Arxiv
2 Oktyabr 2019, 09:48 | ÖLKƏ
Təmir-tikinti sahəsində “it yiyəsini tanımır” - Hər çirkli paltar geyinən özünə usta deyir

Təmir-tikinti sahəsində peşəkarlar olsa da, qeyri-peşəkarların sayı daha üstünlük təşkil edir. Bir sıra hallarda işsizlər iş tapmaq üçün üz tutur ustalığa. Heç bir bacarığı olmayan belə adamlar bir müddət kiminsə yanında duraraq, özləri usta olmağa çalışırlar. Belələrindən uğurlu olanlar da var, olmayan da. Telefon, ev təmiri, avtomobil təmiri və digər sahələrdə ustaların sayı kifayət qədərdir. Əlbəttə,  işinin öhtəsindən peşəkarlıqla gələnlərin olması yaxşıdı, amma qeyri-peşəkarlar müştərilərinə kifayət qədər ziyan vururlar. Bəs necə edək ki, bu “usta”lar həm malımıza, həm də pulumuza ziyan vurmasın?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu sahədə böyük problemlər var:

“Təmir zamanı istehlahçılar aldadılır. Bu avtomobil təmirində də belədi, ev təmirində də, başqa sahələrdə də... Azərbaycanda rəsmi servislər olsa da, qeyri-rəsmi işləyən avtomobil təmiri sexlərinin sayı kifayət qədərdir. Belə sexlərdə işləyən ustaların heç bir yerdə qeydiyyatı yoxdu. Qəza olur, təkər açılır və başqa problemlər çıxır, bilinmir o avtomobili kim təmir edib. Düşünürəm ki, ilk olaraq avtomobil təmiri yerlərdində müdiriyyətlə söhbətlər aparmaq lazımdı, usta mütləq avtomobil sahibi ilə müqavilə bağlamalıdır. Xidmət haqqı ödənildikdən sonra ona kassa çeki verilməlidir”.

 

AİB sədri bildirib ki, əyninə çirkli paltar geyinən adam usta obrazı yaradır:

“Bu, yalnız avtomobil təmirində deyil, bütün sahələrdə belədir. Ev tikən usta bir daşı düzgün qoymur, bir müddət sonra fəsadlar üzə çıxır. Usta evinə 5 manat pul aparacaq deyə, ev sahibini 5000 manat ziyana salmalıdır?.. Bunun bir adı var: cinayət. Elə ustalar var ki, pula görə bacarmadığı işi  üzərinə götürür, ev sahibinə lazımsız materiallar aldırır”.

 

Eyyub Hüseynov bildirib ki, Azad İstehlakçılar Birliyinə ustalarla bağlı dəfələrlə şikayət daxil olur.


