Modern.az

Vilayət Quliyevdən ziyalılara irad: “Türkçülükdən ağız dolusu danışanlar gözə dəymirdi

Vilayət Quliyevdən ziyalılara irad: “Türkçülükdən ağız dolusu danışanlar gözə dəymirdi”

Ədəbi̇yyat

4 Oktyabr 2019, 10:53

Azərbaycanın Macarıstandakı səfiri, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Vilayət Quliyev ziyalılara irad bildirib.

Modern.az-ın məlumatına görə, V.Quliyev iki gün öncə Filarmoniyada Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi ilə bağlı keçirilən yubiley gecəsində ziyalıların gözə dəyməməsinə diqqət çəkib:

“Təşkilatçıların zəhməti, iştirakçıların maraq və diqqəti yüksək qiymətə layiqdir. Amma zaldakı boş yerlərə, tədbiri yarımçıq tərk edənlərə baxanda istər-istəməz Əhməd bəyin 1903-cü ildə "Kaspi" qəzetinin iki sayında dərc etdirdiyi "Bəs bizim ziyalılarımız haradadır?" ("Где же наша интеллигенция?") məqaləsini xatırladım. Təbii ki, tədbirə qatılanların ziyalılığına şübhə etməyə heç bir haqqım yoxdur. Amma onların arasında titullu ziyalılara (humanitar sahədə çalışan alimlərə, yazıçılara,şairlərə, jurnalistlərə və s.) çox az təsadüf edilirdi. Yeri gəldi-gəlmədi türkçülükdən, türk birliyindən ağız dolusu danışanlar da gözə dəymirdi. Görünür, Mirzə Cəlil demişkən, daha vacib əməllərin dalınca gediblərmiş...
Təbii ki, iradım tədbirdən xəbərsiz olanlara aid deyil!"

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür