC-in rektoru, professor Ədalət Muradov Fondun vitse-prezidentinə distant təhsil mərkəzi barədə ətraflı məlumat verib. Bildirib ki, UNEC Eksterndə 6 tədris studiyası, 12 inzibati və bir müzakirə otağı mövcuddur. Mərkəz bir studiyadan eyni anda 1000 tələbəyə, gün ərzində isə 20.000 tələbəyə peşəkar müəllimlər tərəfindən distant təhsil vermək imkanına malikdir. Mərkəzin fəaliyyətini tam tənzimləmək üçün isə 14 nəfərlik inzibati heyət xidmət göstərəcək. Leyla Əliyeva elektron kürsü, xüsusi sensor lövhə, monitor, HD kamera və səs avadanlıqları quraşdırılan, distant tədrisin aparıldığı studiyalarla tanış olub. Vitse-prezidentə tələbələrin qeydiyyatı, davamiyyəti və qiymətləndirilməsinin elektron aparıldığını bildirilib. Qeyd olunub ki, elektron proqram təminatında tələbələrin tam rahatlığı nəzərə alınıb, onlar istənilən məkandan internet vasitəsilə dərsləri dinləyə bilərlər. Distant təhsilə həm ölkə ərazisindən, həm də xaricdən tələbələrin qoşulması mümkündür. UNEC Eksterndə dünya səviyyəli professorların tədris prosesinə cəlb olunması üçün də bütün imkanlar yaradılıb. Leyla Əliyeva UNEC Eksternin distant təhsil vermək imkanlarını yüksək qiymətləndirib.

 

Səfər çərçivəsində Leyla Əliyeva UNEC-in 24/7 kitabxanası ilə də tanış olub. Müasir proqram təminatı ilə təchiz edilmiş kitabxananın ölkəmizdə 7 gün, 24 saat fəaliyyət göstərən ilk universitet kitabxanası olduğu bildirilib. Burada məşhur kitabxanaların elektron resurslarına daxil olmaq, həmçinin Milli Kitabxananın 60 min kitab, 140 min qəzet və jurnal, 15 min dissertasiyadan ibarət elektron bazasından da istifadə etmək imkanının yaradıldığı qeyd edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lənkəranda meşədə itkin düşən 6 yaşlı uşaq tapıldı 24 Oktyabr 2019, 00:44 Bakıda 60 yaşlı kişi kafedə döyülüb 24 Oktyabr 2019, 00:18 Qazaxda ağır qəza: ata və qızı yaralandı 24 Oktyabr 2019, 00:02 Mətbuat konfransına silahlı basqın edildi - VİDEO 23 Oktyabr 2019, 23:46 Yeni XİN rəhbəri təyin olundu 23 Oktyabr 2019, 23:30 NATO-dan çağırış: Ukraynaya hərbi yardımı artırın 23 Oktyabr 2019, 23:14 Azərbaycan-CAR münasibətləri müzakirə edilib 23 Oktyabr 2019, 22:59 Prezident Qarabağ qazisinə ev verdi 23 Oktyabr 2019, 22:47 Gürcü nazir azərbaycanlı gənclərlə görüşüb 23 Oktyabr 2019, 22:31 Rusiya bu ölkələrə 4 milyard dollarlıq silah satıb 23 Oktyabr 2019, 22:14 BMT Baş Assambleyasının prezidenti Bakıda 23 Oktyabr 2019, 21:59 “Son matça qədər mübarizə gedəcək” - Qurban Qurbanov 23 Oktyabr 2019, 21:46 Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi 23 Oktyabr 2019, 21:32 “Bir qalanın sirri” surdo-tərcümə vasitəsilə nümayiş olunub - FOTO 23 Oktyabr 2019, 21:26 Tovuzdakı ağır QƏZAda ölənlərin sayı artdı - YENİLƏNİB 23 Oktyabr 2019, 21:14 Elmar Məmmədyarov İraqla əməkdaşlığı müzakirə etdi 23 Oktyabr 2019, 20:59 “Avropa İttifaqının tələsik bəyanatı həqiqəti əks etdirmir” - PA rəsmisi 23 Oktyabr 2019, 20:45 Trampdan Türkiyəyə dəstək: sanksiyalar ləğv edildi 23 Oktyabr 2019, 20:29 Ölkə başçısı Ramiz Mehdiyevi qəbul etdi: “Yaşınız 80-ni keçib.., biz gərək gəncləri irəli çəkək” - YENİLƏNİB 23 Oktyabr 2019, 20:20 “Qarabağ”ın  rəqibi Bakıda qələbəyə iddialıdır 23 Oktyabr 2019, 20:01 Bakı-Şamaxı yolunda "Mersedes" aşdı: xəsarət alanlar var 23 Oktyabr 2019, 19:59 İsmayıllıdakı qəzada xəsarət alan gənclərdən biri vəfat edib 23 Oktyabr 2019, 19:54 "Azərbaycan BƏƏ vətəndaşları üçün mühüm turizm məkanlarından birinə çevrilib" 23 Oktyabr 2019, 19:42 İlham Əliyev İranın Xarici İşlər nazirini qəbul edib 23 Oktyabr 2019, 19:36 Azərbaycan XİN: “Fələstin xalqının yanındayıq” 23 Oktyabr 2019, 19:29 Elmar Məmmədyarov BƏƏ-nin Dövlət nazirinə medal verdi 23 Oktyabr 2019, 19:18 Sumqayıtdakı iy-qoxunun səbəbi bilindi 23 Oktyabr 2019, 19:06 Fuad Muradov Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşdü 23 Oktyabr 2019, 18:49 Mirqafar Seyidov əməliyyat müşavirəsi keçirdi 23 Oktyabr 2019, 18:32 Məmmədyarov Əfqanıstanın milli təhlükəsizlik müşaviri ilə görüşdü 23 Oktyabr 2019, 18:28 Məktəblərdə “Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti” mövzusu müzakirə olunur 23 Oktyabr 2019, 18:17 İsveçdə yaşayan soydaşımız səhiyyə komitəsinə üzvü seçilib 23 Oktyabr 2019, 17:55 Azərbaycanda bu nazirliklərin ləğv olunması təklif edildi 23 Oktyabr 2019, 17:51 “Nar” “Canlı kitab” sosial layihəsinə başlayıb 23 Oktyabr 2019, 17:43 İlham Əliyev Mikayıl Cabbarova tapşırıqlar verdi: Bu, çox məsuliyyətli vəzifədir” - YENİLƏNİB 23 Oktyabr 2019, 17:42