Modern.az

“Boeing 737 Max” yenidən qayıdır

“Boeing 737 Max” yenidən qayıdır

Dünya

9 Oktyabr 2019, 22:57

“American Airlines” şirkəti gələn ilin 16 yanvar tarixindən “Boeing 737 Max” tipli təyyarələrinin istismarını davam etmək qərarına gəlib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu təyyarələrin proqram təminatının yenilənəcəyi nəticəsində bu il ərzində onları sertifikatlaşdırılmasına, gələn il yanvar ayından da müntəzəm istismarına yol açacağı gözlənilir.

Xatırladaq ki, “Boeing 737 Max” tipli təyyarələrin ötən il 29 oktyabr tarixində İndoneziyada 189 nəfərin ölümünə, bu il martın 10-da Efiopiyada 157 nəfərin ölümünə səbəb olan iki qəzadan sonra istismarı dayandırılmışdı. İstehsalçı şirkət hər iki hadisədə təyyarələrin manevr qabiliyyətini tənzimləyən sistemdə nasazlıq yarandığını etiraf etmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir