Modern.az

Azər Qismət deputatlardan TƏBRİK alıb: “Mənə kirpi hədiyyə edirlər”

Azər Qismət deputatlardan TƏBRİK alıb: “Mənə kirpi hədiyyə edirlər”

9 Oktyabr 2019, 14:58

Azər Qismət təkcə televiziya aparıcısı deyil, həm də müasir hekayə janrının yazarlarından biri kimi tanınır.
9 oktyabr tarixi AzTV-nin "Ədəbi-dram verilişləri" baş redaksiyasının rəhbəri Azər Qismətin  doğum günüdür.          


Modern.az-ın əməkdaşı doğum günü ilə bağlı Azər Qismətlə əlaqə saxlayıb. 47 yaşlı yazar təəssüratlarını bizimklə bölüşərkən, öncə yaradıcılığından danışıb:

“İlin əvvəlindən yazı yazmağa  qərar verdim. Yazmamağımın da müəyyən səbəbləri var idi, çünki incimişdim. Bir roman üzərində çalışıram. Yeni romanın adı  “Mən məşuqəm” adlanır. Romanın 110 səhifəsi itmişdi deyə, yarımçıq saxlamalı oldum. Bu hadisə mənə xoş təsir bağışlamadı. Yazıçılarda belə bir xüsusiyyət var, əgər əsəri itirsə, yaxud nəsə olursa, onun üstünə ikinci dəfə qayıtmaq istəmir. Həm də inciyir, çünki  əvvəlki hiss-həyəcanla yaza bilmir.  Məndə də belə oldu. Ancaq sonra qərara gəldim ki, yarımçıq saxlamayım, davam etdirim.  Hazırda romanın 70-ci səhifəsindəyəm, yazıram. Ancaq əvvəlki effekti vermir, ona görə ki, onda bir başqa ruh var idi.
Bir məqamı da xatırladım, romanın mövzusu qadınların aldanışından bəhs edir. Düşünürəm ki, bu roman qadınlar üçün bir töhfə olacaq ki, tez aldanmasınlar. Roman hardasa ilin sonuna qədər tam bitməsə də, bu boşluğu 20 novella şəklində bir kitabla doldurmaq istəyirəm. Yaradıcılımda hələ ki bunlar yeni hesab olunur.

İndi isə doğum günü məsələsinə gələk, inandırım sizi səhər açılandan ölkənin sayılıb-seçilən adamlarından təbrik mesajları alıram. Təbrik edənlər arasında ən çox Milli Məclisin deputatları və jurnalist həmkarlarım var. Hədiyyə olaraq da ən çox mənə kirpi hədiyyə edirlər. Tortlar da öz yerində. Sabah da jurnalist həmkarlarla birlikdə bir restoranda ad günümü qeyd edəcəm. Ad günü insanı olmağın da özünün bir gözəlliyi var. Özümü çox yaxşı hiss edirəm. Sizin də Modern.az komandası adından ad günü təbrikiniz məni çox sevindirdi . İnanın ki, heç gözləmirdim. Çox şad oldum. Modern.az-ın bütün əməkdaşlarına başda Elşad Eyvazlı və Əfqan Qafarlı olmaqla hər birinizə öz minnətdarlığımı bildirirəm”.

 

Azər Həsənağa oğlu Məmmədov 1972-ci il oktyabrın 9-u Sabirabad rayonunda anadan olub. Sabirabad rayonunda 5 saylı orta məktəbi  bitirdikdən sonra, 1991-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin telejurnalistika ixtisasına daxil olur. İstedadı elə universitetdə təhsil aldığı vaxtlardan üzə çıxıb. Gənc tələbə BMTİ teleşirkətində çalışıb, daha sonra isə “Telebenefis “ və “Xəbərlər” verlişinin aparıcısı olub. Hələ tələbə ikən Azərbaycanda ilk dəfə azərbaycandilli “Şən və Hazırcavablar Klubu”nun təsisçilərindən biri olub.
ANS-in “Xəbərçi” və “İç xəbər” verilişinin aparıcısı işləyib, hazırda isə AzTV-nin "Ədəbi-dram verilişləri" baş redaksiyasına rəhbərlik edir.

Bədii yaradıcılığa isə uşaq vaxtlarından başlayıb. İlk mətbu yazısı “Azərbaycan pioneri” qəzetində çıxıb. Bunun ardıca dövri mətbuatda bir çox hekayə, novella və məqalələrlə çıxış edir. “Duman” və “Çuğullar” hekayə və novellaları Sank-Peterburqda rus dilində dərc edilib. 2016-cı ildə Azərbayvanda keçirilən hekayə yarışmasına qatılıb, münsiflər heyətinin qərarına əsasən. 400 nəfərin içərisində 1-ci yeri qazanıb. “İlin debütant yazarı” diplomuna layiq görülüb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...