“Biz dəfələrə bu məsələlərlə bağlı görüşlər keçirmişik. Çalışmışıq ki, istehlakçıların hüququ bərpa olunsun. Azad İstehsalçılar Birliyi dəfələrə bu problemin həlli üçün addım atıb, lakin komandamız zəif olub. Ancaq bu məsələdə aidiyyəti qurumlar da addım atmalıdır. İqtisadiyyat Nazirliyi bununla bağlı işləri artırmalıdır.  Təəssüflə qeyd olunmalıdır ki, məsələnin həlli ilə bağlı nazirlik heç bir iş görmür. İstehlakçılar da bu sahədə çox diqqətli olmalıdılar. İşlərini müqavilə bağladıqları adama gördürməlidirlər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda ər həyat yoldaşı və qayınanasını qətlə yetirib YANDIRDI - FOTO 16 Oktyabr 2019, 22:41 “Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir” - İlham Əliyev 16 Oktyabr 2019, 22:24 Xəzərdə itkin düşən balıqçı belə axtarılır - VİDEO 16 Oktyabr 2019, 22:06 İlham Əliyev xəbərdarlıq etdi: “Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir” 16 Oktyabr 2019, 21:47 Prezidentdən tələb: “Müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir” 16 Oktyabr 2019, 21:31 Yeniyetmələr məişət zorakılığına qarşı mübarizə ilə bağlı bilgiləndirildi 16 Oktyabr 2019, 21:24 Tovuzda ağır yol qəzası: yaralılar var 16 Oktyabr 2019, 21:13 "Qarabağ" - APOEL oyununun biletləri satışa çıxarılır 16 Oktyabr 2019, 20:43 Hava limanından sərnişinlər təxliyyə olundu 16 Oktyabr 2019, 20:29 Beynəlxalq axtarışda olan azərbaycanlı qadın Belarusda tutuldu 16 Oktyabr 2019, 20:17 Suriyada yeni qaçqın təhlükəsi 16 Oktyabr 2019, 20:03 Fuad Qəhrəmanlının xanımı Baş prokurora müraciət etdi: "Mən və qızlarım şikayətçi deyilik" - FOTO 16 Oktyabr 2019, 19:59 AMEA-da yeni Mərkəz yaradıldı - Şahin Mustafayev direktor təyin olundu 16 Oktyabr 2019, 19:47 Yevlaxda iki avtomobil toqquşdu - xəsarət alan var 16 Oktyabr 2019, 19:33 Goranboyda qadını ilan vurdu 16 Oktyabr 2019, 19:26 Pompeo Türkiyə Prezidenti ilə görüşmək istəyir, Ərdoğan isə "Tramp gəlsin" deyir 16 Oktyabr 2019, 19:15 184 binanın istismarına icazə verildi – Dövlət Komitəsi 31 min mənzil sahibini SEVİNDİRDİ 16 Oktyabr 2019, 18:56 Azərbaycan bu təşkilata üzv qəbul edildi 16 Oktyabr 2019, 18:44 Goranboyda körpə qəfildən ölüb - səbəbi araşdırılır 16 Oktyabr 2019, 18:36 Prezident Mayıl Əhmədova orden verdi 16 Oktyabr 2019, 18:20 Aydın Mirzəzadə müxalifəti HƏDƏLƏDİ 16 Oktyabr 2019, 18:08 “Uşaq Qaynar Xətt” xidməti artıq qısa nömrədə   16 Oktyabr 2019, 17:57 Nazarbayev Bakı bulvarında piyada gəzdi - FOTO 16 Oktyabr 2019, 17:42 Messi 6-cı dəfə “Qızıl buts” aldı 16 Oktyabr 2019, 17:33 Minsk Qrupu Qarabağa səfər etmək üçün rəsmi Bakıdan icazə alıb - AÇIQLAMA 16 Oktyabr 2019, 17:18 Ağsuda betonqarışdıran maşın qaz kəmərini qırdı 16 Oktyabr 2019, 17:08 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul edib 16 Oktyabr 2019, 17:00 2020-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb 16 Oktyabr 2019, 16:59 Hadisə yerindən qaçan sürücü tutuldu 16 Oktyabr 2019, 16:58 Prezident yeni Dövlət Agentliyi yaratdı - FƏRMAN 16 Oktyabr 2019, 16:50 Şagirdlər niyə sinifdə saxlanılır? - “Uşaqlar “2” aldıqda valideynləri çağırıb deyirlər ki...” 16 Oktyabr 2019, 16:40 Prezidentdən Göyçayla bağlı SƏRƏNCAM 16 Oktyabr 2019, 16:39 Fədayə Laçınla birgə həbs edilən polkovnik azadlığa çıxdı 16 Oktyabr 2019, 16:39 Ərdoğandan sərt QƏRAR: "ABŞ-ın vitse-prezidenti və dövlət katibi ilə görüşməyəcəm" 16 Oktyabr 2019, 16:20 Azərbaycan Avropa Şurasının daha bir müqaviləsinə imza atıb 16 Oktyabr 2019, 16:09